четверг, 29 декабря 2016 г.

Azadova Ləman Qabil qızı

Azadova Ləman Qabil qızı 2 noyabr 1967-ci ildə Füzuli rayonunda anadan olub. 1975 ci ildə Fizuli rayon 2 saylı orta məktəbdə I sinifə gedib. 1985-ci ildə X. Natavan adına 3 nömrəli orta məktəbi bitirib. 1986 cı ildə V.İ.Lenin adına APİ-nin “Pedoqoqika” fakultəsinə daxil olub. 1991-ci ildə ali məktəbi bitirərək təyinatla Abşeron rayon Xırdalan qəsəbəsi 3 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.1994 cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən attestasiyada I kateqoriyaya layiq görülüb.1997-ci ildə qabacıl müəllim kimi təyinatla AMİ-də 1 illik “İbtidai təhsilin metodikası” kursunu keçməyə göndərilib daha sonra isə yenidən həmin məktəbdə pedoqoji fəaliyyətini davam etdirib. 2000-ci ildə yerdəyişmə ilə Binəqədi rayon R. Əliyev adına  müəllim kimi fəaliyyətə başlayıb. 2000, 2003, 2005-ci illərdə mütəmadi olaraq Müəllimlərin Təkmilləşmə İnistutunda 1 aylıq kurslardan keçib. 2009 cu ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Fənn kurikulumları” kursunu uğurla başa vurub 1 dərəcəli sertifikata layiq görülüb. 2011 cildə “Mədət” təşkilatı tərəfindən təşkil olunan kurslarda iştirak edib və sertifikatla təltif olunub. O, işlədiyi dövr ərzində pedoqoji təcrübəsini artırmaq məqsədilə bir cox kursların fəal iştirakçısı olmuş, müxtəlif tədbirlər keçirərək sertifikat, fəxri fərman və diplomlara layiq görülmüşdür.
2013-cü il fevralın 25-də Xocalı faciəsinə həsr olunmuş tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Bakı şəhəri Təhsil İdarəsi və ictimai birlik tərəfindən diploma layiq görülüb.
2014-cü ildə “Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması” layihəsində uğurla iştirakına görə sertifikata layiq görülüb.

2014-cü ildə “Mentor hazırlığı”, “Promethan” interaktiv löhvələrin tədrisə tətbiqi, “Elektron məktəb üçün elektron müəllim” kursularını uğurla  başa vurub, sertifikatlara layiq görülüb.

вторник, 20 декабря 2016 г.

Seyidli Səbinə Həmzə qızı

Seyidli Səbinə Həmzə qızı 1994-cü ildə Baki şəhərində 20 saylı məktəb-liseyi bitirmişdir. 1999-cu ildə Azərbaycan Qızlar  Universitetinin bakalavr diplomu, 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun maarif istiqamətinin ibtidai təhsilin pedaqogika və metodikasi ixtisaslaşması üzrə magistraturanı bitirmişdir. Hazırda doktoranturada oxuyur.
Səbinə xanım 1999-cu ildə 83 saylı məktəb-liseydə laborant  vəzifəsinə qəbul olunub. 2000-ci ildə müvəqqəti ibtidai sinif müəllimi təyin edilib.  2005-ci ildən isə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilib. Hazırda da həmin məktəbdə müəllim vəzifəsində calışır.

Səbinə müəllim məktəbdə işləyən vaxtdan yeni təlim texnologiyaları sisteminin inkişaf prosesinin öyrənmək, ümumiləşdirmək, təkmilləşdirmək və təhsil prosesinə müasir, yeni pedaqoji yanaşmaların tətbiqi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin elmi, pedaqoji, psixoloji əsaslar üzərində qurulması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı o, məktəbdə işlədiyi zaman bu istiqamətdə elmi-tədqiqat işlərində də özünü göstərib. Buna misal olaraq onun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” və “Fizika, Riyaziyyat və İnformatikanın tədrisi”  jurnallarındakı  məqalələrini nümunə göstərmək olar.

Abbasova Aynur İsfəndiyər qızı

Abbasova Aynur  İsfəndiyər qızı  10 mart  1975-ci ildə Gəncə  şəhərində  anadan olub.  1992-ci  ildə  H. Zərdabi  adına Gəncə Pedaqoji  İnstitutunun ibtidai  təlim  pedaqogikası  və metodikası  fakültəsinə  daxil olub. 1997-ci ildə  həmin  fakültəni  bitirərək  ibtidai  təlim  pedaqogikası  və metodikası  ixtisasına  yiyələnib. 1993- cü ildə Gəncə  şəhəri  25 saylı  orta  məktəbdə  U.B.T.R  vəzifəsində işə başlayıb. 1995 –ci ildə  Gəncə  şəhəri  Əhməd  Cavad  adına 2 saylı orta məktəbdə ibtidai  sinif  müəllimi kimi işini davam  etdirib. Hazırda  Gəncə  şəhəri  37 saylı  orta  məktəbdə işləyir.
2004- cü ildə Azərbaycan Müəllimlər İnstitutu nun ixtisasartırma  və yenidən  hazırlanma  kursunu  bitirərək  Azərbaycan  dili və ədəbiyyat  müəllimi  ixtisasına da yiyələnib.
“2008- 2012-ci illər  Azərbaycan  Respublikasında  təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə Dövlət proqramı” çərçivəsində  Təhsil  sisteminin informasiyalaşdırılması İdarəsi  və “Mədəd”  təşkilatı  tərəfindən  informasiya  və  kommunikasiya  texnologiyalarının  təhsilə  tətbiqi  üzrə  keçirilən Müəllimlərin  Peşəkarlıq  Səviyyəsinin  Təkmilləşdirilməsi,  İntel “Gələcək  üçün  Təhsil”  təlim  kursunu  müvəffəqiyyətlə bitirmişdir.
Pedaqoji  fəaliyyətində  qazandığı  uğurlara  görə  məktəb  müdiriyyəti  tərəfindən  fəxri  fərmanla  təltif  olunub.

пятница, 16 декабря 2016 г.

Hüseynova Ləman Şahin qızı

Hüseynova Ləman Şahin qızı 1989-cu il iyunun 16-da Sumqayıt şəhərində anadan olmuşdur. İlk təhsilini 1996-2007-ci illərdə Sumqayıt şəhərində 34 nömrəli məktəbdə təhsil almışdır. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin xarici dil-ingilis dili fakültəsində təhsil almışdır. 2011-ci ildən etibarən Masazır 1 saylı məktəbin ingilis dili müəllimi olaraq işləyir. Pedaqoji fəaliyyəti dövrundə daim öz üzərində işləyib, təlim seminarlarda fəal iştirak etmişdir. Bundan əlavə Ləman Hüseynovanın jurnalistika təcrübəsi də vardır. Belə ki, Amerika Səfirliyi və ANS TV-nin birgə əməkdaşlığı ilə keçirilən jurnalistika kursunu müvəfəqiyyətlə bitirmiş və sertifikatla təltif olunmuşdur.
Ləman xanim müəllim kimi də bir sira uğurlara imza atmısdır. Müəllimlər üçün keçirilən kurikulum kursunda 2014-cu ilin avqustunda iştirak etmiş və sertifikatla tətif olunmuşdur. 2014-cu ilin may ayinda Təhsil Nazirliyi, Britaniya Konsulluğu və Mədəd təşkilatının birgə layihəsi olan “İngilis dili müəllimlərinin sertifikatlaşdırılması” layihəsinə seçilən 100 müəllimdən biri olmuş və hər 3 təlimi uğurla keçmişdir. “Microsoft” şirkətinin online kursunda iştirak etmiş və imtahandan keçərək beynəlxalq dərəcəli sertifikat almisdır. Onu da qeyd etmək lazımdır ki, 2014-cu ildə Azərbaycanda 4 müəllim bu sertifikatı ala bilmişdir.
2015-ci ilin dekabrında Bakıda ilk dəfə keçirilən I beynəlxalq ingilis dili forumunda iştirakçı olmuşdur. 2015-ci ilin dekabrında Ləman müəllim VII siniflər arası ingilis dilindən söz yarışı təşkil etmiş və qalibləri təşəkkürnamələrlə təltif etmişdir. Ləman xanım haqqında dəfələrlə KİV-də məqalələr dərc  edilmişdi.
2016-cı ilin aprel ayında olan hadisələrlə əlaqədar Ləman müəllim şagirdlərində vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün onlara əsgərlərmiz üçün məktublar yazdırmış və həmin məktubları ASAN xidmətdə “Əsgərə məktub” layihəsinə qoşularaq, əsgərlərə göndərmişdir. Bundan əlavə şagirdləri ilə Qarabağa dəstək üçün “Karabakh is ours” yazıb şəkillərlə birgə sosial şəbəkələrdə paylaşmışdır.
2016-ci ildə ölkəmizdə ilk dəfə keçirilən Dolma festivalının təşkilatçilarından olmuşdur. Kompüter bacarıqları vardır. 2016-ci il iyununda şagirdlərinə müəllimlər haqqında anonim məktublar yazdırmışdır. Ləman müəllim şagirdlərin sevimlisidir.

пятница, 9 декабря 2016 г.

Əliyeva Çiçək Həşim qızı

Əliyeva Çiçək Həşim qızı 1963-cü il mayın 24-də Şərur rayonunda anadan olmuşdur. İlk təhsilinə 1970-1971-ci tədris ilində başlamış, 1980-1981-ci tədris ilində 10-cu sinfi “əla” qiymətlərlə başa vurmuşdur.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin institutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Elə həmin il də Şərur rayonu 1 saylı orta məktəbin pioner baş dəstə rəhbəri kimi iş fəaliyyətinə başlamışdır.
1987-ci ildə Babək rayonu Payız kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
2000-ci idə ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərinə köçmüşdür. Həmin ildən də Xətai rayonu 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. Bu günə qədər də həmin məktəbdə işləyir.
Əliyeva Çiçək işlədiyi müddətdə dəfələrlə məktəb rəhbərliyi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub.
Ç. Əliyeva 2002, 2007, 2012-ci illərdə Müəllimləri Təkmilləşdirmə və İxtisasartırma İnstitutunda təlim kursları keçmiş və müvafiq vəsiqələr almışdır.
2011-ci ildə “MƏDƏD” kursları tərəfindən təşkil olunmuş “Komputer biliklərinə yiyələnək” təlim seminarlarında iştirak etmiş və komputer biliklərinə yiyələnərək sertifikat almışdır. Komputer proqramlarını sərbəst işləyir. Word, PowerPoint, Excel proqramlarında sərbəst işləyir. Açıq dərslərin slaydlarını özü sərbəst şəkildə PoverPoint-də işləyib hazırlayır.
2012-ci ildə “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunu yüksək göstərici ilə bitirib və sertifikat alıb.
2012-ci ildə Müəllimlər İnstitutunun nəzdində keçirilən Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq kursdan keçmiş, yüksək nəticə göstərərək I dərəcəli diplom və “Öyrədənlərin öyrədəni” sertifikatı almışdır.
2013/2014 və 2014/2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fənn kurikulumları üzrə keçirilən “Dərsliklərin qiymətləndirilməsi və hazırlanması” monitorinqində rəyçi-ekspert kimi nazirliklə əməkdaşlıq etmişdir.
Ç. Əliyeva işlədiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəridir. Mütəmadi olaraq Təhsil Problemləri İnstitutunda keçirilən müzakirələrdə iştirak edir, hər bir yeniliklə tanış olur və müəllimləri də məlumatlandırır.

TQDK-nın seminarlarında iştirak edən və test müzakirələrində öz fikirlərini söyləyən Çiçək müəllimə şagirdlərin də sevimlisidir. 

Mirzəyeva Ağabacı Niftulla qızı

Mirzəyeva Ağabacı Niftulla qızı 40 ilə yaxındır ki, təhsil sahəsində çalışır. Nəsimi rayonu 23 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini, hal-hazırda isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. 1976-1977-ci tədris ilindən Xəzər rayonunun 13 saylı internat məktəbində, 1988-1989-cu tədris ilindən Nəsimi rayonu 9 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2007-2008-ci tədris ilindən qabaqcıl işlərinə görə 23 nömrəli məktəbə direktor müavini seçilmişdir.
Ali kateqoriyalı müəllimdir. İki dəfə "İlin ən yaxşı müəllimi" (1996-1997, 1997-1998), "İlin ən yaxşı pedaqoji mühazirəsi" (1996-1997) qalibi adına layiq görülmüşdür. Müsabiqə qalibi kimi haqqında oçerk çəkilib, tədbirləri televiziya vasitəsilə işıqlandırılıb. Tez-tez təhsilə dair verilişlərdə çıxışları, müsahibələri olub. Nəsimi rayonunun fənn üzrə ştatdankənar metodisti, metodşuranın üzvü, dil komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Şagirdləri dəfələrlə olimpiadalarda, inşa və şeir müsabiqələrində birincilik qazanıblar.
İşlədiyi müddətdən bu günə kimi Fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə, sertifikatlara, təbriknamələrə, Beynəlxalq Diplomlara layiq görülmüşdür. Məsələn: 08-15.12.2015 “Təhsil problemləri” qəzetində “Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir” (F.İbrahimova), “Əsgərə məktub” layihəsində “Xalq-ordu”, “Ordu-xalq” birliyinin möhkəmləndirilməsində fəallığına görə 10 avqust 2016-cı il “Fəxri Fərman”la təltif olunub: 109 №-li hərbi hissənin komandiri general-leytenant Rövşən Əkbərov.
Hər il Heydər Əliyevin doğum və vəfat günlərində məruzələrlə çıxış etmişdir. TQDK-da 1994-cü ildən fəaliyyət göstərmiş, ilk test müəlliflərindən olmuş, seminarlarda iştirak etmiş, ekspert komissiyasının üzvü kimi bunkerdə fəaliyyət göstərmişdir, "Abituriyent" jurnalında fənn üzrə çıxan testlərin müəlliflərindən biri olub. Mətbuatda fənnə dair məqalələri, jurnallarla fəal əməkdaşlığı, rəyçi olduğu elmi-metodik kitablarda adı var.
Vektor Beynəlxalq Elm Mərkəzinin təşəbbüsü ilə "XXI əsr Azərbaycan maarifçiləri" kitabına adı düşüb və Beynəlxalq Diploma layiq görülmüşdür.
Azərbaycan Baş Pedaqoji Kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitutunda elmi-praktik konfranslarda materiallarla çıxış etmişdir.
Pedaqogikaya dair seminar-müşavirədə 2006-2007-ci tədris ilində "Təhsil-təlim pedaqoji prosesin ayrılmaz tərkib hissəsi kimi", "Təlimin formaları" məruzələri ilə çıxış etmiş, interaktiv təlim metodu ilə dediyi dərslər mətbuatda, jurnallarda, kitablarda öz əksini tapıb.
Təcrübəçi tələbələr onun dərs metodu haqqında ürək sözlərini yazıblar.
Keçirdiyi ədəbi-bədii gecələr, ədəbi ekskursiyalar, ədəbi disputlar, oxucu konfransları həm televiziyada, həm də mətbuatda işıqlandırılıb. Məsələn: "Məhəmməd Füzuli-500" ("Can sözdür, əgər bilirsə insan"), "Adım Ələsgərdir, Göyçə mahalım-175", "Dədə Qorqud-1300", “Vahidəm, xəlqimin qəzəl şairi” (Ə.Vahid-100), "M.Şəhriyar-90", "H.Cavid-110", "Ə.Cavad-100", "Söz hər şeydən qiymətlidir", “Söz necə səslənir”, “Azərbaycan dili – Azərbaycan xalqının tarixi qədər qədimdir”, “Milli Qəhrəman Tahir Həsənov”, “Bayraq – qürurumuzdur” mövzularında tədbirlərini keçirmiş, “Təhsilin humanistləşdirilməsi və şagirdlərdə yeni pedaqoji təfəkkürün formalaşmasında müəllim əməyinin rolu və təşkilatçılığı”, “Təhsilin humanistləşməsi baxımından təlimin differensiallaşması, fərdiləşməsi şəraitində, şagird şəxsiyyətinin formalaşmasında müəllimin rolu və şagirdlərdə təlimə məsuliyyət hissinin yüksəlməsi” adlı məruzələrlə çıxış etmişdir.
Hər il 21 Fevral "Beynəlxalq Ana dili" mövzusunda konfranslar, seminarlar, ədəbi-bədii gecələr ("Dilim mənim, qalam mənim" tədbiri) təşkil etmişdir.
İşlədiyi müddətdə bir sıra açıq dərslər vermişdir: M.Füzulinin "Söz", "Məni candan usandırdı" qəzəlləri, C.Cabbarlının "Ana" şeiri, "M.Müşviqin lirikası", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti, X.Rza Ulutürkün "Mənim dilim" şeiri, M.Şəhriyarın “Azərbaycan” şeiri, S.Rəhimovun “Mehman” povesti, “Yeni sözlər (neologizmlər)”, R.Rzanın “Mən torpağam” şeiri, "Qeyri-müəyyən əvəzliklər", "Tamamlığın ifadə vasitələri", "Modal sözlərin məna növləri" və sairəni nümunə göstərmək olar. Bu açıq dərslərin çoxusu mətbuatda işıqlandırılıb.
Aşağıdakı şagirdlər müxtəlif illərdə olimpiada, şeir və inşa müsabiqəsinin qalibləri olub:
Əhmədzadə Elnur (1994) - M.Füzuli "Qəzəl müsabiqəsi"ndə;
Hacıyeva Şəhla (1995) - "Qəzəl müsabiqəsi"ndə;
Məmmədova Səadət (1995) - "Şeir müsabiqəsi"ndə;
Yaqubova Günel Rəfail qızı (1999-2000) - "Mən öz dostuma insan hüquqları haqqında düşüncələrimi yazıram" inşa müsabiqəsində;
Ələsgərova Ruqiyə Namiq qızı (2005-2006) - "Heydər Əliyev heç vaxt unudulmayacaq" inşa müsabiqəsində;
Quliyeva Aybəniz (2005-2006) - "Söz hər şeydən qiymətlidir inşa müsabiqəsində;
Bayramova Afət Arif qızı – “Azərbaycan Xalq Cümhuriyyəti” inşa müsabiqəsində;
Hüseynova Adilə - "Heydər Əliyev qəlbimizdədir" inşa müsabiqəsində;
Əliyeva Natəvan - "Heydər Əliyev və Azərbaycan dili" inşa müsabiqəsində, olimpiadada; 
Əliyev Füzuli – şeir müsabiqəsində, "Ana dili" tədbirində;
Ələsgərova Ruqiyə Namiq qızı - Respublika olimpiadası;
Məmmədova Günel – Respublika olimpiadası;
Mirzəyev İqbal  - olimpiada qalibi və s.
Əliyeva Nuranə - olimpiada qalibi;
Məmmədova Xanım – şeir müsabiqəsinin qalibi;
Fərəcova Nəzrin - şeir müsabiqəsinin qalibi.
Tədris işləri üzrə direktor müavini işlədiyi dövrdə fənn müəllimlərindən: 2007-ci ildə 5 nəfər, 2008-ci ildə 8 nəfər, 2009-cu ildə 6 nəfər, 2010-cu ildə 5 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ağabacı müəllim indi də yorulmaq bilmədən çalışır, gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir.

четверг, 8 декабря 2016 г.

Şamilova Vəfa Teymurxan qızı

Şamilova Vəfa Teymurxan qızı 12 yanvar 1982-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-1989-cu tədris ilində Şəki şəhər 14 saylı məktəbin I sinfinə daxil olmuşdur. 1996-1997-ci tədris ilindən etibarən Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təhsilini davam etdirmişdir. Məktəb illərində müəllimlər onu daim yeni biliklər əldə etməyə can atan və bildiklərini təkmilləşdirməklə məşğul olan bir şagird kimi tanımışlar.
2000-2001-ci tədris ilində öz qarşısına qoyduğu dəyərli məqsədlərindən birinə çataraq, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 2004-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq universitetin biologiya fakültəsi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Həmçinin Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Mikologiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş, magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur. Magistraturanı bitirdikdən sonra ona fakültədə qalıb işləmək təklif edilsə də, o, gənc nəslin təhsili ilə məşğul olmağı üstün tutaraq orta məktəbdə işləməyi vacib hesab etmişdir. 2007-2008-ci tədris ilində müəllim kimi fəaliyyətə başlayan gənc müəllimə - Vəfa Şamilova hazırda ERA tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Dərs dediyi bu illər ərzində gənc müəllimə peşəkarlığı, öz ixtisasına dərindən yiyələnməsi ilə fərqlənmiş, şagirdlərinin məhəbbətini qazanmışdır.
2013-cü ildə Azərbaycan Respublikası "Azad Müəllimlər Birliyi"nin həyata keçirdiyi "Yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim" proqramı  üzrə I dərəcəli sertifikata layiq görülmüşdür.
Vəfa Şamilova daima çevrəsinə, öhdəsinə götürdüyü işə məsuliyyətlə yanaşır. Yeniliklərə can atır, yenilik yaratmağa təşəbbüs göstərir.
Tələbəlik illərində universitetin ictimai-siyasi həyatında fəal işrirak edərək, 2013-cü ildən "Yeni Azərbaycan Partiyası" nın üzvlüyünə daxil edilmişdir.

2006-cı il 28-29 aprel tarixində keçirilmiş "Biologiya elmi nailiyyətləri" mövzusunda Respublika elmi konfransının iştirakçısı olmuş və öz elmi məqaləsi ilə çıxış etmişdir.

среда, 7 декабря 2016 г.

Xıdırova Çimnaz Göyüş qızı

Xıdırova Çimnaz Göyüş qızı 27 yanvar 1966-cı ildə Laçın rayonunun  Pircahan kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Pircahan kənd orta məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 1985-1990-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunda təhsil almışdır. 1990-cı ildə pedaqoji fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Müəllimlərinin Yenidən Hazırlanma və İxtisasartırma İnstitutunun ibtidai metodika fakültəsinə daxil olmuşdur.
İnstitutu bitirdikdən sonra orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2007-ci ildə Azərbaycan Respubliası Təhsil Nazirliyi və “Mədəd”  Humanitar Təşkilatı İctimai Birliyi tərəfindən  təşkil edilmiş İKT-nin təhsildə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi təlim kurslarını müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almışdır.
2010-cu ildən Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir.
İbtidai sinif müəllimi kimi erkən yaşlarından uşaqlarda oxumağa və elmə həvəs oyatmağa çalışmış, onların müstəqil respublikamızın gələcəyinə layiq vətənpərvər  ruhda böyüməsinə nail olmuşdur.

Pedaqoji əmək fəaliyyəti dövründə özünü istedadlı və bacarıqlı müəllim kimi göstərmiş və dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır.

четверг, 1 декабря 2016 г.

Qasımlı Naridə Mirəyyub qızı

Qasımlı Naridə Mirəyyub qızı 10 iyul 1985-ci il tarixində Ermənistan, Ararat rayonunda anadan olub. 1991-1992-ci il tədris ilində I (birinci) sinifə qəbul olunub.
2002-2003-cü tədris ilində Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbi bitirib.
2006-2007-ci il tədris ilində Bakı Qızlar Universiteti, Filologiya - Tarix fakültəsinin Xarici dil ixtisasına qəbul olub. İkinci xarici dil fransız dildir. Alman və rus dillərini zəif bilir.
İngilis və Fransız dillərində bir neçə tərcümənin müəllifidir.
2010-2011-ci il tədris ilində həmin universitetin Filologiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini  alıb.
2010-cu ildə H. Ə. Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Qloballaşma və Azərbaycan gəncliyi” mövzusunda tələblərin XIV elmi konfransının təşkili və həyata keçirilməsində fəal iştirtak etdiyimə görə diplomla təltif olunub.
İlk əmək fəaliyyətinə 07 yanvar 2012-ci il tarixndə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə analıq məzuniyyətində olan müəlliməni əvəz etməklə başlayıb. Hazırda həmin məktəbdə ingilis dili müəllimi işləyir.
4 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi ixtisasartırma təhsili haqqında” II (ikinci) dərəcə İB №092117 saylı sertifikatla təltif olunub.
2013-2014-cü il tədris ilinin Magistratura pilləsində Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq (İngilis dili üzrə) ixtisasına qəbul olub.
2014-cü il dekabr ayında Azərbaycan Respublikasının Bələdiyyələrinə Seçkilər zamanı öz şəxsi təşəbbüsü əsasında 45 saylı Abşeron DSK 30 saylı seçki məntəqəsində Seçki Dairəsinin Ərazisi üzrə müşahidəçi qismində iştirak edib.
15 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazriliyi Abşeron rayon Təhsil Şöbəsi tərəfindən Pedaqoji sahədə nümunəvi fəaliyyətinə və ictimai işlərdə göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif olunub.
1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər zamanı siyasi partiyalar blokunun təşəbbüsü əsasında YAP-dan 45 saylı Abşeron DSK 30 saylı Seçki Məntəqəsində Seçki Daiərsinin ərazisi üzrə müşahidəçi qismində iştirak edib.
19 dekabr 2015-ci il tarixndə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi imtahanında 60 mümkün baldan 52 bal (86.67%) toplayıb.
16-31 aprel tarixində “Vedibasar” qəzetinin 09 (316) saylı nəşrində haqqında məqalə və “İşıq arxasınca” adlı esseyi dərc olunub.
4.06.2016-cı il tarixndə Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Şurası tərəfindən keçirilən Qabaqcıl Müəllimlərin “Ümumi Təhsildə Yaradıcılıq Axtarışları: Nəticlər, Perspektivlər adlı Birinci Ümumrespublika Forumunun iştirakçısıdır. Sertifikatla təltif olunub.
Abdulla Şaiqin “İki dost” adlı hekayəsinin Azərbaycan dilindən İngilis dilinə tərcümə etdiyi variantı  baner üstündə çap şəklində Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən C. Məmmədquluzadənin ev muzeyinə hədiyyə edilib.
2015-2016-ci il tədris ilində Naxçıvan Dövlət Universiteinin Filologiya ali peşə istiqamətinin  İngilis dili ixtisası üzrə magistr dərəcini alıb.
26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasında Referendum zamanı referendum üzrə təşviqat qrupunun təşəbbüsü əsasında 45 saylı Abşeron DSK 30 saylı seçki məntəqəsində Seçki Dairəsinin ərazisi üzrə müşahidəçi qismində iştirak etmişdir.
Windows Operation System,  Ms. Word, Ms. Excel, Ms. Paint, Ms. Power Point, Internet –Browsing proqramlarını bilir.