пятница, 9 декабря 2016 г.

Əliyeva Çiçək Həşim qızı

Əliyeva Çiçək Həşim qızı 1963-cü il mayın 24-də Şərur rayonunda anadan olmuşdur. İlk təhsilinə 1970-1971-ci tədris ilində başlamış, 1980-1981-ci tədris ilində 10-cu sinfi “əla” qiymətlərlə başa vurmuşdur.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin institutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Elə həmin il də Şərur rayonu 1 saylı orta məktəbin pioner baş dəstə rəhbəri kimi iş fəaliyyətinə başlamışdır.
1987-ci ildə Babək rayonu Payız kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
2000-ci idə ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərinə köçmüşdür. Həmin ildən də Xətai rayonu 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. Bu günə qədər də həmin məktəbdə işləyir.
Əliyeva Çiçək işlədiyi müddətdə dəfələrlə məktəb rəhbərliyi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub.
Ç. Əliyeva 2002, 2007, 2012-ci illərdə Müəllimləri Təkmilləşdirmə və İxtisasartırma İnstitutunda təlim kursları keçmiş və müvafiq vəsiqələr almışdır.
2011-ci ildə “MƏDƏD” kursları tərəfindən təşkil olunmuş “Komputer biliklərinə yiyələnək” təlim seminarlarında iştirak etmiş və komputer biliklərinə yiyələnərək sertifikat almışdır. Komputer proqramlarını sərbəst işləyir. Word, PowerPoint, Excel proqramlarında sərbəst işləyir. Açıq dərslərin slaydlarını özü sərbəst şəkildə PoverPoint-də işləyib hazırlayır.
2012-ci ildə “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunu yüksək göstərici ilə bitirib və sertifikat alıb.
2012-ci ildə Müəllimlər İnstitutunun nəzdində keçirilən Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq kursdan keçmiş, yüksək nəticə göstərərək I dərəcəli diplom və “Öyrədənlərin öyrədəni” sertifikatı almışdır.
2013/2014 və 2014/2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fənn kurikulumları üzrə keçirilən “Dərsliklərin qiymətləndirilməsi və hazırlanması” monitorinqində rəyçi-ekspert kimi nazirliklə əməkdaşlıq etmişdir.
Ç. Əliyeva işlədiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəridir. Mütəmadi olaraq Təhsil Problemləri İnstitutunda keçirilən müzakirələrdə iştirak edir, hər bir yeniliklə tanış olur və müəllimləri də məlumatlandırır.

TQDK-nın seminarlarında iştirak edən və test müzakirələrində öz fikirlərini söyləyən Çiçək müəllimə şagirdlərin də sevimlisidir. 

Комментариев нет:

Отправить комментарий