вторник, 21 ноября 2017 г.

Məlikova İradə Telman qızı

Məlikova İradə Telman qızı 1966-cı ildə Bakı şəhərində dünyaya göz açıb. N. Tusi adına ADPU-nin ibtidai təlimin pedaqogikası və metodikası fakültəsini 1987-ci ildə fərqlənmə diplomu ilə bitirib. İradə xanımpedaqoji fəaliyyətə 1987-ci ildə Xəzər rayonu 234 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. 1992-ci ildə köçürmə yolu ilə S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyayaibtidai sinif müəllimi təyin olunub. Bu günədək gimnaziyadaibtidai sinif müəllimi kimifəaliyyət göstərir. Gimnaziyadaişlədiyimüddətərzindəİradə müəllimhəm pedaqoji, həm də şagird və valideyn kollektivinindərin hörmətini qazanmışdır. O hər zamanyeniliklərlə maraqlanan, özüzərində çalışan, daim öyrənənnovator müəllimdir. Təkmilləşdirməkurslarında fəal iştirak edən İradə müəllim kurikulumun tələblərinə uyğun müxtəlifyeni metodikalara, bilik və bacarıqlara mükəmməlyiyələnərək, əldə etdiyi yenilikləri hər zaman gündəlik dərslərində tətbiq edir. Onun yetirmələrinin xoşsədaları ən yaxşıali təhsil ocaqlarından gəlir. Nümunəvi dərslərin, tədbirlərin mahiyyətinə görə İradə müəllim həmkarlarına bir örnəkdir. O hər zaman öz iş usulu və əldə etdiyi yeni bilikləri müəllim yoldaşları ilə paylaşır, bu yolda çətinlikçəkən gənc kadrlardanöz yardımlarını əsirgəmir. O, dərslərində həmişəİKT-dən istifadə edir və bu dərslər şagirdlərdə daha çox maraq oyadır, müəllim məqsədinə daha tez çatır. Fəal (interaktiv) və Konstruktiv təlim texnologiyalarına mükəmməlformadayiyələnən İradəmüəllimdərsləriniMilli Kurikulum standartları əsasında qurur, İKT-dən yerində və bacarıqla, pedaqoji vasitələrdənisə çox böyükustalıqlaistifadə edir. Şagirdlərini yeni texnologiyanın vasitəsi ilə fikirləşməyə, təhlil və tətbiq etməyə, fikir mübadiləsinə, əməkdaşlığa və yaradıcılığa həvəsləndirir. Onlarda dərsə necə maraq oyatmaq üsullarını çox gözəl bilir və yetirmələrinindaha dərinbilik əldə etməsinə məharətlə nail olur. İradə müəllim ailə ilə məktəb arasında vahid tərbiyəvi bir mühit yaratmağı bacarır, pedaqoji fəaliyyətindəmüəllim-şagird, valideyn-müəllim münasibətlərini yeni tələblərə uyğunsəviyyədə qurur. O həm də kurikulum üzrə təlimçidir. Artıq neçə illərdir ki, Azərbaycan RespublikasıTəhsil Nazirliyi“İnkişaf «ElmiMərkəzivə“Mədəd Azərbaycan” MMC ilə bağlanmış xidmət müqaviləsiəsasındaBakı şəhəri və onun rayonlarında“İbtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər üçün yeni kurikulum” və “Fəal təlim” üzrə təlimlərdə təlimçi kimi fəaliyyət göstərir.
İradə müəllim 2008-2009-cu tədrisilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş vəAzərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamıilə dövlət mükafatı almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 sentyabr tarixli 757 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının25. 02. 2015-ci il tarixli 17 nömrəli sərəncamı ilə rayonun ictimai həyatında fəal iştirakınagörəfəxri fərmanla təltif olunmuşdur. Gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İradə müəllimə 2011 -ci ildə keçirilənAzərbaycanRespublikasıTəhsilNazirliyinin "ELEKTRON TƏHSİL" respublika müsabiqəsində “Su-həyatdır” adlı elektron dərsi, 2012-ci ildə “Gəlin birlikdəöyrənək” adlı Flaş-8 multimedia ilə hazırladığı elektron resurs ilə, 2013-cü ildə “G səsi və hərfi” elektron dərsi ilə, 2014-cü ildə“Heca” MİMİO XP elektron lövhə ilə hazırladığı elektron dərsi ilə, 2013-cü ildə1-ci sinif Azərbaycan dili dərsi üçün “Dovşan” elektron dərsi iləiştirak etmişdir. İki dəfə fərqlənərək müsabiqənin nominantı olmuşdur.
O, öz üzərində işləyən müəllimdir. Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəsini artırır. “eTwinning plus” layihəsi üzrə təcrübə mübadiləsi məqsədilə 2 projedə: “de la météo vers le mode de vie des élèves” (Fransa, İtaliya, Türkiyə) «və„Developing creativity in after-school activities in primary classes»(Portuqaliya, Litva) layihələrində 1 il ərzində iştirak edərək keyfiyyət sertifikatı almışdır. (11 noyabr 2014 -31 may 2015-ci il )Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Projesi “YOES”-( 21-22 dekabr 2013), Türkiyədə İstambul şəhərində"Konstruktiv təlim Flipped Classroomda" beynəlxalq treninqdə( 2-3 may 2015) iştirak etmişdir. Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəsiniartırmağa çalışır.
5-7 noyabr 2015-ci ildəTürkiyəninAmasya şəhərində Amasya Universitetində“İDEAL-2015”II Dinamik BeynəlxalqElmi -Yaradıcılıq konfransında“İnsanın təhsil modeli” adlı elmiməruzə ilə çıxış etmişdir. Məruzə dinləyicilər tərəfindən maraqla qarşılanmış, beynəlxalq mətbuatda dərc olunmuşdur. 6-7 mart 2015-ci il-ci ildəAzərbaycanTəhsilŞurasıBakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən-hazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə“Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda“Şagirdlərə Qarabağda törədilən faciələrin mahiyyətininöyrədilməsi –Xocalı faciəsi”adlı məruzəsi ilə çıxış etmişdir. 4-5 dekabr 2014-cü ildəTəhsil Texnologiya Mərkəzinin təşkil etdiyi “Təhsil prosesində şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda keçirilən 3 günlük seminarda iştirak etmişdir. Seminarda Rusiya Təhsil Akademiyasının akademiki, Psixologiya elmləridoktoru, Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidentiyazıçı, psixoloq“Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri, professor ŞalvaAleksandroviç Amonaşvilininhumanist pedaqogikahansı üstünlüklərə malikdir vəşagirdlərəşəxsiyyətyönümlü-humanist yanaşma, yeni nəslin formalaşmasındabu yanaşmanın rolu haqqında maraqlı təcrübi fikirlərini öyrənərək təlim-tərbiyə işindətətbiq etməyə çalışır. 1-4 iyul 2015-ci il-ci ildəPedaqoji kadrların peşəkarlığının yüksəldilməsi üçün ARTPİ-nin təşkiletdiyi "Mənəvi dəyərlərə əsaslanan təhsil" mövzusunda 4 günlükbeynəlxalqseminarıniştirakçısı olmuşdur. Daim axtarışlarda olan İradə Məlikovamətbuatda və internet səhifələrində öz iş təcrübələri ilə paylaşır, pedaqoji qəzet və jurnallarla əməkdaşlıq edir, maraqlı rəy və məqalələrlə çıxış edir. İradə Məlikova yaradıcı müəllim kimi elmi məqalələri ilə dövri mətbuatda da mütəmadi çıxış edir: “Kurikuluməsasında hazırlanmışI sinif“Ana dili” dərsliyivə onun üstünlükləri”(“Azərbaycan məllimi” qəzeti. 2012. №1);“Fəal təlimdə didaktik oyunların yeri”. (“Kurikulum”jurnalı 2012 №1), “Fəal təlim texnologiyalarını necə tətbiq edirəm” (Milli pedaqogika məktəbi” jurnalı -2013): “Yazılışı çətin sözlər üzərində iş” (“Kurikulum” jurnalı 2013);“Fəal dərsin üstünlükləri”. (“Təhsil və zaman” qəzeti-21 may 2013);“Azərbaycanı tərənnüm edən görkəmli rəssam S. Bəhlulzadəhaqqında pedaqoji düşüncələrim” ; “Didaktik oyunların keçirilməsi təcrübəsindən «(“Kurikulum jurnalı-2013); «Üç müdrik sənəti özündə birləşdirən böyük sənətkar”. (“Milli pedaqogika məktəbi” jurnalı -2014);“Müasir dərs necə olmalıdır?. (“Təhsil” jurnalı-2015). Azərbaycan təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən“Həmkara Dəstək”layihəsi çərçivəsində" Mentorluq fəaliyyətinin təşkili və həyata keçirilməsi"iləbağlı 5 günlük təlimin iştirakçısı olmuş, imtahan verərək mentor adını almışdır. Təlim modelləri əsasında “Yaradıcı müəllim -Yaradıcı rəhbər”-Lidermüəllimlər akademiyası çərçivəsində keçilən təlim kursunu keçmiş, sertifikat almışdır. «ELEKTRON məktəb üçün ELEKTRON müəllim”(30 saat), “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı əsasındaPedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi iləhəyata keçirilən“Öyrədənlərin öyrədilməsi”layihəsi əsasında “Elektron tədris resurslarının hazırlanması və tətbiqiqaydaları” üzrə təlimin iştirakçısı olub. (6 -8yanvar 2014-cü il). “VEB 2. 0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏDOGRU”(09-11 noyabr 2013), “VEB 3. 0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏDOGRU «(20-23 mart2015 –ci il), “İKT bacarıqlarının təkmilləşdirilmsi” adlı layihə çərçivəsində MS PowerPoint. İspring Pro, Easy Gif Animator proqramları üzrə tam kurs. (3-6 iyun 2013-cü il). “Elektron tədris resurslarının hazırlanması” istiqamətində Macromedia Flash Player 8 proqramının öyrənilməsi üzrə təlimin (6-9 iyun 2013) iştirakçısı olmuşdur. “MİMİOXİİnteraktivlövhə ilətədris” təliminin, (6-9iyun2009), “İNTEL” Gələcək üçün TəhsulProqramının 64 saatlıq kursunu17 sentyabr2008-ci ildə fərqlənmə sertifikatıilə bitirmişdir. Butəlim və treninqlərdə öyrəndiklərini biribtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, kurikulumun tələblərinə cavab verən meyarları pedaqoji fəaliyyətinə tətbiq etməyə ona geniş imkan verir. Gimnaziyanın ictimai işlərində fəal iştirak etməklə bərabər, gimnaziyada fəaliyyət göstərən “Günəş”radio qovşağının aparıcı rəhbəri, eyni zamanda ibtidai siniflər üzrə metodbirləşmənin sədridir. İradə Məlikova Təhsil Nazirliyi, Suraxanı rayonİcra Hakimiyyəti və gimnaziya rəhbərliyi tərəfindən dəfələrlə rəğbətləndirilmişdir.

понедельник, 1 мая 2017 г.

Sədaqət Hikmət qızı Əliyeva

Sədaqət Hikmət qızı Əliyeva 1957-ci il fevralın 25-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rayonundakı 225 nömrəli orta məktəbdə aldıqdan sonra, sənədlərini Azərbaycan Pedoqoji İnstitutuna vermiş, qəbul olmuş və 1980-ci ildə bu təhsil ocağını əla qiymətlərlə bitirmişdir. Gənc kadr kimi ilk pedoqoji fəaliyyətinə 15 nömrəli orta məktəbdən başlamışdır. Hazırda Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərir.
Fəaliyyəti dövründə çoxlu sayda diplomlarla təltif edilən Sədaqət xanım 2013-cü ilin noyabr ayında Təhsil Mərkəzinin “XXI əsrin ziyalıları” Cəmiyyəti ilə birgə təsis etdiyi “Qabaqcıl müəllim” fəxri diplomuna layiq görülmüşdür.
2002-ci ildə Təhsil Nazirliyi və Bakı səhər Nəsimi rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla, Norveç  Qaçqınlar Şürası tərəfindən sertifikatla təltif edilib. 2006-ci ildə Qərb Universitetinin nəzdində orta məktəbin  ictimai həyatında iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan  Respublikası Təhsil Nazirliyi və "Mədət" təşkilatı tərəfindən “Müəllimlərin Peşəkarliq Səviyyəsinin Təkmilləşdirilmasi” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat ilə təltif edilib.
2011-ci ildə “Yeni fənn kurikulumları” təlimini 1-ci dərəcə ilə bitirməsi munasibətilə sertifikat verilmişdir.
2016-ci ildə BSU məktəb-lisey kompleksi tərəfindən səmərəli əmək faaliyyətinə, şagird məhəbbətini və pedaqoji  kollektivin hörmətini qazandığına görə təşəkkürnamə ilə təltif olunmuşdur.

Sədaqət xanımın pedaqoji fəalyyati  haqqinda “Şərqin Səsi” qəzetində məqalə dərc olunmuşdur.

вторник, 14 марта 2017 г.

Vəliyeva Dürdanə Aydın qızı

Vəliyeva Dürdanə Aydın qızı 1973-cü il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Dürdanə xanım 2009-cu ildən Bakı şəhəri Nəsimi rayonu 54 №-li məktəbdə informatika üzrə laborant, 2011-ci ildən isə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə yüksək peşəkarlıq səviyyəsi ilə həmişə pedaqoji kollektiv arasında fərqlənmişdir.
Dürdanə xanım dərslərini təhsil islahatlarının qoyduğu tələblərə uyğun olaraq qurmağı bacaran, dərslərində fəal təlim metodlarından istifadə etməyə üstünlük verən, daim yenilik axtarışında olan yaradıcı müəllimdir. O, ibtidai siniflər üzrə metodbirləşmə sədridir. Bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Öz bilik və bacarıqlarını hamı ilə bölüşür. Azərbaycan Milli Təhsil sistemində gedən dəyişiklikləri daim diqqət mərkəzində saxlayır və dərslərini milli, bəşəri dəyərlər üzərində qurmağa çalışır. O, istedadlı uşaqların üzə çıxması və onların inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq çalışır. Peşəkarlıq səviyyəsini artırmaq üçün Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş bir sıra innovativ təlim kurslarının və treninqlərinin iştirakçısı olmuşdur.
O, 2007-ci ildə The Certificate of MERİDİAN-İK Foreign Language courses and Computer, 2011-ci illərdə isə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə aid “Mədət”, “MİMİO” İnteractive Teaching Technologies, Edu Soft tədris mərkəzinin kompyuter üzrə təlim, Fəal təlim strategiyasının tətbiqi ilə “İRS” müəllif, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən “Yeni fənn kurikumları” İxtisasartırma kimi kursları bitirmişdir.
Dürdanə müəllim bununla kifayətlənməyib. O, öz üzərində işləməyi davam edərək 2012-ci ildə Estern Mediterrean Universty “Mobile Curriculum 2012”, “İnnovative Teachers NETWORK Flash для продолжающих” təlim kurslarını da bitirmişdir.
2011-ci ildə Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə iştirak etmişdir. Fəal iştirakına görə Qadınlar Bələdiyyələrinin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən 20 may 2011-ci ildə fəxri fərmanla təltif edilmişdir.
UNİCEF-in maliyyə dəstəyilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn -Müəllim - Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda iştirakına görə 2011-ci ildə sertifikatla təltif edilmişdir.
3-6 iyul 2011-ci ildə Azərbaycan Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova və Polşada Valideyn - Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı 4 günlük təlim və beynəlxalq konfransda müvəffəqiyyətlə iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Dürdanə xanım həmçinin müxtəlif məqalələrlə mətbuatda və elektron dərslə internet səhifəsində də iştirak etmişdir. O, 28.08.2012-ci ildə “Единицы времени. Час” elektron dərsi «Мир предметика» saytında 7 gün ərzində nümayiş etdirmişdir.
Mətbuatda da öz fikirlərini həmkarları ilə bölüşərək “Təhsil problemləri “qəzetində ayrı-ayrı vaxtlarda məqalələrlə:
1. № 71-71. 24-30 sentyabr 2012-ci il “Yeni təlim sisteminə baxış”
2. №73-74. 01-07 oktyabr 2012-ci il “Mən nədən başlamalıyam” çıxış etmişdir.
Hər iki məqalədə müasir təhsil sisteminin üstün cəhətləriniə diqqət yetirərək öz fikirlərini təqdim etmişdir. Bundan başqa respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
O, 2012 ci ildə “Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin xarici dil üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə ”UNİKAL-1” MMC-nin İnformatika fənni üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə “UNİKAL-1” MMC-nin Həyat bilgisi fənni üzrə “Öyrədənlərin öyrədəni” təlim kurslarını bitirmişdir.
Bundan başqa Dürdanə xanım 2012/2015-ci illərdə Təhsil Nazirliyinin xəttilə müəllimlərin kurikulum üzrə bilgiləndirilməsi üçün Azərbaycanın bir çox şəhər və rayonlarında təlimçi kimi işləmişdir. Təlim müddətində təlimçi kimi fəaliyyət göstərdiyi şəhər və rayonlardan məktəb müdiriyyətinə, Bakı şəhər Baş Təhsil İdarəsinə müxtəlif təşəkkür məktubları ünvanlanmışdır. Təlimçi kimi fəaliyyətinə görə Gəncə, Samux, Füzuli rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. O, təlimlər bitdikdən sonra da məktəbdə dərs deyən və çətinlik çəkən müəllimlərə öz yardımını göstərməkdən çəkinməmişdir.

2014-cü ildə SMART təlim kursunu, 2015-ci ildə UNİSEF tərəfindən aparılan “POTENSİAL MƏKTƏB DİREKTORLARI” təlim kursunu, 2016-cı ildə HBƏT təlim kursunu, 2017-ci ildə “Öyrən. Öyrət. Dəyiş” devizi altında keçirilən Təhsil İşçilərinin Peşəkar İnkişafı təlim kursunu da müvəffəqiyyətlə başa vurmuşdur.

воскресенье, 12 марта 2017 г.

Abdinova Aytən Fikrət qızı

Abdinova Aytən Fikrət qızı 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Gəncə şəhərindəki M. Qorki adına orta məktəbin I sinfinə daxil olmuşdur. Həmin məktəbdə yaxşı oxumaqla yanaşı, şahmat dərnəyinə gedirdi və yaxşı nəticələr göstərdiyinə görə Gəncə şəhərinin şahmat klubunda keçirilən müsabiqələrdə iştirak edirdi. Əla qiymətlərlə oxuduğuna və müxtəlif müsabiqələrdə fəal iştirak etdiyinə görə 1986-ci ildə “Artek” Beynəlxalq pioner düşərgəsinə göndərilmişdir. Orada qaldığı müddətdə özünü əsl Azərbaycan vətəndaşı kimi göstərmiş,millətlərarası əlaqələri daha da yaxşılaşdırmağa çalışmışdır.
1990-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsinə daxil olub. Universitetdə oxuduğu müddətdə dövlət tədbirlərində, televiziyada ingilis dilində keçirilən proqramlarda fəal iştirak etmişdir. Bununla yanaşı uşaq psixoloqiyası ilə dərin maraqlanıb və iki illik fars dili kusrlarını bitirib. Psixoloiyaya aid şəhərdə keçirilən bütün seminarlarda və treninglərdə fəal iştirak etməyə çalışıb. Universitetin qrammatika və ölkəşunaslıq kafedralarında işləyib.
1997-ci ildə “World Vision” xarici şirkətində tərcüməçi vəzifəsində işə başlamışdır. Şirkətdə işlədiyi müddətdə ingilis və fars dillərində müxtəlif seminarlarda iştirak etmişdir.
1999-cu ildən N.Tusi adına Gimnaziyada çalışmağa başlayıb. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, ingilis dilində səhnəciklər qoyur, açıq dərslər keçirir. Həm rus, həm azərbaycan bölmələrində ingilis dilindən dərslər aparır. Onun şagirdləri dünyanın müxtəlif güşalərində təhsil alırlar.

Hazırda N. Tusi adına gimnaziyada fəaliyyətini davam etdirir.

среда, 1 марта 2017 г.

Əhmədova Nailə Namaz qızı

Əhmədova Nailə Namaz qızı bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan təhsilinin inkişafına sərf etmişdir. Pedaqoji fəaliyyətinə 1976-cı ildən H. Cavid adına 132 nömrəli məktəbdə başlayan Nailə müəllimə əvvəlcə riyaziyyat-informatika, 2000-ci ildən isə iqtisadiyyat müəllimi kimi çalışmışdır. Sönməz həvəsi, tükənməz enerjisi, şagirdlərinə qarşı sevgi və diqqəti Nailə müəlliməni bütün kollektivin sevimlisinə çevirmişdir.
Nailə müəllimə tədrisin ən müasir metodlarından məharətlə istifadə edən, istedadlı şagirdləri üzə çıxararaq, onları düzgün istiqamətləndirməyi bacaran müəllimdir. Məhz bu fədakar əməyin nəticəsidir ki, məktəbimizin şagirdləri müxtəlif səpkili respublika miqyaslı iqtisadiyyat olimpiadalarının, müsabiqələrin, yarışların qalibi olmuşlar.
Belə ki, 132 nömrəli məktəbimin şagirdləri 2002-ci ildən start götürən “JAA” (Azərbaycan Gənclərinin Nailiyyətləri) QHT-nın dəstəyi ilə keçirilən “Tətbiqi iqtisadiyyat” olimpiadasında ən yüksək nəticələr əldə etməklə 5 dəfə Respublika turunda 1-ci yerə layiq görülmüşlər. Nailə müəllimənin şagirdləri iqtisadiyyat üzrə ayrı-ayrı illərdə keçirilən digər ”Biznes-plan” müsabiqəsində , ”Biznes-etika” yarışının qalibi olmuşlar.
Bakı Şəhəri üzrəTəhsil İdasəsinin keçirdiyi “Azərbaycan-dünyam mənim” müsabiqəsində 132 nömrəli məktəbin şagirdi Məlikbəyli Elnurun elmi işi 1-ci yerə layiq görülmüşdür. Nailə müəllimənin şagirdləri Haşımzadə Cavid və Süleymanov İnqilab Azərbaycan Futuroloqlar Cəmiyyətinin xətti ilə keçirilən “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” IV inşa yazı müsabiqəsinə təqdim olunmuş iqtisadi məzmunlu iki yazı işinin hər ikisi birincilik qazanmışdır.
Bütün bu uğurların nəticəsi kimi məktəbimizin şagirdləri 2002-ci ildən başlayaraq hər il ON LİNE ilə keçirilən Beynəlxalq HPGBC Olimpiadasının iştirakçısı olmaq hüququnu qazanmışlar. Şagirdlərimizin Beynəlxalq Olimpiadada müntəzəm iştirakı da öz bəhrəsini vermişdir. 2004-cü ildə ölkəmizin tarixində ilk dəfə məktəbimizin şagirdi Babayev Şaiq Nailə müəllimə ilə bərabər ABŞ-da keçirilən Beynəlxalq Olimpiadanın final mərhələsinə vəsiqə qazanmış və Hyustonda Azərbaycanı layiqli təmsil etmişdir. Nailə müəllimə təkcə bizim məktəbin deyil, bütün Bakı məktəblilərini Beynəlxalq müsabiqələrə hazırlayan məşqçi kimi fəaliyyət göstərmişdir. Hələ 95 nömrəli məktəbin şagirdi ikən məşqçisi olduğu İsmayılov Azər isə 2007-ci ildə Neft Akademiyasının tələbəsi kimi Praqada keçirilən Beynəlxalq Olimpiadada 1-ci yerə layiq görülmüşdür.
Nailə müəllimənin məktəbimizdən kənar fəaliyyəti də çox genişdir. O, dövlət və QHT-lərin xətti ilə iqtisadiyyat sahəsində yorulmadan çalışır. O, 2002-ci ildə JAA qeyri-hökümət təşkilatını Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Trenerlərin hazırlığı” kursunumüvəffəqiyyətlə bitirməklə iqtisadiyyat müəllimlərini yetişdirməyə hüquq verən sertifikat qazanmış və bu sertifikatla Bakıda və Azərbaycanın digər regionlarında: Şamaxıda, Astarada, Qusarda, Nabranda keçirilən seminarlarda dərs deyərək 500-dən artıq iqtisadiyyat müəllimi yetişdirmişdir. Mütamadi olaraq Bakı məktəblərinin müəllimlərinin dərslərini dinləmiş, monitorinqlər aparmış, öz məsləhətləri ilə onlara yardımçı olmuşdur
Nailə müəllimə təlimçi kimi “Junior Achievement Azerbaijan” QHT-nin təşkil etdiyi Qafqaz Universiteti, Azərbaycan Neft Akademiyası və İqtisad Universitetinin sonuncu kurs əlaçı tələbələri ilə keçirilən “ İşə hazırlıq ” və “Biznes etika ” layihələrində gənclərimizə biznes və əməkdaşlıq sahəsində vəsiqə vermişdir.
Nailə müəllimə artıq üçüncü ildir ki, doğma 132 nömrəli məktəb ilə yanaşı 5 il Akademik Zərifə Əliyeva adına məktəbdə də müəllim kimi fəaliyyət göstərmişdir.
Nailə müəllimənin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüşdür. Nailə xanım 2 dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur (2008 və 2013-cü illər). Bir neçə dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. Respublikamızın görkəmli pedaqoqu, prezident təqaüdçüsü, əməkdar müəllim Aliyə Təhmasib onun haqqında “Sənətinin vurğunu müəllim” adlı kitab yazmışdır.
Nailə Əhmədova 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” müsabiqəsində iştirak etmiş və təlim kurslarını müvəffəqiyyətlə başa vuraraq sertifikata layiq görülmüşdür.
Təhsil Nazirliyi Nailə Əhmədovanın Azərbaycan təhsilində xidmətlərini və “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” sertifikatına layiq olduğunu nəzərə alaraq, Nailə müəlliməni 2014-cü ildə Səbail rayonu 203 nömrəli məktəbə direktor təyin etmişdir. Nailə xanım direktor olduğu 203 nömrəli məktəbdə eyni zamanda iqtisadiyyat fənnini də tədris edir və bu sahədə yeni nailiyyətlər əldə edir. Belə ki, Nailə müəllimənin şagirdi Nurəddin keçən il H. Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Slavyan Universitetində keçirilən müsabiqədə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda elmi məruzəsi müsabiqənin diplomuna layiq görülmüşdür. Nailə müəllimin şagirdi Teymurov Aydın Xaqan oğlu “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” VI inşa yazı müsabiqəsində “Cəmiyyətdə mülkiyyətlə bağlı təbəqələşmə” mövzusunda II yerə layiq görülmüşdür. 

четверг, 23 февраля 2017 г.

Fərhadov Pərviz Alastan oğlu

Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Böyük-Bəhmənli kəndində anadan olub. 1996-cı ildə Bakı şəhərindəki N. Nərimanov adına 45 saylı orta məktəbin I sinfinə daxil olub. 1998-ci ildə Q. Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbinə daxil olub və 2004-cü ildə həmin məktəbin Xalq Çalğı Alətləri şöbəsini kamança ixtisası üzrə əla qiymətlərlə bitirib. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olub. 2004-cü ildə Bakı şəhər G. Şaroyev adına 35-saylı 11-illik musiqi məktəbinə daxil olub və 2008-ci ildə həmin məktəbin tam kursunu kamança ixtisası üzrə bitirib.  2005-ci il 26 mayda N. Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən diplomla tətif olunub. 2007-ci ildə 45 saylı orta məktəbi, məktəbin direktoru Məmmədova Nazilə tərəfindən tərifnamə ilə bitirib.  2007-ci ildə Azərbaycan Respublikasının  xalq artisti, professor S. Kərimin rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasına daxil olub.  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyilə 2009-cu ildən bugünə kimi keçirilən “Gəncləşən muğam” 1, 2, 3, 4 layihələrində iştirak edib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası, Təhsil Nazirliyi, Azərbaycan Dostları Mədəniyyəti Fondu, Azərbaycan Respublikası Heydər Əliyev fondunun və bəstəkarlar ittifaqının birgə keçirdiyi (S. Kəriminin rəhbərliyi ilə) 2011-ci ildə II Respublika Muğam müsabiqəsinin qalibi olub və II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil edib (Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə). Azərbaycan Milli Konservatoriyasında Respublikanın Əməkdar artisti, dosent Elnur Əhmədovun sinfində muğam dərsləri, əməkdar müəllimə Kazımova Afət xanımın sinfində isə not (ixtisas) dərsləri alıb.  Eləcə də AMK-nın dövlət imtahanlarından əla qiymətlərlə bakalavr sinfini bitirib. Onun kumiri ustadi olan  Əməkdar artist Elnur Əhmədovdur.
Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə 2011-ci ilin may ayının 6-da Füzuli rayon İcra başçısı Alı Alıyevin və rayon mədəniyyət və turizm şöbəsinin direktoru Elman müəlliminin təşkilatçılığı ilə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış ediblər, konsert Füzuli rayonu, Horadiz şəhərində Muğam Mərkəzində keçirilmişdir. 2011-ci ilin may ayının 29-da Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdiyi II Solo konsert Bakı kinoteatrında Moskvada Respublika günü ilə əlaqədar olub. 2012-ci il fevralın 1-dən 11-nə kimi Mədəniyyət və Turizm Nazirliyinin Gənclər günü ilə əlaqədar təşkil etdiyi “Gəncliyin səsi” festivalında Beynəlxalq muğam mərkəzində keçirilən konsert proqramında çıxış edib. 2010-cu ildə həmkarı Ədalət Behbudovla birgə xanəndə Babək Niftəliyevlə Azərbaycan Milli Konservatoriyasıniın dəstəyi ilə Buryatiya Respublikasında keçirilən UNESCO (İOV)-nin təşkil etdiyi Avrasiya Səsləri V Beynəlxalq festivalda iştirak edib. 2012-ci ildə Ədalət Behbudovla birgə Buryatiya Respublikasında 18-23 sentyabrda keçirilən UNESCO (İOV) Ümumdünya xalq yardıcılıq təşkilatının prezidenti Carmen D. Padilla və Buryatiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq “Sounds of Eurosia” 2012 festivalının qalibi olub.
2012-ci il 20 oktyabrda Azərbaycan Milli Kulinariya Assosiasiyası və UNESCO İOV-nın keçirdiyi Beynəlxalq Kulinariya Günündə də Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub.
2012-ci ildə keçirilən 31-ci Türkiyə İstanbul Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Vaqif Bəhmənlinin rəhbərliyi ilə Beynəlxalq kitab sərgisində konsert proqramı ilə çıxış ediblər. (Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə) 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi “Lider Türk Dünyası – Lider genclerinin buluşma noktası” təşkilatının təşkil etdiyi dekabr ayının 28-i Ankarada, 29-u İzmirde “Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert proqramı ilə Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə çıxış ediblər və diplomlarla təltif olunublar. 2011-ci ildə Xanəndə Aytən Məhərrəmova ilə birgə "Xətrinə dəymərəm" adlı  musiqi albomu  və 2012-ci ildə isə Xanəndə Vusal Zamanovla "Qarabag canim mənim" adlı musiqi albomu işıq üzü görmüşdür (Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə həmkarı Ədalət Behbudovla İnstrumental Kompazisiya adli ilk klipləri  ve eləcə də instrumental ifalari  albom şəklində ərsəyə gəlmişdir. 2013-cü ildə İctimai Televiziya tərəfindən dəvət aldıqları Eurovision Contest Dünya mahnı müsabiqəsi yarışması zamanı Buta Palasda Azərbaycanın  Milli seçim turu zamanı Ədalət Behbudovla qonaq qismində həm kliplərini,  həm də instrumental ifalarını milli alətlərimiz tar, kamançada ifa ediblər. 2013-cü il 13-may Çelyabinskidə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə Ulu Ondərimiz Heydər Əliyevin 90-illik yubileyi ilə  əlaqədar keçirilən festivalın qala konsertində konsert proqramı ilə çıxış ediblər (Aytən Məhərrəmova, Ədalət Behbudovla). 2013cü ildə Tacikistanda Azərbaycanın Tacikistandakı səfiri Cənab Abbasəli Həsənovun dəstəyi ilə  Ulu Ondərimiz Heydər Əliyevin 90-İllik yubileyi ilə əlaqədar konsert proqramlari ilə çıxış ediblər (Ədalət Behbudov və Aytən Məhərrəmova ilə birgə).
Hazırda Azərbaycan Milli Konservatoriyasinda və Şuşa Musiqi Kollecində konsertmeyster-müəllim vəzifəsində çalışır. Dəfələrlə İran, Gürcüstan, Türkiyə, Rusiya, Buryatiya, Qazaxistan, Ukrayna, Özbəkistan, Tacikistanda qastrol səfərlərində olub. Aypara Muğam üçlüyünün üzvüdür və Aypara İntrumental Ansamblına rəhbərlik edir (Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə keçirilən Təhsil Nazirliyi və Azərbaycan Milli Kanservatoriyasının birgə keçirdiyi III Respublika İnstrumental muğam musabiqəsinin iştirakçısı olub.
2014-cu il mart ayının 14-də Füzuli rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyilə Vüsal Zamanov və Ədalət Behbudovla birgə Horadiz şəhər muğam mərkəzində Qarabağ Canim Mənim adlı solo konsertləri olmuşdur.
2014-cü ilin mart ayının 18-19-da Azərbaycanın Özbəkistandakı səfiri Cənab Hüseyn Quliyevin dəstəyi ilə Özbəkistan Respublikasinin iki şəhərində: Taşkənt və Səmərqənd şəhərlərində Azərbaycan –Özbəkistan dostluğu başlığı altında Novruz bayrami ilə əlaqədar solo konsertləri olub və iki diplomla təltif olunub. 2007-ci il “Muğam televiziya müsabiqəsinin laureatı və 2011-ci il Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə.

2014-cü il Rusiyanın Çita şəhərində 1976-cı ildən bu günümüzə kimi keçirilən 22-26 martda Budaşkinin adına Beynəlxalq Milli orkestrlər və ansambllar konkursunun qalibi olub.  Bu günə kimi bir çox bölgələrimizdə dövlət tədbirlərimizdə və xarici ölkələrdə İranda, Rusiyada, Gürcüstanda, Ukraynada, Buryatiada, Tacikistanda, Özbəkistanda, Türkiyədə dəfələrlə Azərbaycanın Milli sərvəti olan Muğamımızı təmsil edib. Respublika daxilində Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Yeni Azərbaycan partiyası, Millət Vəkili Qənirə Paşayevanin, Socarin, Merkezi Seçki Komisiyyasi, Heydər Əliyev adina Müasir Təhsil kompleksinin, Azərbaycan Prezidenti Yaninda İdarə etme akademiyasinin, Gənclər və İdman Nazirliyinin tədbirlərində çıxış edib. Dəfələrlə Azərbaycan, Ədalət, Media Post Azərbaycan, Həftəiçi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Xalq Qəzeti, Azərbaycan Mədəniyyət Nazirliyi, Azertac, azpress, Muğamradio. az 525, Simsar, APA, Lent. az, Day. az, Trend. az Discovery Azərbaycan qazet və saytlarında Aypara Muğam və Aypara Muğam Üçlüyü adı altında məqalələri yer almışdır. 2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Unesco və İsesconun xoşməramli Səfiri, Azerbaycan Respublikasinin İ xanimi Millət Vəkili Mehriban Xanim Əliyevanin və Azərbaycan Milli Konservatoriyasinin Rektoru, Professor, Aranjimançi Siyavuş Kəriminin rəhbərliyi ilə keçirilən İV Beynəlxalq muğam müsabiqəsinin birincisi olub ( Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə). 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Magistratura pilləsinə Xalq Çalği Alətlərinin İfaçiliği, nəzəriyyəsi və metodokasi fakültəsinə qəbul olub. Magistratura dərslərini Respublikamizin Əməkdar artisti MirNazim Əsədullayevdən alıb. Magistr təhsili zamanı Hacı Xanməmmədov fortepiano və orkestr üçün kamança konsertinin interpretasiya problemlerini müdafiə edib.  2016-ci ildə ADMİU-nun magistratura pilləsini əla qiymətlərlə bitirib. 2015-ci ildə eləcə də ADMİU tərəfindən diplomla təltif olunub. 2015-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq festivalda TURKSOY-un Prezidenti Düseyn müəllim tərəfindən diplomla tətif olunub Hazırda Azərbaycan Milli Konservatoriyasinda, Respublika İncəsənət Gimnaziyasinda eləcə də Şuşa Humanitar Kollecində müəllim vəzifəsində çalışır.

пятница, 3 февраля 2017 г.

Nəbiyeva Gülnarə Şahmurad qızı

Nəbiyeva Gülnarə Şahmurad qızı 1972-ci ildə avqustun 9-da Bakı şəhərində anadan olub. 1979-89-cu illərdə Səbail rayonu 49 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1990-cı ildə “NORD” Elmi İstehsal Birliyinə kimyaçı-laborant vəzifəsinə işə qəbul olub. 1990-96-cı illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində kimya müəllimi və kimyaçı ixtisası üzrə ali təhsil alıb. 1990-95-ci illərdə Səbail rayonu 51 saylı orta məktəbdə kimya laborantı vəzifəsində işləyib. 1996-cı ildən Səbail rayonu 91 saylı tam orta məktəbdə ixtisasım üzrə kimya müəllimi vəzifəsində çalışır.
İŞTİRAK ETDİYİ TƏLİMLƏR VƏ SERTİFİKATLARI.
1. Kimya fənn kurikulumun tətbiqi ilə əlaqədar olaraq 2014-cü il 10-18 mart tarixində Bakı şəhəri Kurikulum mərkəzində keçirilmiş “Öyrədənlərin öyrədəni” kursunu bitirərək təlimçi statusunu alıb.
2. 2014-cü il may ayında keçirilmiş “Mədəd” təşkilatının təşkil etdiyi “Həmkara dəstək” təlim poqramı üzrə mentorluq təlim kursundan keçmiş və sertifikata layiq görülmüşdür.
3. 2015-ci il 27-29 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən İETC-2015 XV Beynəlxalq Təhsil Texnoloji Konfransda fəal iştirak edərək, “Konstruktiv təlimdə elmi biliklərin praktiki biliklərə çevrilməsi və şagirdlərdə şəxsi biliklərin formalaşması” mövzusunda elmi məruzə ilə çıxış edərək, 4 sertifikata layiq görülmüşdür.
4. 2015-ci il 2-3 may tarixində Rusiya Federasiyasının Omsk şəhərində SBİTİ “Sibir biznes və informasiya texnologiyası” elektron təhsilin inkişaf mərkəzində keçirilmiş “konstruktivizm” beynəlxalq təlim kursundan beynəlxalq sertifikata layiq görülmüşdür.
5. 2015-ci il 5-7 noyabr tarixində Türkiyənin Amasiya şəhərində keçirilən “İDEAL-2015” II Beynəlxalq Dinamik, Araşdırma və Fəal Təlim Metod-ları Konfransında fəal iştirak edərək, elmi məqalə ilə çıxış etmiş və beynəlxalq sertifikata layiq görülmüşdür.

6. 2016-cı ildə Azərbaycan Təhsil Şurasının “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramının əsasən Bakı şəhərində keçirdiyi Beynəlxalq Creativ Təhsil Mərkəzinin “Yaradıcı müəllimlər üçün kreativ alətlər” beynəlxalq təlim modulu əsasında “Təhsildə Sosial Servislər” 36 saatlıq təlim proqramında fəal iştirak edərək, sertifikat, uğurla bitirdiyinə görə “Uğur diplomu” ilə təltif olunmuşdur. 

среда, 1 февраля 2017 г.

Hümbətova Nərmin Sərdar qızı

Hümbətova Nərmin Sərdar qızı 1991-ci il oktyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1998 ci ildə Respublika İncəsənət Gimnaziyasina qəbul olub. Oxuduğu müddətdə rəssamliq ixtisası üzrə təhsil alıb.
2007-ci ildə Əzim Əzimzadə adına İncəsənət Kollecinin rəngkarlıq fakültəsinə qəbul olub. 2011-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Dövlət Rəssamliq Akademiyasının rəngkarlıq fakültəsinə qəbul olub və 2015-ci ildə uğurla bitirib.
2010-cu ildən Gənc Rəssamlar İttifaqinin, Uluslararası Gənc Aktivist Sənətçilar Birliyinin, ADİİM Gənclər Təşkilatının, Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Azərbaycanı dəfələrlə beynəlxalq müsabiqələrdə təmsil edib və birincilik əldə qazandırıb.
Buna misal olaraq 2015-ci ildə keçirilən “Almaniya - gənc rəssamların gözü ilə” adlı sərgidə I yerə layiq görülərək Almaniya səfirliyinin hesabına Berlinə səfər qazanmasını, həmin il olimpiya oyunlarina həsr olunmuş uşaq moda müsabiqəsində I yerə layiq görülməsini göstərmək olar.
“Əllərim qızıldandır” müsabiqəsində I yerə layiq görüldüm. 2006-ci ildə Gül bayramına həsr olunmuş asfalt üzərində rəsm müsabiqəsində I yerə layiq görülüb və xüsusi mükafatla mükafatlandırılıb.
Azərbaycanda keçirilən Beynəlxalq Simpoziumda iştirak edib və diplomla təltif olunub.

Lermontovun 200 illiyinə həsr olunmuş sərgidə xüsusi mükafata layiq görülüb. 

четверг, 26 января 2017 г.

Kərimxanova Telli Telman qızı

Kərimxanova Telli Telman qızı 2 iyun 1977-ci ildə Yevlax şəhərində anadan olub. 1994-cü ildə N. Tusi adına APU-nun Pedaqogika və ibtidai təhsil metodikası fakültəsinə qəbul oub. 1999-cu ildə təhsilini başa vuraraq Pedaqogika və ibtidai təhsil metodikası ixtisasına yiyələnib. Lakin riyaziyyata olan sevgisi ona ikinci təhsil almasına səbəb olur. 2005-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Riyaziyyat və İnformatika müəllimi ixtisasına yiyələnir və Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbdə işini riyaziyyat müəllimi kimi davam etdirir. Riyaziyyata olan marağı ona dərsləri daha maraqlı keçmək arzusunu daha da artırır. Öz üzərində işləyərək PowerPoint proqramını öyrənir və ilk elektron dərsini yığır.
Getdikcə inkişaf edən ölkəmiz və təhsilimizlə ayaqlaşmaq, yeniliyə olan marağı nəticəsində öz hesabına MİMİO interaktiv qurğunu alır və artıq dərslərini bu qurğunun köməyi ilə keçir. Hazırladığı yeni “Sahə. Düzbucaqlı və kvadrat” adlı elekton dərsi ekspertlər tərəfindən bəyənilir və www.mimio.az saytında yerləşdirilir.

Bu illər ərzində müxtəlif kurslarda iştirak edir, sertifikatlar, tərifnamələr alır. Artıq üçüncü ildir Elektron Təhsil müsabiqəsinə qoşulur və 2015-ci i ldə nominantlar sırasında onun da adının olmasından qürur duyur. 

четверг, 19 января 2017 г.

Əhmədova Aynur Yelmar qızı

Əhmədova Aynur Yelmar qızı 1976-cı ildə Ağdam rayonunun Kosalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Ağdam rayonunun Eyvazxanbəyli kənd tam orta məktəbində təhsil almışdır. 1993-cü ildə indiki Bakı Slavyan Universitetinə daxil olmuş, 1997-ci ildə oranı müvəffəqiyyətlə bitirərək filologiya ixtisası almışdır. Müəllimlik fəaliyyətinə 1995-1996-cı tədris ilində Göyçay rayonu Ləkçıplaq kənd orta məktəbində başlamışdır. 1996-1998-ci illərdə Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 128 nömrəli məcburi köçkün tam orta məktəbində rus dili fənnini tədris etmişdir. 1998-ci ildən Bakı şəhəri 83 nömrəli məktəb-liseydə müəllimlik fəaliyyətini davam etdirir. 2004-2005-ci illərdə Bakı Slavyan Universiteninin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir. Həmin dövrdən 83 nömrəli məktəb-liseydə Azərbaycan dili və rus dili fənlərini tədris edir. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris" təlim kursunun dinləyicisi olmuş, sertifikat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi çərçivəsində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültətiv kursunun tədrisi ilə əlaqədar müəllimlər üçün keçirilən treninqdə iştirak etmiş, sertifikat almışdır. 2012-ci ildə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi  ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi üzrə ixtisasartırma təhsil proqramlarının dinləyicisi olmuş və I dərəcəli sertifikat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd Azərbaycan" MMC tərəfindən təşkil edilmiş Təhsil portalından istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş və sertifikata layiq görülmüşdür. 

среда, 18 января 2017 г.

Abdullayeva Natavan Nadir qızı

Abdullayeva Natavan Nadir qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə 44 saylı məktəbin I sinfinə qəbul olmuşdur. Həmin məktəbdə təşkil olunmuş “Qərənfil” uşaq xorunun solisti kimi televiziya verilişlərində iştirak edib. İncəsənətə həvəsi uşaq yaşlarından yaranmışdı. Böyük müsabiqədən keçərək Dzerjinski adına (sonradan Şəhriyar adına) 11 illik musiqi məktəbinə daxil olmuşdur. Əla qiymətlərlə oxuduğu, müxtəlif müsabiqələrdə, o cümlədən Raxmaninov adına müsabiqədə yüksək nailiyyət əldə etdiyi üçün onu əvvəlcə III sinifdən V, sonra isə VI sinifdən VIII sinfə keçirdilər. Azər Rzayevin fortepiano və orkestr üçün yazdıgı konsertin ilk ifaçısı olub.
Məktəbi qırmızı diplomla bitirən Natavan xanım Bakı Musiqi Akademiyasına ən yüksək balla qəbul olub. Akademiyada oxuduğu müddətdə dövlət tədbirlərində, televiziyada konsert proqramı ilə iştirak edib. Musiqi fəaliyyətim ilə yanaşı uşaq psixologiyası və 2 illik ingilis dili kurslarını bitirib. Uşaq psixologiyası kurslarında keçirilən bütün seminar və treninqlərdə fəal iştirak edib.
1992-ci ildən Tusi adına Gimnaziyada çalışmağa başlayıb. Əvvəlcə fortepiano müəllimi, sonra isə fortepiano fakültəsinin dərs hissə müdiri vəzifəsində çalışıb. Bu müddət ərzində məktəbdə keçirilən bütün təşkilatı işlərlə məşgul olub. Xalça Muzeyində konsert-sərgi proqramı, məktəbin möhtəşəm 20 illik yubileyi, İncəsənət Muzeyində konsert proqramı və s. Hər il Üzeyr Hacıbəyovun ev muzeyində 28 may Respublika Gününə həsr olunmuş konsertin təşkil olunması üçün əlindən gələni əsirgəməyib. Bu konsertdə öz yetirmələrilə bərabər, məktəbimin istedadlı şagirdləri də iştirak edirdilər. Bundan başqa gimnaziyada fəaliyyət göstərən məktəbəqədər kurslarda məntiqdən də dərs keçib.
Həm rus, həm Azərbaycan bölməsi üzrə rəhbərlik etdiyi II siniflərdə uşaqlarla səmimi, mehriban, gülərüz, onların bütün problemlərini bölüşə biləcəkləri bir müəllim, bir ana münasibəti qurmağa müvəffəq olub.
Şagirdlərilə birlikdə bütün bayramlarda musiqi nömrəsi, rəqs, mahnı, kiçik səhnəciklərlə fəal iştirak edir. Həmin bayramlardan çəkilən bütün diskləri, göz bəbəyi kimi qoruyub saxlayır.
Hazırda “İdrak” liseyi Bakı filialında fəaliyyətini davam etdirir.


Nəcəfova Naibə Əliyar qızı

Nəcəfova Naibə Əliyar qızı 1959-cu il dekabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildən 1977-ci ilə kimi Bakıda 134 saylı məktəbdə təhsil almışdır. 1977-ci ildə məktəbi bitirib, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə oranı bitirmiş bioloq, kimya və biologiya müəllimi ixtisasını almışdır.
1994-ci ilin fevralından 134 saylı orta məktəbdə müəllim vəzifəsində çalışır. 2002-ci ildən Səbail rayonu üzrə biologiya fənnindən dayaq məntəqəsinin sədri təyin olunmuşdur. 2006-2008-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor muavini təyin olunmuşdur. 2008-ci ildən bu günə qədər 134 saylı məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədridir. 2008-ci ildən 2011-ci ilə qədər Bakı Avropa liseyində saat hesabı ilə biologiya müəllimi işləmişdir. 2006-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırladığı tələbələrin bir neçəsi respublika üzrə olimpiadalarda qalib olmuşdurlar. 2013-cü ildə 2 şagirdi “Sabahın alimləri” II Respublika Müsabiqəsinin qalibləri olmuşdur.
2013-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2015-ci ildə isə əməkdar müəllim adı ilə təltif olunmuşdur.

среда, 11 января 2017 г.

Rəhimova Məsmayə Musa qızı

Rəhimova Məsmayə Musa qızı 2 may 1954-cü ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1975-ci ildən pedaqoji fəaliyyətdədir. İşlədiyi 40 il ərzində müxtəlif məktəblərdə çalışmışdır. Belə ki, Bakıdakı 158 nömrəli məktəbdə uşaq birliyinin rəhbəri olmuş, 21 nömrəli məktəbdə əvvəlcə tərbiyə işləri üzrə direktor müavini, sonra isə ibtidai sinif müəllimi işləmişdir. 23 ildir ki, 91 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir.
1983-cü ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Kurikulumun tətbiqindən bəri I-IV siniflərdə riyaziyyat dərsliklərinin hazırlanmasına iştirak edir. Təhsil Nazirliyinin 05 iyul 2010-cu il tarixli 973 nömrəli əmri ilə təsdiq edilmiş “Riyaziyyat 3” müəllim metodik vəsaitin müəlliflərindən biridir.
Pedagoji fəaliyyətinin 40 illiyi ərəfəsində “Əməkdar müəllim” fəxri adına layiq görülməyi digər mükafatlandırılanlar kimi ona da böyük sevinc bəxş edib. Bu fəxri ad onun məsuliyyətini daha da artırır.

O bir müəllim kimi yaxşı dərk edir ki, ibtidai sinif təhsilin özülüdür. Bu özül elə qurulmalıdır ki, ümumi təhsilin digər səviyyələri onun üzərində yüksələ bilsin, vətənə layiq övladlar yetişsin. 

вторник, 10 января 2017 г.

Vəliyeva Rəna Abdulla qızı

Vəliyeva Rəna Abdulla qızı 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 144 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdur. 1997-ci ildə həmin fakülltəni bitirmişdir.
Respublikanin bəzi mətbu orqanlarında əməkdaşlıq edib. 2006-ci ildə Bakı Pedaqoji Kadrlarin İxtisasartırma İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası ilə bitirmişdir.
Pedaqoji fəaliyyətə 2007-ci ildə Binəqədi rayonundakı 83 saylı məktəb-liseydə başlamışdır. Hazırda da həmin məktəb-liseydə fəaliyyətini davam etdirir.
İşlədiyi müddətdə məktəb rəhbərliyi və Bakı şəhər Baş Təhsil İdarəsi tərəfidən fəxri fərmanlara layiq görülüb. Yeni innovativ metodlarən təhsildə tətbiqi üzrə iştirak etdiyi təlim kurslarında sertifikatlar qazanıb.

Rəhbərlik etdiyi sinfin 2015/2016-ci il məzunlarından 6 nəfər 600-dən, 9 nəfər 500-dən, 5 nəfər 400-den çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Ümumilikdə 25 şagirddən 23-ü tələbə adını qazanmışdır.

понедельник, 9 января 2017 г.

Xəmmədova Sevil Ənvər qızı

Xəmmədova Sevil Ənvər qızı 16 oktyabr 1972-ci ildə Gürcüstanda anadan olub. 1994-сü il də N. Tusi adına ADPU riyaziyyat-informatika müəllimi ixtisasını bitirib. 1994-cü ildən Bakı şəhəri Nərimanov rayonundakı 43-200 saylı Məktəb-Lisey kompleksində işləyir.
Sevil xanım öz üzərində daim çalışır. ESDL -Moskva, Mədəd Azərbaycan: İntel "Gələcək üçün Təhsil”, “Mimio” elektron-lövhə qurğular kursu, Mədəd Azərbaycan: Həmkara dəstək, UNİSEF-in Ümumi təhsildə kurikulumun islahatı və onun idarə olunması və “Məktəb Uşağın Dostu” prinsiplərinin tətbiqi üzrə Təlimçilərin Təlimi Kursunu, Mədəd Azərbaycan: “Live@edu Xidmətlər”, Mədəd Azərbaycan: “1 şagird-1 kompyüter” layihəsi üzrə təlimçi, UNİSEF-in “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda təlimçilər üçün kursunu, Cito-nun “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə üzrə təlim” kursunu müvəffəqiyyətlə bitirib. Sevil xanım bir çox layihədə təlimçi kimi fəaliyyət göstərir.
2013-cü ildən informatika dərsliklərinin qiymətləndirilməsi üzrə işçi qrupun üzvüdür.
Sevil müəllim 2015-ci ildə UNİSEF və Xəzər Universitetinin keçirdiyi “Potensial Məktəb Direktorları” təlimi kursunu da uğurla bitirib.
2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.
2012-ci ildə “Elektron təhsil” Respublika musabiqəsində “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə fərqləndiyinə görə təltif olunub
2013-cü ildə H. Əliyevin 90 illiyinə həsr olunmuş “Mən Azərbaycanlıyam” musabiqəsində II yeri tutub.

Sevil xanım 2013-ci ildə “1 şagird, 1 müəllim” müsabiqəsinin də qalibi olub. 

четверг, 5 января 2017 г.

Səmədova Kəmalə Qənbər qızı

Səmədova Kəmalə Qənbər qızı 19 noyabr 1987-ci ildə Göyçay şəhərində dünyaya göz açmışdır. 2004-2009-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsil almış, İbtidai Təhsilin Pedaqogikası və Metodikası ixtisasına yiyələnmişdir. 2006-cı ildə Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə fəaliyyətə başlamış və qısa zaman ərzində kollektivin və şagirdlərin rəğbətini qazanmışdır. İşlədiyi müddət ərzində bir sıra uğurlar qazanmışdır.
“Mədəd” təşkilatının keçirdiyi MPST kursunu müvəfəqiyyətlə bitirmiş, ümumi təhsil pilləsində yeni fənn kurikulumlarının təlimi üzrə kursu bitirmiş, yüksək nəticə göstərmiş və birinci dərəcəli sertifikata laiq görülmüşdür. EDUMEDİA-Azərbaycan Şirkəti tərəfindən keçirilən “Prometan interaktiv lövhə” təlimində iştirak etmiş və uğurla başa vumuşdur. Qeyd edək ki, Göyçay şəhərində qabaqcıl müəllim olduğuna görə Təhsil Nazirliyi tərəfindən elektron lövhə ilə təmin edilmişdir. Təhsil Nazirliyinin keçirdiyi “Oxuyub-anlama bacarıqları” layihəsinin rayon üzrə koordinatorudur. Rayonda keçirilmiş tədbirlərdə fəail iştirakına və həmçinin açıq dərslərinə görə Göyçay RTŞ-si tərəfindən mükafatlara layiq görülmüşdür.

Şagirdləri rayonda keçirilmiş bilik yarışmalarında yüksək nəticələr əldə etmişlər. Kəmalə müəllimin sənədləri Göyçay RTŞ-si tərəfindən “İlin gənc fəalı” seçilmək üçün Təhsil Nazirliyinə göndərilmişdir. 

Şabani Xuraman Cahid qızı

Şabani Xuraman Cahid qızı 1967-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1974-cü ildə Yevlax rayonunda M. Hüseyn adına 4 saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur. 1984-cü ildə məktəbi əl qiymətlərlə bitirərək, elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat informatika və hesablama texnikası fakültəsinə daxil olmuşdur.
1989-cu ildə oxuduğu institutu bitirərək təyinatla Yevlax rayonuna göndərilmişdir. Məktəbdə oxuduğu illərdə fəal şagird olduğu üçün 4 saylı orta məktəbin rəhbərliyi tərəfindən bu məktədə işləməyə dəvət olunmuş, elə həmin ildə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdir.
İşlədiyi qısa müddət ərzində Yevlax rayonunun Partiya Komitəsinin Komsomol Təşkilatinda işə dəvət olunduğuna baxmayaraq, müəllimlik sənətinə daha cox üstünlük verərək öz fəaliyyətinə davam etmişdir.
2001-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma kursunu bitirib ibtidai sinif müəllimi ixtisasına yiyələnərək 2004-cü ildən Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdir     .
Fəaliyyətə başladığı ilk illərdə keçirdiyi Açıq dərslər və tədbirlər məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci, 2007-ci illərdə “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətə görə” fəxri fərmanlarla təltif olunmuşdur.
Keçirdiyi dərslər və tədbirlər dövrü mətbuatın “Xalq nəzarəti” jurnalı, “Azərbaycan müəllimi”, “Rəsmi Bakı”, “Respublika”, “Ata yurdu” qəzetləri tərəfindən işıqlandırılmışdır.
2008-ci il oktyabırın 2-də “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2009-cu il martın 4-də “Ata yurdu” ictimai-siyasi hüquq qəzetinin diplomuna layiq görülmüşdur.
2009-cu ildə “Vətənpərvərlik tərbiyəsi üçün əbədi örnək”, “Açıq dərs müəllım fəalıyyətınin nümunəsidir” başlıqlı məqalələrı və 2015-ci ildə “İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi” “Azərbaycan müəllimi” qəzetində dərc olunmuşdur.   
Elmi praktik konfransda”İbtidai siniflərdə ana dili fənninin tədrisində musiqi və təsviri incəsənət əsərlərinin istifadəsi” mövzusu ilə çıxış etmişdir.
İntel “Gələcək üçün təhsil” və “Mimio XI İnteraktiv lövhə ilə tədris” təlim kurslarında öyrəndiklərini uğurla dərslərində tətbiq edir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdur. 
2009-cu ildən AzTV Dövlət Televiziyasinin kanalı olan Mədəniyyət kanalında Ana dilimizin təbliği məqsədi ilə xaricdə yaşayan həmvətənlərimiz üçün nəzərdə tutulan “Ana dili” verilişinin aparıcısıdır.
Bunlardan basqa www.oxuyuruq.biz saytında yerləşdirilmiş dərslərdən bir qisminin müəllifidir.
2011-ci ildə İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında “ Təbiət üçün 10 təhlükə” adlı layihə və həmçinin olimpiadada münsiflər heyəti kimi iştirak etmişdir.
2012-ci ildə IV sinif şagirdləri üçün nəzərdə tutulmuş “Həyat bilgisi” fənnindən Qiymətləndirmə vəsaitlərinin müəlliflərindən biridir.
2012-ci ildə “IB PYP - proqrami ilə ibtidai məktəb təhsilinin perspektivli modeli” mövzusunda MDB ölkələrinin məktəbləri assosiasiyasının Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə keçirilən konfransda iştirak etmiş, diploma layiq görülmüşdür.
2013-cu ildə “Müəllim hazirlama siyasəti və problemləri” Beynəlxalq simpoziumda iştirakına görə sertifikatla təltif olunmuşdur.
2013-cu ildə “Öyrədənlərin öyərdəni” kursunu müvəffəqiyyətlə bitirərək “Təlimçi”statusu almışdır.
“Riyaziyyatın tədrisi prosesində kiçikyaşlı məktəblilərin tədqiqatçılıq bacarığının formalaşması üzrə işin sistemi” adlı dissertasiya mövzusu üzərində işləyir.
Bir sıra elmi məqalələrin və “Riaziyyztdan inkişafetdirici çalışmalar adlı kitabın müəlliflərindən biridir”.
Ailəlidir. Bir oğlu, bir qızı var.

среда, 4 января 2017 г.

Məmmədli Kamalə Kazım qızı

Məmmədli Kamalə Kazım qızı 22 iyun 1965-ci ildə İsmayıllı rayonunda dünyaya göz açmışdır. 1983-cü ildə V. İ. Lenin adına APİ-nin riyaziyyat fakültəsinə daxil olmuş və 1988-ci ildə bitirmişdir.
1986-1991-ci illərdə Baki şəhəri, Xətai rayon 2 nömrəli pionerlər evində dərnək rəhbəri, 1993-2000-ci illərdə İsmayilli şəhəri İ. Həsənov adına 1 saylı orta məktəbdə, 2001-ci ilin sentyabrından isə Yasamal rayonu Ş. Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Bu illər ərzində məktəb rəhbərliyi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
2012-ci ildən "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurrikulumlarının tətbiqi və fəal təlim" kurslarında təlimçi kimi fəaliyyət göstərmişdir. Təhsil Problemləri İnstitutunun nəzdində yaradılmış riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. 30 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə xanım pedaqoji mühazirələr üzrə müsabiqədə respublika üzrə I dərəcəli diplomla təltif olunmuşdur.

Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası ilə əlaqədar Təhsil Problemləri İnstitutunda təşkil olunmuş "İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması" mövzusunda seminar-treninqdə iştirak etmişdir.

Əliyeva Sənubər Əli qızı

Əliyeva Sənubər Əli qızı 8 mart 1969-cu il tarixində Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyyaziyyat” fakültəsinə daxil olub, 1991-ci ildə ali məktəbi bitirib. İlk əmək fəaliyyətinə Qubadlı rayonunda başlayıb. Hazırda İ. Hacıyev adına “Tərəqqi” Texniki Hümanitar Liseyində pedaqoji fəaliyyət göstərir.
Riyaziyyat elmini gənc nəsilə öyrədən Sənubər müəllim ilə sizi yaxından tanış edəcəyik. S. Əliyeva öz üzərinə düşən vəzifəsinin öhdəsində layiqincə gəlir.
Müəllim! Müqəddəs peşənin sahibi. Müəllim sənətinin özəllyi odur ki, o, insanları təlim, tərbiyə edir, onlara təhsil verir. Yeganə sənətdir ki, insanı daima təkmilləşdirir. Şagird cansız, hərəkətsiz deyil. O, fiziki və əqli cəhətdən daima inkişafda olan ictimai varlıqdır. Ona görə də dərs prosesində müəllimin uşaqlara sevgisi mütləqdir. Müəllimin tədris etdiyi fənnin şagirdin sevməsi bilavasitə müəllimdən asılıdır. Bu nəticəni əldə edən Sənubər xanım şagirdlə bir hormoniyalıq təşkil edir. Bu da müəllim şagird münsibətinin istiliyi, müəllim - şagird sevgisidir.
Sənubər müəllimin zəhməti nəzərə alınmış Təhsil Nazirliyi və çalışdığı məktəb tərəfindən “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, “Fənlər üzrə Elektron Təhsil Resursları”, “Gələcək üçün Təhsil”, “Təhsil portalından istifadə üzrə”, “Tərəqqi”, “Gələcək üçün Təhsil” adlı sertifikatlara layiq görülmüşdur.
S. Əliyevanın ən böyük üstünlüyü ondadır ki, o, daim yeniliklərə doğru can atır, gələcəyə inamla baxır. Odur ki, təlim kurslarında iştirak edir, yeni interaktiv və modul dərs üsullarından istifadə edir, peşəkarlıq səviyyəsini təkmilləşdirir. Elə onun üçün də gələcəyin qurucuları olan məktəbliləri həyata daha biliklı hazırlayır, eyni zamanda onlara vətəpərvərlik kimi tərbiyəvi hissləri də dərindən aşılayır.
Geniş təvəkkür gücünə malik olan S. Əliyeva riyaziyyat elminin incəliklərini yorulmadan şagirdlərinə catdırır. Dünyanın dərk edilməsində rol oynayan bu elmin qudrətini şagirdlərə anladır, elmin onlara yol yoldaşı olacağını vurğulayır.
Ailəlidir. İki övladı var. O, gözəl təbiətli qadın, nümunəvi məllimə olmaqla yanaşı həm də mehriban anadır. Övladlarının təhsil almasında onun böyük əməyi vardı. Böyük oğlu Bəhmən Bakı Dövlət Universitetinin informatika, ikinci oğlu Rövşən isə İqtisad Universitetinin XİQ (dünya iqtisadiyyat-ingilis dili) fakültəsini bitirib.

Əminik ki, S. Əliyeva bundan sonra da pedaqoji fəaliyyətini istək və məharətlə davam etdirəcək. Təhsilə, elmə, mədəniyyətə gedən yolda məktəblilərə köməkçi olacaq, doğma Azərbaycanın təhsil sahəsində, respublikamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir. 

вторник, 3 января 2017 г.

Xudiyeva Xatirə Rafiq qızı

Xudiyeva Xatirə Rafiq qızı 4 oktyabr 1971-ci ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub. 1989-cu ildə Sumqayıt şəhərində 21 №-li orta məktəbi bitirib. Uşaqlıqdan təsviri sənətə olan həvəsi onu bu sahənin arxasınca getməyə istiqamətləndirdi. 1990-cı ildə N. Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinə daxil olub. Burada  ustad müəllimlərdən – görkəmli sənətşünas Ziyadxan Əliyev, tanınmış heykəltəraş İbrahim Zeynalov, xalq rəssamı Rəis Rəsulzadə və digər hörmətli müəllimlərdən dərs alıb.
İlk pedaqoji fəaliyyətə 1995-ci ildə  Bakı şəhəri, Binəqədi rayonu 83 №-li məktəb-liseydə başlayıb. Hazırda həmin məktəbdə təsviri incəsənət müəllimi kimi çalışır. Bu təhsil ocağında fəaliyyət göstərdiyi gündən gözəl insani keyfiyyətlərə malik, daim müəllimləri yeniliyə, yaradıcılığa ruhlandıran məktəbin direktoru Nəbi müəllimin qayğısını və diqqətini kollektivin hər bir müəllimi kimi o da öz üzərimdə hiss edib. Hər zaman bu etimadı döğrultmağa, vəzifəsini məsuliyyətlə yerinə yetirməyə çalışmışdır.
Təsviri incəsənət fənni vasitəsilə şagirdlərin obrazlı, estetik düşünmə bacarığını formalaşdırmağa, milli və ümumbəşəri dəyərlərə hörmət və məhəbbət hissini aşılamağa çalışır. Dərs dediyi şagirdlərdən -  Kərimli Aysel,  İslam Əminə, Hüseynova Alsu, Səfərova Röyalə və digərləri rayon və respublika üzrə keçirilən rəsm üzrə müsabiqə, sərgilərdə yüksək yerlərə layiq görülmüşlər. Artıq 21 ildir ki, fəaliyyət göstərdiyi məktəb-liseydə təsviri incəsənət, musiqi və texnologiya fənn metodbirləşməsinin sədri kimi öz bilik və təcrübəsini həmkarları ilə bölüşür və bu fənlərin tədrisində yeni təlim texnologiyalarının tətbiqi istiqamətində müzakirələr aparır və müəyyən tövsiyələr verir.
Pedaqoji fəaliyyətini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan  innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması üzrə ikinci strateji istiqamətdə qoyulan tələblər əsasında qurmağa çalışır. İxtisası üzrə peşəkarlığını artırmaq məqsədilə müxtəlif təlim kurslarında iştirak etmiş, yeni təlim texnologiyaları və İKT üzrə bilik və bacarığını daha da təkmilləşdirmişdir. “Yeni fənn kurikulumlarının tədris prosesində tətbiqi” üzrə təlim kurslarında təlimçi, Təhsil Nazirliyində “Dərsliklərin qiymətləndirilməsi komissiyası”nda ekspert kimi çalışır. “İbtidai təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” və “ Ümumi orta təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” adlı metodik vəsaitlərin müəllifidir.
Pedaqoji  sahədə əməyi yüksək qiymətləndirilərək 2014-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2016-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

Qazandığı uğurlar onu öz işinə daha da məsuliyyətlə yanaşmağa və gənc nəslin geniş təfəkkürə, dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşması istiqamətində yüksək nəticələr əldə etməyə sövq edir.