четверг, 24 ноября 2016 г.

Qasımova Rəna Rafiq qızı

Qasımova Rəna Rafiq qızı 1958-ci il avqustun 20-də Saatlı rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 52 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. İlk ali təhsilini Azərbaycan Neft Akademiyasının (AzNeftKim) kimya-texnologiya fakültəsinində almışdır. Oxuduğu müddətdə "Ozon" zavodunda əmək fəaliyyətinə başlamış və işlədiyi müddətdə kollektivin böyük hörmətini qazanmışdır. Həm ğözəl işçi,  də ictimai işlərdə fəal iştirak etdiyi üçün zavod rəhbərliyinin dərin hormətini qazanmış, komsomol katibi seçilmiş və Moskvaya komsomolun XIX qurultayına nümayəndə göndərilmişdir. Şəkli həmişə şərəf lövhəsində olmuşdur.
1982-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 20 yanvar hadisələrindən sonra etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxmışdır. Onun xalqına xəyanət etmiş bir partiyanın sıralarında olmaq istəmədiyini bildirmişdir.
1993-cü ildə Suraxanı rayonunun 275 saylı məktəbində müəllim kimi fəaliyyətə başlayır və II ixtisas olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat-informatika fakültəsini bitirir. O həmin ildən də 275 saylı məktəbdə informatika müəllimi kimi işə başlayır. Məktəb və rayon metodbirləşmə rəhbəri kimi ictimai işlərdə daim fəal iştirak edir.
2008-ci ildə 6 saylı məktəbə dəvət edilir və orada əmək fəliyyətini davam etdirir. Bu məktəbdə də Rəna xanım şagirdlərimizin təlim-tərbiyəsi ilə yanaşı, öz biliklərini yoxlamalarına şərait yaradan olimpiadalarda iştirak etməyə onları həvəsləndirir. Onun şagirdləri hər il informatika üzrə olimpiadalarda fəal iştirak edir və ən layiqli yerlərin sahibi olurlar.
Rəna müəllim öz fənnini sevməklə yanaşı, həm bacarıqlı tərbiyəçi, həm də yaradıcı sinif rəhbəridir. Onun rəhbəri olduğu siniflərdə şagirdlər nizam-intizamlı, dərslərinə daim ciddi yanaşırlar.Yetişdirdiyi siniflərin hər bir şagirdi ali məktəbin tələbə adına layıq görulur. Bununla yanaşı onlar Vətənə, valideynə, yoldaşa sevgi hissi ilə böyüyürlər. Rəna müəllim onlarda bu sevginin möhkəmlənməsində cox boyuk rol oynayır. Onun da uşaqlara sevgisi boyük və tükənməzdir.
2011-ci ildə şagirdlərin düzgün təlim-tərbiyəsi sahəsində göstərdiyi fəliyyətinə və informatika fənninin tədrisində informasiya-komunikasiya texnologiyası üsullarından səmərəli istifadə etdiyinə görə fəxri fərmanla təltif edilmişdir.
Bildiyimiz kimi dunyanın ən qabaqcıl məktəbləri şagirdlərin güclü marağına səbəb olan robototexnikanın sirlərinə yiyələnirlər. Rəna məllim də məktəbdə təşkil olunan "Gənc proqramçılar" dərnəyinin rəhbəridir. O məktəbin ən istedadlı şagirdlərini bu dərnəyə cəlb edir və onların proqramlaşdırmada qazandıqları bilikləri həyata keçirmələrinə şərait yaradır. Rəna xanım inanır ki, onun şagirdləri ölkəmizin robotatexnikasının inkişafında öz töhfələrini verəcək və onların yaratdıqları robotlar sənayemizin inkişafında oz rolunu oynayacaqdır.
Rəna müəllim məktəbin ictimai işlərində də fəal iştirak edir. TİMS, Elektron jurnal üzrə koordinatorudur.
Bir müəllim kimi o, daim öz iş təcrübəsinin təkmilləşməsinə, müasir tələblərə cavab verməsinə çalışır. O müəllimliklə bərabər, öz sahəsində olan yeniliklərdə də daim irəli addım atmağı xoşlayır.
Rəna müəllim bir neçə məqalənin müəllifidir. Təhsil Nazirliyinin və bəzi təşkilatların təşkil etdiyi müxtəlif treninqlərdə iştirak etmiş və sertifikatlar almışdır:
2000-2001-ci illərdə İ*EARN proqramında fəal iştirakına görə, 2005-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsilin idarə olunmasında məlumatların işlənməsi" kursu, Dünya Bankı və Təhsil Nazirliyinin təşkil etdiyi "ESDL" kursunu müvvəffəqiyyətlə keçmiş və beynəlxalq sertfikat (İnformatika texnologiyalarının baza konsepsiyası, MS WORD, MS Excell), 2006-cı ildə TN-nin və Zygon Cacpian Consulting tərəfindən təşkil edilmiş "TİMS şəbəkəsindən istifadə" seminar-treninqi müvəffəqiyyətlə bitirmişdir. Bundan sonra o məktəbin müəllim-şagird bazasının yaradılmasında koordinar kimi əsas rol oynamışdır.
2011-ci ildə Təhsil Nazirliyinin və "Mədəd" humanitar təşkilatının birgə keçirdiyi İKT-nin təhsilə tətbiqi üzrə “İNTEL - Gələcək üçün təhsil" kursunda iştirak və sertifikat, fənn kurikulumunun tətbiqi ilə əlaqədar keçirilmiş "Kurikulumun öyrənilməsi və tətbiqi" kursu, TN-nin və "Smart Texnologies" şirkəti tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris" kursu, 2013-cü ildə "Smart Texnologies" şirkəti tərəfindən təşkil edilmiş "İnteraktiv elektron lövhələri ilə tədris" təlim kursu istifadə üzrə təlim kursu, 2014-ci ildə TN-nin təşkil etdiyi informatika fənn kurikulumunun tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursu, 2015-ci ildə UNESEF və Xəzər Universitetinin təşkil etdiyi "Potensial məktəb direktorlari" təlim kursunu bitirmiş və peşəkar inkişaf sertifikatını imtahanı müvəffəqiyyətlə verərək almışdır.

2016-cı ildə "Qabaqcıl müəllimlərin I Ümumrespublika Forumu"nda iştirak, Təhsil Nazirliyinin və "Edumedia-Azərbaycan" MMC-nin təşkil etdiyi "LEGO MİNDSTORMS Education EV3 robotics platform in STEM education practice" kursu və beynəlxalq sertifikat əldə etmişdir.

Комментариев нет:

Отправить комментарий