среда, 1 мая 2019 г.

Abdullayeva Mətanət Vahid qızı


Abdullayeva Mətanət Vahid qızı 20 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 №-li tam orta məktəbi bitirib. 2000-ci ildə N.Tusi adına ADPU-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib.
2001-ci ildən Bakı şəhəri Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb liseydə ibtidai sinif müəllimi işləyir. Artıq 18 ildir ki pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda dərs dediyi 3-cü sinif Mətanət müəllimin 5-ci buraxılışı olacaq. Mətanət müəllim pedaqoji fəaliyyəti dövründə bir çox təlim, seminar və konfranslarda iştirak edib.
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu"  və müəllimləri işə qəbulu üzrə komissiyaların üzvü olub.
2008-ci ildə yeni fənn kurrikumlarının tətbiqi sahəsində təlim kursunu bitirmişdir.
2009-cu ildə İKT-nin təhsilə tətbiqi üzrə "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" təlim kursunu , 2010-cu ildə "Təhsil portalından istifadə" üzrə təlim kursunu, 2011-ci ildə İKT-nin təhsilə tətbiqi üzrə “İntel - Gələcək üçün Təhsil" təlim kursunu müvəffəqiyyətlə bitirib. 2012-ci ildə İntel "1 şagird-1 kompüter" təlim kursunda iştirak edib. Həmin il "Həmkara Dəstək"təlim kusunu müvəffəqiyyətlə bitirib. 2014-cü ildə "Smart Technologies"şirkəti tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris" təlim kursunu dinləyib.
Həmin il "Təhsildə İnteraktiv texnologiyalar-2014" müsabiqəsində iştirak edib. 2016-cı ildə "Məktəb Direktorlarının Hazırlığı Kursu " adlı 180 saatlıq təlim kusunun müvəffəqiyyətlə tamamlayıb. Elə həmin il “1 şagird -1 kompüter” təlimini, "Təməl" kursunu müvəffəqiyyətlə bitirib. 2017-ci il "Təhsili Dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Tullantıdan İncəsənətə" layihəsinin iştirakçısı olub. Həmin layihənin "Ayın tətqiqatçı bioloqu" nominasiyası üzrə məktəbə uğur gətirdiyinə görə sertifikatla təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olmuş,Ərəstun Mahmudov adına 220 nömrəli məktəb lisey tərəfindən icra olunan "Peşə Profilinin Müəyyənləşdirilməsi" layihəsinin həyata keçirilməsində fəal iştirakına görə sertifikatla təltif olunub. 2018-ci ildə İbtidai sinif müəllimlərinin I Təhsil Forumunda iştirak etdiyinə, "Məktəbin inkişafında səmərəli fəaliyyətinə" görə sertifikatla təltif olunub.

Комментариев нет:

Отправить комментарий