четверг, 29 декабря 2016 г.

Azadova Ləman Qabil qızı

Azadova Ləman Qabil qızı 2 noyabr 1967-ci ildə Füzuli rayonunda anadan olub. 1975 ci ildə Fizuli rayon 2 saylı orta məktəbdə I sinifə gedib. 1985-ci ildə X. Natavan adına 3 nömrəli orta məktəbi bitirib. 1986 cı ildə V.İ.Lenin adına APİ-nin “Pedoqoqika” fakultəsinə daxil olub. 1991-ci ildə ali məktəbi bitirərək təyinatla Abşeron rayon Xırdalan qəsəbəsi 3 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.1994 cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən attestasiyada I kateqoriyaya layiq görülüb.1997-ci ildə qabacıl müəllim kimi təyinatla AMİ-də 1 illik “İbtidai təhsilin metodikası” kursunu keçməyə göndərilib daha sonra isə yenidən həmin məktəbdə pedoqoji fəaliyyətini davam etdirib. 2000-ci ildə yerdəyişmə ilə Binəqədi rayon R. Əliyev adına  müəllim kimi fəaliyyətə başlayıb. 2000, 2003, 2005-ci illərdə mütəmadi olaraq Müəllimlərin Təkmilləşmə İnistutunda 1 aylıq kurslardan keçib. 2009 cu ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Fənn kurikulumları” kursunu uğurla başa vurub 1 dərəcəli sertifikata layiq görülüb. 2011 cildə “Mədət” təşkilatı tərəfindən təşkil olunan kurslarda iştirak edib və sertifikatla təltif olunub. O, işlədiyi dövr ərzində pedoqoji təcrübəsini artırmaq məqsədilə bir cox kursların fəal iştirakçısı olmuş, müxtəlif tədbirlər keçirərək sertifikat, fəxri fərman və diplomlara layiq görülmüşdür.
2013-cü il fevralın 25-də Xocalı faciəsinə həsr olunmuş tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Bakı şəhəri Təhsil İdarəsi və ictimai birlik tərəfindən diploma layiq görülüb.
2014-cü ildə “Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması” layihəsində uğurla iştirakına görə sertifikata layiq görülüb.

2014-cü ildə “Mentor hazırlığı”, “Promethan” interaktiv löhvələrin tədrisə tətbiqi, “Elektron məktəb üçün elektron müəllim” kursularını uğurla  başa vurub, sertifikatlara layiq görülüb.

вторник, 20 декабря 2016 г.

Seyidli Səbinə Həmzə qızı

Seyidli Səbinə Həmzə qızı 1994-cü ildə Baki şəhərində 20 saylı məktəb-liseyi bitirmişdir. 1999-cu ildə Azərbaycan Qızlar  Universitetinin bakalavr diplomu, 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun maarif istiqamətinin ibtidai təhsilin pedaqogika və metodikasi ixtisaslaşması üzrə magistraturanı bitirmişdir. Hazırda doktoranturada oxuyur.
Səbinə xanım 1999-cu ildə 83 saylı məktəb-liseydə laborant  vəzifəsinə qəbul olunub. 2000-ci ildə müvəqqəti ibtidai sinif müəllimi təyin edilib.  2005-ci ildən isə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilib. Hazırda da həmin məktəbdə müəllim vəzifəsində calışır.

Səbinə müəllim məktəbdə işləyən vaxtdan yeni təlim texnologiyaları sisteminin inkişaf prosesinin öyrənmək, ümumiləşdirmək, təkmilləşdirmək və təhsil prosesinə müasir, yeni pedaqoji yanaşmaların tətbiqi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin elmi, pedaqoji, psixoloji əsaslar üzərində qurulması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı o, məktəbdə işlədiyi zaman bu istiqamətdə elmi-tədqiqat işlərində də özünü göstərib. Buna misal olaraq onun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” və “Fizika, Riyaziyyat və İnformatikanın tədrisi”  jurnallarındakı  məqalələrini nümunə göstərmək olar.

Abbasova Aynur İsfəndiyər qızı

Abbasova Aynur  İsfəndiyər qızı  10 mart  1975-ci ildə Gəncə  şəhərində  anadan olub.  1992-ci  ildə  H. Zərdabi  adına Gəncə Pedaqoji  İnstitutunun ibtidai  təlim  pedaqogikası  və metodikası  fakültəsinə  daxil olub. 1997-ci ildə  həmin  fakültəni  bitirərək  ibtidai  təlim  pedaqogikası  və metodikası  ixtisasına  yiyələnib. 1993- cü ildə Gəncə  şəhəri  25 saylı  orta  məktəbdə  U.B.T.R  vəzifəsində işə başlayıb. 1995 –ci ildə  Gəncə  şəhəri  Əhməd  Cavad  adına 2 saylı orta məktəbdə ibtidai  sinif  müəllimi kimi işini davam  etdirib. Hazırda  Gəncə  şəhəri  37 saylı  orta  məktəbdə işləyir.
2004- cü ildə Azərbaycan Müəllimlər İnstitutu nun ixtisasartırma  və yenidən  hazırlanma  kursunu  bitirərək  Azərbaycan  dili və ədəbiyyat  müəllimi  ixtisasına da yiyələnib.
“2008- 2012-ci illər  Azərbaycan  Respublikasında  təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə Dövlət proqramı” çərçivəsində  Təhsil  sisteminin informasiyalaşdırılması İdarəsi  və “Mədəd”  təşkilatı  tərəfindən  informasiya  və  kommunikasiya  texnologiyalarının  təhsilə  tətbiqi  üzrə  keçirilən Müəllimlərin  Peşəkarlıq  Səviyyəsinin  Təkmilləşdirilməsi,  İntel “Gələcək  üçün  Təhsil”  təlim  kursunu  müvəffəqiyyətlə bitirmişdir.
Pedaqoji  fəaliyyətində  qazandığı  uğurlara  görə  məktəb  müdiriyyəti  tərəfindən  fəxri  fərmanla  təltif  olunub.

пятница, 16 декабря 2016 г.

Hüseynova Ləman Şahin qızı

Hüseynova Ləman Şahin qızı 1989-cu il iyunun 16-da Sumqayıt şəhərində anadan olmuşdur. İlk təhsilini 1996-2007-ci illərdə Sumqayıt şəhərində 34 nömrəli məktəbdə təhsil almışdır. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin xarici dil-ingilis dili fakültəsində təhsil almışdır. 2011-ci ildən etibarən Masazır 1 saylı məktəbin ingilis dili müəllimi olaraq işləyir. Pedaqoji fəaliyyəti dövrundə daim öz üzərində işləyib, təlim seminarlarda fəal iştirak etmişdir. Bundan əlavə Ləman Hüseynovanın jurnalistika təcrübəsi də vardır. Belə ki, Amerika Səfirliyi və ANS TV-nin birgə əməkdaşlığı ilə keçirilən jurnalistika kursunu müvəfəqiyyətlə bitirmiş və sertifikatla təltif olunmuşdur.
Ləman xanim müəllim kimi də bir sira uğurlara imza atmısdır. Müəllimlər üçün keçirilən kurikulum kursunda 2014-cu ilin avqustunda iştirak etmiş və sertifikatla tətif olunmuşdur. 2014-cu ilin may ayinda Təhsil Nazirliyi, Britaniya Konsulluğu və Mədəd təşkilatının birgə layihəsi olan “İngilis dili müəllimlərinin sertifikatlaşdırılması” layihəsinə seçilən 100 müəllimdən biri olmuş və hər 3 təlimi uğurla keçmişdir. “Microsoft” şirkətinin online kursunda iştirak etmiş və imtahandan keçərək beynəlxalq dərəcəli sertifikat almisdır. Onu da qeyd etmək lazımdır ki, 2014-cu ildə Azərbaycanda 4 müəllim bu sertifikatı ala bilmişdir.
2015-ci ilin dekabrında Bakıda ilk dəfə keçirilən I beynəlxalq ingilis dili forumunda iştirakçı olmuşdur. 2015-ci ilin dekabrında Ləman müəllim VII siniflər arası ingilis dilindən söz yarışı təşkil etmiş və qalibləri təşəkkürnamələrlə təltif etmişdir. Ləman xanım haqqında dəfələrlə KİV-də məqalələr dərc  edilmişdi.
2016-cı ilin aprel ayında olan hadisələrlə əlaqədar Ləman müəllim şagirdlərində vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün onlara əsgərlərmiz üçün məktublar yazdırmış və həmin məktubları ASAN xidmətdə “Əsgərə məktub” layihəsinə qoşularaq, əsgərlərə göndərmişdir. Bundan əlavə şagirdləri ilə Qarabağa dəstək üçün “Karabakh is ours” yazıb şəkillərlə birgə sosial şəbəkələrdə paylaşmışdır.
2016-ci ildə ölkəmizdə ilk dəfə keçirilən Dolma festivalının təşkilatçilarından olmuşdur. Kompüter bacarıqları vardır. 2016-ci il iyununda şagirdlərinə müəllimlər haqqında anonim məktublar yazdırmışdır. Ləman müəllim şagirdlərin sevimlisidir.

пятница, 9 декабря 2016 г.

Əliyeva Çiçək Həşim qızı

Əliyeva Çiçək Həşim qızı 1963-cü il mayın 24-də Şərur rayonunda anadan olmuşdur. İlk təhsilinə 1970-1971-ci tədris ilində başlamış, 1980-1981-ci tədris ilində 10-cu sinfi “əla” qiymətlərlə başa vurmuşdur.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin institutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Elə həmin il də Şərur rayonu 1 saylı orta məktəbin pioner baş dəstə rəhbəri kimi iş fəaliyyətinə başlamışdır.
1987-ci ildə Babək rayonu Payız kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
2000-ci idə ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərinə köçmüşdür. Həmin ildən də Xətai rayonu 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. Bu günə qədər də həmin məktəbdə işləyir.
Əliyeva Çiçək işlədiyi müddətdə dəfələrlə məktəb rəhbərliyi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub.
Ç. Əliyeva 2002, 2007, 2012-ci illərdə Müəllimləri Təkmilləşdirmə və İxtisasartırma İnstitutunda təlim kursları keçmiş və müvafiq vəsiqələr almışdır.
2011-ci ildə “MƏDƏD” kursları tərəfindən təşkil olunmuş “Komputer biliklərinə yiyələnək” təlim seminarlarında iştirak etmiş və komputer biliklərinə yiyələnərək sertifikat almışdır. Komputer proqramlarını sərbəst işləyir. Word, PowerPoint, Excel proqramlarında sərbəst işləyir. Açıq dərslərin slaydlarını özü sərbəst şəkildə PoverPoint-də işləyib hazırlayır.
2012-ci ildə “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunu yüksək göstərici ilə bitirib və sertifikat alıb.
2012-ci ildə Müəllimlər İnstitutunun nəzdində keçirilən Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq kursdan keçmiş, yüksək nəticə göstərərək I dərəcəli diplom və “Öyrədənlərin öyrədəni” sertifikatı almışdır.
2013/2014 və 2014/2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fənn kurikulumları üzrə keçirilən “Dərsliklərin qiymətləndirilməsi və hazırlanması” monitorinqində rəyçi-ekspert kimi nazirliklə əməkdaşlıq etmişdir.
Ç. Əliyeva işlədiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəridir. Mütəmadi olaraq Təhsil Problemləri İnstitutunda keçirilən müzakirələrdə iştirak edir, hər bir yeniliklə tanış olur və müəllimləri də məlumatlandırır.

TQDK-nın seminarlarında iştirak edən və test müzakirələrində öz fikirlərini söyləyən Çiçək müəllimə şagirdlərin də sevimlisidir. 

Mirzəyeva Ağabacı Niftulla qızı

Mirzəyeva Ağabacı Niftulla qızı 40 ilə yaxındır ki, təhsil sahəsində çalışır. Nəsimi rayonu 23 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini, hal-hazırda isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. 1976-1977-ci tədris ilindən Xəzər rayonunun 13 saylı internat məktəbində, 1988-1989-cu tədris ilindən Nəsimi rayonu 9 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2007-2008-ci tədris ilindən qabaqcıl işlərinə görə 23 nömrəli məktəbə direktor müavini seçilmişdir.
Ali kateqoriyalı müəllimdir. İki dəfə "İlin ən yaxşı müəllimi" (1996-1997, 1997-1998), "İlin ən yaxşı pedaqoji mühazirəsi" (1996-1997) qalibi adına layiq görülmüşdür. Müsabiqə qalibi kimi haqqında oçerk çəkilib, tədbirləri televiziya vasitəsilə işıqlandırılıb. Tez-tez təhsilə dair verilişlərdə çıxışları, müsahibələri olub. Nəsimi rayonunun fənn üzrə ştatdankənar metodisti, metodşuranın üzvü, dil komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Şagirdləri dəfələrlə olimpiadalarda, inşa və şeir müsabiqələrində birincilik qazanıblar.
İşlədiyi müddətdən bu günə kimi Fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə, sertifikatlara, təbriknamələrə, Beynəlxalq Diplomlara layiq görülmüşdür. Məsələn: 08-15.12.2015 “Təhsil problemləri” qəzetində “Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir” (F.İbrahimova), “Əsgərə məktub” layihəsində “Xalq-ordu”, “Ordu-xalq” birliyinin möhkəmləndirilməsində fəallığına görə 10 avqust 2016-cı il “Fəxri Fərman”la təltif olunub: 109 №-li hərbi hissənin komandiri general-leytenant Rövşən Əkbərov.
Hər il Heydər Əliyevin doğum və vəfat günlərində məruzələrlə çıxış etmişdir. TQDK-da 1994-cü ildən fəaliyyət göstərmiş, ilk test müəlliflərindən olmuş, seminarlarda iştirak etmiş, ekspert komissiyasının üzvü kimi bunkerdə fəaliyyət göstərmişdir, "Abituriyent" jurnalında fənn üzrə çıxan testlərin müəlliflərindən biri olub. Mətbuatda fənnə dair məqalələri, jurnallarla fəal əməkdaşlığı, rəyçi olduğu elmi-metodik kitablarda adı var.
Vektor Beynəlxalq Elm Mərkəzinin təşəbbüsü ilə "XXI əsr Azərbaycan maarifçiləri" kitabına adı düşüb və Beynəlxalq Diploma layiq görülmüşdür.
Azərbaycan Baş Pedaqoji Kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitutunda elmi-praktik konfranslarda materiallarla çıxış etmişdir.
Pedaqogikaya dair seminar-müşavirədə 2006-2007-ci tədris ilində "Təhsil-təlim pedaqoji prosesin ayrılmaz tərkib hissəsi kimi", "Təlimin formaları" məruzələri ilə çıxış etmiş, interaktiv təlim metodu ilə dediyi dərslər mətbuatda, jurnallarda, kitablarda öz əksini tapıb.
Təcrübəçi tələbələr onun dərs metodu haqqında ürək sözlərini yazıblar.
Keçirdiyi ədəbi-bədii gecələr, ədəbi ekskursiyalar, ədəbi disputlar, oxucu konfransları həm televiziyada, həm də mətbuatda işıqlandırılıb. Məsələn: "Məhəmməd Füzuli-500" ("Can sözdür, əgər bilirsə insan"), "Adım Ələsgərdir, Göyçə mahalım-175", "Dədə Qorqud-1300", “Vahidəm, xəlqimin qəzəl şairi” (Ə.Vahid-100), "M.Şəhriyar-90", "H.Cavid-110", "Ə.Cavad-100", "Söz hər şeydən qiymətlidir", “Söz necə səslənir”, “Azərbaycan dili – Azərbaycan xalqının tarixi qədər qədimdir”, “Milli Qəhrəman Tahir Həsənov”, “Bayraq – qürurumuzdur” mövzularında tədbirlərini keçirmiş, “Təhsilin humanistləşdirilməsi və şagirdlərdə yeni pedaqoji təfəkkürün formalaşmasında müəllim əməyinin rolu və təşkilatçılığı”, “Təhsilin humanistləşməsi baxımından təlimin differensiallaşması, fərdiləşməsi şəraitində, şagird şəxsiyyətinin formalaşmasında müəllimin rolu və şagirdlərdə təlimə məsuliyyət hissinin yüksəlməsi” adlı məruzələrlə çıxış etmişdir.
Hər il 21 Fevral "Beynəlxalq Ana dili" mövzusunda konfranslar, seminarlar, ədəbi-bədii gecələr ("Dilim mənim, qalam mənim" tədbiri) təşkil etmişdir.
İşlədiyi müddətdə bir sıra açıq dərslər vermişdir: M.Füzulinin "Söz", "Məni candan usandırdı" qəzəlləri, C.Cabbarlının "Ana" şeiri, "M.Müşviqin lirikası", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti, X.Rza Ulutürkün "Mənim dilim" şeiri, M.Şəhriyarın “Azərbaycan” şeiri, S.Rəhimovun “Mehman” povesti, “Yeni sözlər (neologizmlər)”, R.Rzanın “Mən torpağam” şeiri, "Qeyri-müəyyən əvəzliklər", "Tamamlığın ifadə vasitələri", "Modal sözlərin məna növləri" və sairəni nümunə göstərmək olar. Bu açıq dərslərin çoxusu mətbuatda işıqlandırılıb.
Aşağıdakı şagirdlər müxtəlif illərdə olimpiada, şeir və inşa müsabiqəsinin qalibləri olub:
Əhmədzadə Elnur (1994) - M.Füzuli "Qəzəl müsabiqəsi"ndə;
Hacıyeva Şəhla (1995) - "Qəzəl müsabiqəsi"ndə;
Məmmədova Səadət (1995) - "Şeir müsabiqəsi"ndə;
Yaqubova Günel Rəfail qızı (1999-2000) - "Mən öz dostuma insan hüquqları haqqında düşüncələrimi yazıram" inşa müsabiqəsində;
Ələsgərova Ruqiyə Namiq qızı (2005-2006) - "Heydər Əliyev heç vaxt unudulmayacaq" inşa müsabiqəsində;
Quliyeva Aybəniz (2005-2006) - "Söz hər şeydən qiymətlidir inşa müsabiqəsində;
Bayramova Afət Arif qızı – “Azərbaycan Xalq Cümhuriyyəti” inşa müsabiqəsində;
Hüseynova Adilə - "Heydər Əliyev qəlbimizdədir" inşa müsabiqəsində;
Əliyeva Natəvan - "Heydər Əliyev və Azərbaycan dili" inşa müsabiqəsində, olimpiadada; 
Əliyev Füzuli – şeir müsabiqəsində, "Ana dili" tədbirində;
Ələsgərova Ruqiyə Namiq qızı - Respublika olimpiadası;
Məmmədova Günel – Respublika olimpiadası;
Mirzəyev İqbal  - olimpiada qalibi və s.
Əliyeva Nuranə - olimpiada qalibi;
Məmmədova Xanım – şeir müsabiqəsinin qalibi;
Fərəcova Nəzrin - şeir müsabiqəsinin qalibi.
Tədris işləri üzrə direktor müavini işlədiyi dövrdə fənn müəllimlərindən: 2007-ci ildə 5 nəfər, 2008-ci ildə 8 nəfər, 2009-cu ildə 6 nəfər, 2010-cu ildə 5 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ağabacı müəllim indi də yorulmaq bilmədən çalışır, gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir.

четверг, 8 декабря 2016 г.

Şamilova Vəfa Teymurxan qızı

Şamilova Vəfa Teymurxan qızı 12 yanvar 1982-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-1989-cu tədris ilində Şəki şəhər 14 saylı məktəbin I sinfinə daxil olmuşdur. 1996-1997-ci tədris ilindən etibarən Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təhsilini davam etdirmişdir. Məktəb illərində müəllimlər onu daim yeni biliklər əldə etməyə can atan və bildiklərini təkmilləşdirməklə məşğul olan bir şagird kimi tanımışlar.
2000-2001-ci tədris ilində öz qarşısına qoyduğu dəyərli məqsədlərindən birinə çataraq, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 2004-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq universitetin biologiya fakültəsi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Həmçinin Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Mikologiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş, magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur. Magistraturanı bitirdikdən sonra ona fakültədə qalıb işləmək təklif edilsə də, o, gənc nəslin təhsili ilə məşğul olmağı üstün tutaraq orta məktəbdə işləməyi vacib hesab etmişdir. 2007-2008-ci tədris ilində müəllim kimi fəaliyyətə başlayan gənc müəllimə - Vəfa Şamilova hazırda ERA tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Dərs dediyi bu illər ərzində gənc müəllimə peşəkarlığı, öz ixtisasına dərindən yiyələnməsi ilə fərqlənmiş, şagirdlərinin məhəbbətini qazanmışdır.
2013-cü ildə Azərbaycan Respublikası "Azad Müəllimlər Birliyi"nin həyata keçirdiyi "Yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim" proqramı  üzrə I dərəcəli sertifikata layiq görülmüşdür.
Vəfa Şamilova daima çevrəsinə, öhdəsinə götürdüyü işə məsuliyyətlə yanaşır. Yeniliklərə can atır, yenilik yaratmağa təşəbbüs göstərir.
Tələbəlik illərində universitetin ictimai-siyasi həyatında fəal işrirak edərək, 2013-cü ildən "Yeni Azərbaycan Partiyası" nın üzvlüyünə daxil edilmişdir.

2006-cı il 28-29 aprel tarixində keçirilmiş "Biologiya elmi nailiyyətləri" mövzusunda Respublika elmi konfransının iştirakçısı olmuş və öz elmi məqaləsi ilə çıxış etmişdir.

среда, 7 декабря 2016 г.

Xıdırova Çimnaz Göyüş qızı

Xıdırova Çimnaz Göyüş qızı 27 yanvar 1966-cı ildə Laçın rayonunun  Pircahan kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Pircahan kənd orta məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 1985-1990-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunda təhsil almışdır. 1990-cı ildə pedaqoji fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Müəllimlərinin Yenidən Hazırlanma və İxtisasartırma İnstitutunun ibtidai metodika fakültəsinə daxil olmuşdur.
İnstitutu bitirdikdən sonra orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2007-ci ildə Azərbaycan Respubliası Təhsil Nazirliyi və “Mədəd”  Humanitar Təşkilatı İctimai Birliyi tərəfindən  təşkil edilmiş İKT-nin təhsildə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi təlim kurslarını müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almışdır.
2010-cu ildən Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir.
İbtidai sinif müəllimi kimi erkən yaşlarından uşaqlarda oxumağa və elmə həvəs oyatmağa çalışmış, onların müstəqil respublikamızın gələcəyinə layiq vətənpərvər  ruhda böyüməsinə nail olmuşdur.

Pedaqoji əmək fəaliyyəti dövründə özünü istedadlı və bacarıqlı müəllim kimi göstərmiş və dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır.

четверг, 1 декабря 2016 г.

Qasımlı Naridə Mirəyyub qızı

Qasımlı Naridə Mirəyyub qızı 10 iyul 1985-ci il tarixində Ermənistan, Ararat rayonunda anadan olub. 1991-1992-ci il tədris ilində I (birinci) sinifə qəbul olunub.
2002-2003-cü tədris ilində Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbi bitirib.
2006-2007-ci il tədris ilində Bakı Qızlar Universiteti, Filologiya - Tarix fakültəsinin Xarici dil ixtisasına qəbul olub. İkinci xarici dil fransız dildir. Alman və rus dillərini zəif bilir.
İngilis və Fransız dillərində bir neçə tərcümənin müəllifidir.
2010-2011-ci il tədris ilində həmin universitetin Filologiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini  alıb.
2010-cu ildə H. Ə. Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Qloballaşma və Azərbaycan gəncliyi” mövzusunda tələblərin XIV elmi konfransının təşkili və həyata keçirilməsində fəal iştirtak etdiyimə görə diplomla təltif olunub.
İlk əmək fəaliyyətinə 07 yanvar 2012-ci il tarixndə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə analıq məzuniyyətində olan müəlliməni əvəz etməklə başlayıb. Hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir.
4 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi ixtisasartırma təhsili haqqında” II (ikinci) dərəcə İB №092117 saylı sertifikatla təltif olunub.
2013-2014-cü il tədris ilinin Magistratura pilləsində Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq (İngilis dili üzrə) ixtisasına qəbul olub.
2014-cü il dekabr ayında Azərbaycan Respublikasının Bələdiyyələrinə Seçkilər zamanı öz şəxsi təşəbbüsü əsasında 45 saylı Abşeron DSK 30 saylı seçki məntəqəsində Seçki Dairəsinin Ərazisi üzrə müşahidəçi qismində iştirak edib.
15 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazriliyi Abşeron rayon Təhsil Şöbəsi tərəfindən Pedaqoji sahədə nümunəvi fəaliyyətinə və ictimai işlərdə göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif olunub.
1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər zamanı siyasi partiyalar blokunun təşəbbüsü əsasında YAP-dan 45 saylı Abşeron DSK 30 saylı Seçki Məntəqəsində Seçki Daiərsinin ərazisi üzrə müşahidəçi qismində iştirak edib.
19 dekabr 2015-ci il tarixndə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi imtahanında 60 mümkün baldan 52 bal (86.67%) toplayıb.
16-31 aprel tarixində “Vedibasar” qəzetinin 09 (316) saylı nəşrində haqqında məqalə və “İşıq arxasınca” adlı esseyi dərc olunub.
4.06.2016-cı il tarixndə Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Şurası tərəfindən keçirilən Qabaqcıl Müəllimlərin “Ümumi Təhsildə Yaradıcılıq Axtarışları: Nəticlər, Perspektivlər adlı Birinci Ümumrespublika Forumunun iştirakçısıdır. Sertifikatla təltif olunub.
Abdulla Şaiqin “İki dost” adlı hekayəsinin Azərbaycan dilindən İngilis dilinə tərcümə etdiyi variantı  baner üstündə çap şəklində Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən C. Məmmədquluzadənin ev muzeyinə hədiyyə edilib.
2015-2016-ci il tədris ilində Naxçıvan Dövlət Universiteinin Filologiya ali peşə istiqamətinin  İngilis dili ixtisası üzrə magistr dərəcini alıb.
26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasında Referendum zamanı referendum üzrə təşviqat qrupunun təşəbbüsü əsasında 45 saylı Abşeron DSK 30 saylı seçki məntəqəsində Seçki Dairəsinin ərazisi üzrə müşahidəçi qismində iştirak etmişdir.
Windows Operation System,  Ms. Word, Ms. Excel, Ms. Paint, Ms. Power Point, Internet –Browsing proqramlarını bilir.

суббота, 26 ноября 2016 г.

Novruzova Şəlalə Şiraslan qızı

Novruzova Şəlalə Şiraslan qızı 1977-ci il mayın 3-də Saatlı rayonunda anadan olmuşdur. 1984–cü ildə Saatlı S. Vurğun adına orta məktəbə daxil olmuş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1998-2003 cü ildə “İbtidai sinif müəllimi və kiçik mütəxəssis” fakültəsini bitirmiş və 1994-2002-ci illərdə S. Vurğun adına orta məktəbdə kitabxanaçı işləmişdir. 2002-2006-cı illərdə Saatlı M. Ağayev adına orta məktəbdə ibtidai sinif müəllimi işləmiş, 2008-2009-cu ildə “Sabba beynəlxalq tədris mərkəzində” kompyüter kursunu bitirmişdir.
2012-ci ildə TPİ-da kurikulum üzrə “Öyrədənin öyrədəni” kursunu bitirmiş ilk müdavimlərdən olmuşdur. 2013 cü ildə Bakı şəhəri Səbail rayonu 49 saylı İntelekt liseydə işləmişdir. 2014-cü ildə TPİ-da kurikulum üzrə təlimçi kursunu bitirmiş sertifikat qazanmışdır. Bir neçə məktəbdə kurikulumdan təlim keçmişdir. 2014-cı ildən Bakı şəhəri S. Abbasov adına 117 saylı məktəbdə işləyib. 2014 cü ildə məktəbdə “Azərbaycanın keçmişi, bu günü, gələcəyi” adlı böyük tədbir keçirmiş, məktəb rəhbərliyinin fəxri fərmanına layiq görülmüşdür. 2015-cü ildə Bakıda Türkdilli dövlətlər arasında keçirilən “Elektron qələm” təlimində iştirak etmiş və sertifikata layiq görülmüşdür.2016-cı ildə TİPİİ-nin zonalar üzrə təlimçi-müəllim olaraq İxtisasartırma kursunda fəaliyyət göstərmişəm.
2016-cı ildə Bakı Türk Anadolu liseyində keçirilən “Riyazi modelləşdirmə və GeoGebra” proqramı kursunda iştirak etmiş, sertifikat almışdır. TPİ-də “İnkuliziv təhsil və əlillərin cəmiyyətə inteqrasiyası” adlı məqalə yazmışdır. Müasir İnnovasiyalar Liseyində “Müasir təhsildə innovasiya” adlı kursda iştirak etmiş və sertifkatlar qazanmışdır. Fəal təlimlə bağlı bir çox beynəlxalq və yerli təlimlərdə iştirak etmişdir. 2016-cı ildə MİL və Odlar Yurdu Universitetində keçirilən “Fəal təlim Beynəlxalq təcrübənin tətbiqi” təlimində iştirak etmiş, sertifikat qazanmışdır. 2016-cı ildə TİPİİ-də keçirilən “Matematik Egitim Körpüsü Projesi” müəllimlərin riyazi modelləşmə və Geo-Gebra təlimində 3 dəfə iştirak etmiş, hər dəfə sertifikata layiq görünmuşdü. 2016-cı ildə TİPİİ-də keçirilən ibtidai sinif müəllimlərinin “Yay məktəbi-1” təlim kursunda iştirak etmişəm.
“Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə” görə 2015-ci ildə Bakı şəhəri S. Abbasov adına 117 saylı orta məktəb və BŞTİ tərəfindən fəxri fərmanla mükafatlandırılıb. 2016 cı ildə Müasir İnnovasiyalar Liseyində keçirilən Dinləmə-anlama və ibtidai sinif müəllimlərinin,“Həyat bilgisinin əsasları” təlimlərində iştirak edib.
2016-cı il BŞTİ keçirdiyi metodis-mentor lahiyəsində iştirak etmişəm. 2017-ci il Xəzər universiteti və Dünya məktəbinin keçirdiyi “Təhsildə yeni innovasiyalar”Dünya Peşəkar inkişaf proqramı DPD kursunda iştirak etmişəm. 2017-ci ildən E.Cəfərov adına 118 saylı məktəbdə İbtidai sinif müəllimi işləyirəm. 2018 –ci il “Təhsildə keyfiyyət il”ilə əlaqədar mühazirə yazmışam.
2018-ci il IB CLUB Azərbaycan elm assosiasiyası tərəfindən keçirilən “Esse və dissertasiya yazmaq qaydaları” təlimində iştirak etmişəm 2018-ci il Azərbaycan dili fənni üzrə 3-cü siniflər üzrə Test tapşırıqları kitabının müəllifiyəm. 2018-ci il MİL və Odlar Yurdu Universitetinin təşkil etdiyi “İbtidai siniflərdə təlimin təşkili” seminarında iştirak etmişəm.
2018-ci il “İbtidai sinif müəllimi-1” Təhsil forumunda iştirakına görə sertifikara layiq görülmüşəm.
2018-ci il Təhsil Problemləri İnstitun-da Müəllif hüquqları seminarında iştirak etmişəm. 2018-ci il AMIM-n təşkil etdiyi “Sinifin idarə edilməsi üzrə ixtisasartırma “təlimini uğurla başa vurmub sertifikat qazanmışam.
2018-ci il Beynəlxalq layihə əsasında Avropa İttifaqı tərəfindən keçirilən Al-Şərq tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" proqramı çərçivəsində hazırlanmış Developed by VİP Design British Council tərəfindən maliyyələşən Beynəlxalq proqram əsasında bir neçə onlayn kurs keçmiş və 3 dəfə sertifikata layiq görülmüşdür.
2018-ci il ARTN-nın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsində STEM-AZƏRBAYCANDA-2018 Müəllim konfransında sertifikata layiq görülmüşəm.
2018-ci il ARTN-nın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsində STEM-AZƏRBAYCANDA-2018” Beynəlxalq World Speak Week tədbirində aktiv iştirakına görə sertifikata layiq görülmüşəm və eyni zamanda şagirdlərim də layihədə uğur qazanıb.
2019-ci il ARTN-nin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsində “Animasiya filmləri”üzrə layihədə mətn üzrə ekspert olmuşam.
22.01.2019 –cu il ARTN-nin “eTwinnig Plus lahiyəsinə” iştirakçı kimi qəbul olmuşam.
31.01.2019-cu il E.Cəfərov adına 118 saylı tam orta məktəb- rəhbərliyi tərəfindən məktəbin ictimai işlərində fəal iştirakıma görə “Fəxri Fərman” la təltif olunmuşam.
23.02.2019-cu il Beynəlxalq təlim “GİRNE AMERİCAN UNİVERSİTY “tərəfindən keçirilən “Müəllim-şagird münasibətlərində”effektiv ünsiyyət təlimində iştirak etmışəm.Sertifikata layiq görülmüşəm.16.03.2019-cu ildə Odlar Yurdu Universiteti və Qlobal Karyera İnstutununda keçirilən”Təhsilin İnkişafında qadınların rolu” beynəlxalq seminarda iştirak etmışəm.
16.03.2019-cu il CİBS təlim mərkəzi tərəfindən keçirilən “Mükəmməl pedaqoq” Milli QHT Forumunda iştirak edib sertifikat qazanmışam. 2019-cu il mart ayında “İstedadlar.biz” redaksiyası tərəbindən keçirilən “Pedaqoalarımızı tanıyaq” layihəsində “İlin müəllimi” adını qazanmışdır.
Hazırda pedoqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, yeni layihə üzərində çalışır. Bir müəllim kimi daim öz iş təcrübəsinin təkmilləşməsinə, müasir tələblərə cavab verməsinə, gənc nəslin inkişafı üçün uğurlu nəticələr göstərməklə fəaliyyətini genişləndirir.

пятница, 25 ноября 2016 г.

Bədəlova Yeganə Firdovsi qızı

Bədəlova Yeganə Firdovsi qızı 1956-cı il sentyabrın 7-də Bərdə şəhərində anadan olmuşdur.
1963-1973-cü illrdə Bərdə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. Həmçinin 1967-1973-cü illərdə Bərdə şəhər 7 illik musiqi məktəbinin fortepiano şöbəsində musiqi təhsilinə yiyələnmişdi.
İlk pedaqoji fəaliyyətə 1973-cü ildə Uşaq bağçası-körpələr evində musiqi tərbiyəçisi vəzifəsində başlamışdır.
1976-cı ildə Xankəndi (keçmiş Stepanakert) Dövlət Pedaqoji İnsititutun Tarix-ictimaiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1981-ci ildə ali təhsili müvəffəqiyyətlə başa vurmuşdur.
1979-1981-ci ildə Bərdə şəhər 4 saylı orta məktəbdə tarix-ictimayyət müəllimi vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə bağlı 1981-ci ildə Mingəçevir şəhərinə köçmüşdür.
Yeganə xanım 1984-1987-ci illərdə Mingəçevir şəhər 39 saylı Peşə Məktəbində çalışıb. 1987-ci ildən isə Mingəçevir şəhər 10 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. 40 illik fəaliyyəti dövründə daim məktəb rəhbərliyi, Təhsil Şöbəsi və digər təşkilatlar tərəfindən fəxri fərman, diplom və əmək kitabçasına yazılmaqla təşəkkürnamə ilə mükafatlandırılmışdır.
2003-cü ildə Açıq Cəmiyyət İnsititutu - Yardım Fondu “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyi tərəfindən “ATMİB-in interaktiv təlimi yayan təlimatçısı” sertifikatına layiq görülmüşdü.
2005-ci ildə Təhsil Nazirliyinin xəttilə təşkil edilən “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının iqtisadiyyat fənni üzrə treninq kursunda iqtisadiyyata giriş fənnini tədris etmək hüququ qazanmışdır.
2014-cü ildə “Qəhrəmanlar Unudulmur” İctimai Birliyi tərəfindən fəxri diplomla təltif edilmişdir.
2015-ci ildə “Əsrin ziyalıları” İctimai Birliyi tərəfindən “Əsrin ziyalısı - ilin ən yaxşı müəllimi” medalı və fəxri diplomuna layiq görülmüşdür. Həmin ildə “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” adlı kitabda fəaliyyəti işıqlandırılmışdır.
Təhsil Nazirliyi tərəfindən təşkil edilən fənn olimpialarında iştirak edən şagirdlərin içərisində müəllimin də yetirmələri uğur qazananların sırasında olmuşdur.
Yeganə xanım 2003-2016-cı illərdə təşkil edilən yeni təlim metodları və kurikulum üzrə kurslar, treninqlərdə iştirak etmiş, I dərəcəli diplom və sertifikatlarla təlimləri başa vurmuşdur.
Şəhər mətbuatında, konfrans və tədbirlərdə məqalə və məruzələrlə çıxış edir, vətəndaş cəmiyyəti quruculuğunda bütün qüvvə və bacarığını sərf etməklə vəzifə borcunu layiqincə yerinə yetirir.
2001-ci ildə yaranan, əvvəl “Şagird Elmi Cəmiyyəti”, 2009-cu ildən “Kiçik Akademiya” kimi adlandırılan təşkilatın rəhbəri kimi istedadlı şagirdlərin aşkara çıxarılması və onların düzgün istiqamətləndirilməsində xeyli zəhməti olmuşdur.
İKT-və interaktiv təlim metoduna əsaslanan dərslərin təşkilində müəllimə daim axtarışlar aparır, məntiqə və təfəkkürə yiyələnən şagirdlərin hərtərəfli inkişafına çalışır.
2014-cü ilin sentyabrında Təhsil Nazirliyi İxtisasartırma təhsili haqqında kursda imtahan verərək I dərəcəli sertifikat almışdır.
Müəllimin metoduna və fənninə marağın artmasına məhz şagirdlərə şəxsiyyət kimi yanaşması, onların ən kiçik yaşlarında cəmiyyətə hazırlamağıdır. Ali məktəblərə yüksək balla qəbul olunan məzunların nailiyyətlərində digər fənn müəllimləri ilə bərabər onun da xeyli zəhməti var.
2015-ci ildə “İlin ən yaxşı məktəbi” kimi Təhsil Nazirliyi tərəfindən layiq görülən məktəbin müəllimlərini zəhməti bir daha göz önündədir. Müəlliməyə və onun tədris etidyi fənnə olan marağın çox olmasının nəticəsidir ki, bu peşəyə sahib olmaq istəyən şagirdlərin sayı durmadan artır.
2016-cı ildə AzETA-nın - Azərbaycan İngilis dili Müəllimlər birliyinin (Azerbaijan English Teachers Association) üzvüdür.

Hər il təşkil etdiyi açıq dərslərində yenilik axtarışında olduğunu bir daha göstərir. Müəllimənin ən böyük amalı xalqına, dövlətinə sadiq və vətənpərvər şəxsiyyət yetişdirməkdir. 

четверг, 24 ноября 2016 г.

Əzizxanlı Gilan Qardaşxan qızı

Əzizxanlı Gilan Qardaşxan qızı 27 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1993-2004-cü illərdə Səbail rayonundakı 49 saylı orta məktəbdə alıb. 1996-2007-ci illərdə MTN nəzdindəki Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası (nəzəriyyə) üzrə təhsil almışdır. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamliq Akademiyasının Təsviri Sənət fakültəsinə daxil olmuş (qrafika ixtisası üzrə), 2012-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur.
İş fəaliyyəti:
2007-2011. “Zəkioğlu” nəşriyyatında rəssam (“Fikir antologiyası” seriyasından fəlsəfi kitabların cildlərinin işlənməsi);
2012-2013. Uşaq İnkişaf Klubunda rəssam;
2013-cü ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasinın rəssamı.
Sərgilərdə iştirakı :
26. 12. 2007 - Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya, İncəsənət və İdman-2008” müsabiqəsində iştirak;
14. 08. 2009 - Azərbaycan Sərhəd mühafizəsinin yaranmasının 90 illiyi münasibəti ilə DSX-nin“Sərhədlərimizin keşiyində” adlı təsviri sənət üzrə müsabiqəsində “Hüdud bəkçisi” qrafik əsərinə görə II dərəcəli diplom. ;
07. 12. 2010 - ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi “Amerika mənim arzularımda” adlı müsabiqədə xüsusi mükafat;
27. 03. 2010 - Türkiyənin İstanbul şəhərində “Azərbaycanın gənc rəssamları” sərgisində “Əkinçi”, “İstirahət” adlı əsərlərinin nümayişi;
25. 10. 2010 - Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi İncəsənət Akademiyasının təşkilatçılığı ilə sərgidə iştirak (“Xurmalar”, “Tbilisi mənzərələri”, ”Gürcü qadın”əsərlərinin nümayişi);
14. 08. 2012 - Azərbaycan Sərhəd Qoşunlarınin “Sərhədlərimizin keşiyində” adlı təsviri sənət üzrə müsabiqəsində “Sərhəd romantikası”(rəngkarlıq) əsərinə görə I dərəcəli diplom;
17. 05. 2012 - Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanın gənc rəssamları” sərgisində iştirak;
17. 11. 2015 - Dövlət Uşaq Filarmoniyasında rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin Azərbaycan Milli Tarix muzeyində keçirilən “Qönçələrin çiçək dünyası” sərgisi (Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə );
25. 12. 2015 - Dövlət Uşaq Filarmoniyasında rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin “Rəngbərəng” adlı sərgisi;
18. 01. 2016 - Azərbaycan Dövlət Milli Tarix muzeyi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş sərgidə rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin iştirakı.
Rəsm əsərləri:

“Hindu qəsəbəsi”, “Şeytanbazarda Yaşıl bazarlıq”, “Sərhəd fəlsəfəsi”, alman yazarı Mixael Endenin “Momo” nağıl-povestinə illüstrasiyalar və s. 

Aydəmirova Gövhər Zabit qızı

Aydəmirova Gövhər Zabit qızı 1978-ci ilin dekabrın 20-də Rusiya Federasiyasının Rostov vilayətinin Şaxta şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1985-ci ildə Bakı şəhər Səbail rayonundakı 190 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1995-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə oxuduğu vaxt məktəbdaxili tədbirlərdə fəal iştirak etmişdir.
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin Coğrafiya fakültəsinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir. Ali məktəbdə oxuduğu dövrdə TEC-nin fəal üzvlərindən biri olmuş və fakültə tədbirlərinin aparıcı tələbələrindən olmuşdur.
Müəllimlik fəaliyyətinə 1999-cu il oktyabrın 1-dən Bakının Yasamal rayonundakı 199 saylı məktəbdə başlamış, sonra köçürülmə yolu ilə fəaliyyətini yaxınlıqda yerləşən 150 saylı orta məktəbdə davam etmişdir. Hazırda işlədiyi məktəbin adı ləğv edilərək 6 saylı məktəb-liseyin II korpusu kimi fəaliyyətini davam etdirir.
2000/2001-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Eyni zamanda saathesabı Texniki Humanitar liseydə, Ə. Əzimzadə adına Rəssamlıq Kollecində, Qərb Universiteti orta məktəbində də müəllim kimi çalışmışdır.
2006/2007-ci ildə Bakı Yenidənhazırlanma və İxtisasartırma İnstitutunun Tarix fakültəsində təhsil almışdır. 2007/2009-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin landşaftşünaslıq ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildə rəhbərlik etdiyi sinif məzun olmuşdur və həmin ildə kurikulum kursunu müvəffəqiyyətlə başa vuraraq I dərəcə almışdır. Diaqnostik qiymətləndirmədən ixtisas üzrə 39 bal toplamışdır.
Fəal təlimlə bağlı bir çox treninq və kurslarda iştirak etmiş və sertifikatlar almışdır. Dəfələrlə yeni təlim metodlarına əsaslanan açıq dərslər vermişdir. Uzun illərdir ki, fənn metodbirləşməsinin sədridir. İşlədiyi müddətdə istər məktəb rəhbərliyinin, istər müəllim kollektivinin, istərsə də dərs dediyi şagirdlərin sevimlisinə çevrilmişdir. Öz şagirdlərinə ana qayğısı göstərməklə yanaşı, onların vətənə layiqli övladlar yetişməsi uğrunda səylə çalışır.

Hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Meteorologiya və iqlimşünaslıq” istiqaməti üzrə doktoranturasının III kurs tələbəsidir.

Qasımova Rəna Rafiq qızı

Qasımova Rəna Rafiq qızı 1958-ci il avqustun 20-də Saatlı rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 52 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. İlk ali təhsilini Azərbaycan Neft Akademiyasının (AzNeftKim) kimya-texnologiya fakültəsinində almışdır. Oxuduğu müddətdə "Ozon" zavodunda əmək fəaliyyətinə başlamış və işlədiyi müddətdə kollektivin böyük hörmətini qazanmışdır. Həm ğözəl işçi,  də ictimai işlərdə fəal iştirak etdiyi üçün zavod rəhbərliyinin dərin hormətini qazanmış, komsomol katibi seçilmiş və Moskvaya komsomolun XIX qurultayına nümayəndə göndərilmişdir. Şəkli həmişə şərəf lövhəsində olmuşdur.
1982-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 20 yanvar hadisələrindən sonra etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxmışdır. Onun xalqına xəyanət etmiş bir partiyanın sıralarında olmaq istəmədiyini bildirmişdir.
1993-cü ildə Suraxanı rayonunun 275 saylı məktəbində müəllim kimi fəaliyyətə başlayır və II ixtisas olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat-informatika fakültəsini bitirir. O həmin ildən də 275 saylı məktəbdə informatika müəllimi kimi işə başlayır. Məktəb və rayon metodbirləşmə rəhbəri kimi ictimai işlərdə daim fəal iştirak edir.
2008-ci ildə 6 saylı məktəbə dəvət edilir və orada əmək fəliyyətini davam etdirir. Bu məktəbdə də Rəna xanım şagirdlərimizin təlim-tərbiyəsi ilə yanaşı, öz biliklərini yoxlamalarına şərait yaradan olimpiadalarda iştirak etməyə onları həvəsləndirir. Onun şagirdləri hər il informatika üzrə olimpiadalarda fəal iştirak edir və ən layiqli yerlərin sahibi olurlar.
Rəna müəllim öz fənnini sevməklə yanaşı, həm bacarıqlı tərbiyəçi, həm də yaradıcı sinif rəhbəridir. Onun rəhbəri olduğu siniflərdə şagirdlər nizam-intizamlı, dərslərinə daim ciddi yanaşırlar.Yetişdirdiyi siniflərin hər bir şagirdi ali məktəbin tələbə adına layıq görulur. Bununla yanaşı onlar Vətənə, valideynə, yoldaşa sevgi hissi ilə böyüyürlər. Rəna müəllim onlarda bu sevginin möhkəmlənməsində cox boyuk rol oynayır. Onun da uşaqlara sevgisi boyük və tükənməzdir.
2011-ci ildə şagirdlərin düzgün təlim-tərbiyəsi sahəsində göstərdiyi fəliyyətinə və informatika fənninin tədrisində informasiya-komunikasiya texnologiyası üsullarından səmərəli istifadə etdiyinə görə fəxri fərmanla təltif edilmişdir.
Bildiyimiz kimi dunyanın ən qabaqcıl məktəbləri şagirdlərin güclü marağına səbəb olan robototexnikanın sirlərinə yiyələnirlər. Rəna məllim də məktəbdə təşkil olunan "Gənc proqramçılar" dərnəyinin rəhbəridir. O məktəbin ən istedadlı şagirdlərini bu dərnəyə cəlb edir və onların proqramlaşdırmada qazandıqları bilikləri həyata keçirmələrinə şərait yaradır. Rəna xanım inanır ki, onun şagirdləri ölkəmizin robotatexnikasının inkişafında öz töhfələrini verəcək və onların yaratdıqları robotlar sənayemizin inkişafında oz rolunu oynayacaqdır.
Rəna müəllim məktəbin ictimai işlərində də fəal iştirak edir. TİMS, Elektron jurnal üzrə koordinatorudur.
Bir müəllim kimi o, daim öz iş təcrübəsinin təkmilləşməsinə, müasir tələblərə cavab verməsinə çalışır. O müəllimliklə bərabər, öz sahəsində olan yeniliklərdə də daim irəli addım atmağı xoşlayır.
Rəna müəllim bir neçə məqalənin müəllifidir. Təhsil Nazirliyinin və bəzi təşkilatların təşkil etdiyi müxtəlif treninqlərdə iştirak etmiş və sertifikatlar almışdır:
2000-2001-ci illərdə İ*EARN proqramında fəal iştirakına görə, 2005-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsilin idarə olunmasında məlumatların işlənməsi" kursu, Dünya Bankı və Təhsil Nazirliyinin təşkil etdiyi "ESDL" kursunu müvvəffəqiyyətlə keçmiş və beynəlxalq sertfikat (İnformatika texnologiyalarının baza konsepsiyası, MS WORD, MS Excell), 2006-cı ildə TN-nin və Zygon Cacpian Consulting tərəfindən təşkil edilmiş "TİMS şəbəkəsindən istifadə" seminar-treninqi müvəffəqiyyətlə bitirmişdir. Bundan sonra o məktəbin müəllim-şagird bazasının yaradılmasında koordinar kimi əsas rol oynamışdır.
2011-ci ildə Təhsil Nazirliyinin və "Mədəd" humanitar təşkilatının birgə keçirdiyi İKT-nin təhsilə tətbiqi üzrə “İNTEL - Gələcək üçün təhsil" kursunda iştirak və sertifikat, fənn kurikulumunun tətbiqi ilə əlaqədar keçirilmiş "Kurikulumun öyrənilməsi və tətbiqi" kursu, TN-nin və "Smart Texnologies" şirkəti tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris" kursu, 2013-cü ildə "Smart Texnologies" şirkəti tərəfindən təşkil edilmiş "İnteraktiv elektron lövhələri ilə tədris" təlim kursu istifadə üzrə təlim kursu, 2014-ci ildə TN-nin təşkil etdiyi informatika fənn kurikulumunun tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursu, 2015-ci ildə UNESEF və Xəzər Universitetinin təşkil etdiyi "Potensial məktəb direktorlari" təlim kursunu bitirmiş və peşəkar inkişaf sertifikatını imtahanı müvəffəqiyyətlə verərək almışdır.

2016-cı ildə "Qabaqcıl müəllimlərin I Ümumrespublika Forumu"nda iştirak, Təhsil Nazirliyinin və "Edumedia-Azərbaycan" MMC-nin təşkil etdiyi "LEGO MİNDSTORMS Education EV3 robotics platform in STEM education practice" kursu və beynəlxalq sertifikat əldə etmişdir.

Əhmədova Saçlı Yaşar qızı

Əhmədova Saçlı Yaşar qızı 1976-cı il mayın 3-də Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində anadan olub.
1983-cü ildə kəndlərindəki orta məktəbin I sinfinə getmişdir. 1988-ci ildə məlum Qarabağ hadisələri səbəbindən ailəsi Sumqayıt şəhərində məskunlaşmışdır. Orta təhsilini Sumqayıt şəhəri 16 nömrəli orta məktəbdə davam etdirmişdir. 1993-cü ildə orta məktəbi yüksək qiymətlərlə bitirərək həmin ildə N. Tusi adına ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsinə qəbul olmuşdur. 1998-ci ildə ali məktəbi bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. 1994-cü ildə Sumqayıt şəhərindəki Təbiət Elmləri Təmayüllü Gimnaziyada Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsində çalışaraq pedaqoji fəaliyyətə başlamışdır. UBTR işlədiyi müddətdə məktəbdaxili və məktəbdənkənar müxtəlif tədbirlərin keçirilməsini təşkil etmişdir. Eyni zamanda həm də təcrübəli müəllimlərin dərslərini, iş fəaliyyətlərini izləyərək müəllimlik sənətinin sirlərini öyrənməyə çalışmışdır. Müəllimə deyir ki, onun bu peşəyə gəlməsində, bu gün bir müəllim kimi yetişib püxtələşməsində atası Yaşar müəllimin böyük rolu olmuşdur.
1996-cı ildən Bakı şəhər Nizami rayonu 242 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi ilk müəllimlik fəaliyyətinə başlamışdır. Saçlı müəllim şagirdlərə hər zaman bir fərd, şaxsiyyət kimi yanaşır. Hər zaman şagirdlə müəyyən sərhəddi saxlayaraq səmimi və dostluq münasibəti qurmağa üstünlük verir. Hər bir şagirdlə onun psixologiyasına görə davranmağı gərəkli sayır. İşinə həvəslə yanaşaraq şagirdləri sevmiş və özünü şagirdlərə sevdirməyi bacarmışdır ki, bu da ona işində stimul verir.
Hazırda Suraxanı rayonu Xarici Dillər Təmayüllü gimnaziyada ibtidai sinif müəllimidir. Müasir təlim strategiyasının tələblərinə uyğun olaraq daim təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2005-2016-cı illər ərzində Milli kurikulum, Mimio, Veb2, Flash 8, İKT və s. kimi müasir təlim kurslarında iştirak edərək, kursu müvəffəqiyyətlə başa vuraraq sertifikatlar almışdır.
Saçlı müəllimə təlim-tədrisdəki yenilikləri daim dərslərində tətbiq edir. Milli kurikulumun, müasir və fəal təlimin tələblərinə uyğun olan tez-tez açıq dərslər keçirir və məktəb rəhbərliyi tərəfindən bəyənilərək rəğbətləndirilir. Fənn metodbirləşmə iclaslarında mütəmadi olaraq müxtəlif mövzulu məruzələrlə çıxış edir.
Dərs dediyi şagirdlər daha çox riyaziyyata meyilli olurlar Bu da müəllimin işinə olan məsuliyyətindən, fənninin tədrisindəki peşəkarlığından irəli gəlir. 2014-cü ildə TN-nin keçirdiyi müəllimlərin diaqnostik qiymətləndirilməsində 98% nəticə göstərmişdir. Şagirdləri arasında “Zəfər”, “Hədəf”, “Unikal” və s. kimi təlim kurslarının keçirdiyi “Məktəblərlərarası bilik yarışmaları”nda dəfələrlə I, I, III yerləri qazanmış uşaqlar var.
Bu gün müəllimin təməlini qoyduğu, respublikamızın müxtəlif ali məktəblərində yüksək nəticələr göstərən şagirdləri və onların valideynləri onun peşəkar, savadlı kadr olmasından rahatlıqla danışırlar: “Bu günkü yüksək uğurlarımızda bizim təlimdə təməlimizi möhkəm qoyan Saçlı müəlliməyə sağ ol, deyirik!”
Elmin sirlərini öyrətməklə yanaşı başlıca olaraq şagirdləri vətənpərvərlik ruhunda yetişdirməyə çalışır. Şagirdlərini tez-tez xalqımızın tarixini əks etdirən məkanlara ekskursiyalara aparır. Müxtəlif tədbirlər keçirir.
2014-2015-ci tədris ilində “110 kitab” layihəsi adı altında keçirilən tədbirlər silsiləsindən sinfi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş “Qəhrəmanları olan Vətən basılmaz!” adlı təqdirəlayiq ədəbi-bədii gecə keçirmişdir və məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllim fərqlənmə və fəxri fərmanla təltif olunmuşdur.
“Keçmişə söykənərək gələcəyə getmək lazımdır. Keçmişini unudanın gələcəyi olmaz...”- deyə düşünür. Hər zaman şagirdlərinə söylədiyi bir sözü var: “Bu Vətəni biz sevməsək, biz qorumasaq, sahib çıxmasaq bizdən alarlar... Elmdən, alimdən əvvəl şərəfli insan, layiqli vətəndaş yetişdirməliyik...”

Rəhimova Təranə Akif qızı

Рагимова Тарана Акифовна родилась 5 февраля 1981 года в городе Баку. В 1988 году пошла в школу №83, которую окончила в 1998 году с высокими отметками.
С детства Тарана ханум мечтала быть учителем начальных классов и в 1999 году поступает в Азербайджанский Государственный Педагогический Университет на факультет Педагогика и Методика Начального Обучения. Окончив ступень бакалавра в 2004 году поступает в магистратуру, которую окончивает в 2006 году с красным дипломом.
В этом же году юный учитель поступает на работу в ÜTM “XXI - Əsr”. Здесь, на ряду с педагогической деятельностью, она помогает учащимся в организации постановок различных детских спектаклей.
В 2011 году Тарана ханум приглашается на работу в школу-лицей № 6.
В 2012 году администрацией школы Тарана ханум была направлена на курсы IB (International Baccalaureate) для начальных классов PYP (Primary Years Program), по окончании которых получает сертификат и, по возвращении, целый год работает в английском секторе в паре с иностранной коллегой.
В 2013-2014 годах Тарана ханум участвует в Международной Конференции Ассоциации школ Международного Бакалавриата стран СНГ (АШМБ), посещает лекции ведущих российских педагогов по программе PYP, а в последствии с успехом применяет данную программу в своем классе.
В классе, со своими учениками, Тарана ханум всегда старается создать дружескую рабочую атмосферу, атмосферу сотрудничества между учениками для продуктивной работы коллектива.

Знание компьютерных программ очень помогает Таране ханум в работе. Однако она не останавливается на достигнутом и всегда готова работать над собой. Так, уже работая в школе, она прошла курсы программы Mimio для интерактивной доски, чтобы соответствовать современным требованиям государственной стратегии образования.

вторник, 1 ноября 2016 г.

Əhmədova Nurlana Bilman qızı

Əhmədova  Nurlana  Bilman  qızı  1995-ci  ilin  yanvar  ayının  23-də  Göygöl  rayonunda  anadan  olmuşdur.
2001-ci  ildə  Göygöl  rayonundakı  1 saylı  orta  məktəbin I sinfinə  getmişdir. 2003-cü  ildə ailəsi  ilə birgə  Abşeron  rayonuna  köçmüşlər.  Təhsilini  Xırdalan  şəhər  1 saylı  orta  məktəbin III sinfindən  davam  etdirmişdir. 2012-ci  ildə orta  məktəbi  yüksək  qiymətlərlə  bitirmişdir. Həmin  ildə  ADPK -nin  ibtidai sinif müəllimi fakultəsinə qəbul  olmuşdur. 2015-ci  ildə  oranı  bitirərək  ibtidai  sinif müəllimi  ixtisasına yiyələnmişdir. Qeyd  edək ki, Nurlana  müəllim rus  bölməsində  təhsil almışdır.
2015-ci ildə  muəllimlərin işə  qəbulu imtahanını  verərək  Xırdalan  şəhəri  1 saylı orta  məktəbdə  pedaqoji  fəaliyyətə  başlamışdır.

2016 -cı  ildə  Təhsil Nazirliyinin  keçirdiyi  müəllimlərin diaqnostik  qiymətləndirilməsində yüksək  nəticə göstərmişdir. 2016-cı  il  ərzində  Milli  kurikulum  və  müxtəlif  kompyuter kurslarında  iştirak  edərək , kursu  müvəffəqiyyətlə  başa  vuraraq  sertifikatlar  almışdır.

Abbasova Aygün İlham qızı

Abbasova Aygün İlham qızı 5 may 1991-ci ildə Bakı şəhərində anadan olub. Uşaq bağçasının rus bölməsində tərbiyə alıb. 1998-ci ildə orta məktəbin rus bölməsinə I sinfə daxil olub. 2007-ci ildə 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano sinfini bitirib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi fakültəsinə daxil olub. 2013-cü ildə oranı bitirib.
Ali məktəbi bitirdikdən sonra Nizami rayon 242 sayli tam orta məktəbdə 2 il ibtidai sinif müəllimi işləmişdir. 2015-ci ildə 62 №-li məktəb-liseyə işə başlayıb və hazırda orada işləyir. Elə həmin ildə ümumi orta təhsil kurikulumu üzrə ibtidai təlim kursu keçərək “Mədəd” Azərbaycan MMC tərəfindən sertifikat almışdır. 28 dekabr 2015-ci ildə “Elektron təhsil” Respublika müsabiqəsinin qalibi olaraq III yerə çıxdığına gorə diplomila təltif olunmuşdur. Bundan əlavə, o İKT və İxtisasartırma kurslarında iştirak edib sertifikat almışdır.
Uşaqlıqdan incəsənətə, rəssamlığa, tikişə marağı olub. Asudə vaxtlarinda rəsmlər çəkir. Əsasda qrafika ilə maraqlanır. Rəsm onun hobbisidir. Amma buna baxmayaraq, uşaqlıqdan arzusu müəllim olmaq imiş. Kiçik yaşlarında həmişə gün eynəyini taxib, əlinə kitab götürüb müəllim oyunu oynayırmış. Ağlına gəlməsə belə müəllim peşəsinə yiyələndi.

Ən böyük arzusu “Əməkdar müəllim” adını qazanmaq və dünyanı səyahət etməkdir.