четверг, 26 января 2017 г.

Kərimxanova Telli Telman qızı

Kərimxanova Telli Telman qızı 2 iyun 1977-ci ildə Yevlax şəhərində anadan olub. 1994-cü ildə N. Tusi adına APU-nun Pedaqogika və ibtidai təhsil metodikası fakültəsinə qəbul oub. 1999-cu ildə təhsilini başa vuraraq Pedaqogika və ibtidai təhsil metodikası ixtisasına yiyələnib. Lakin riyaziyyata olan sevgisi ona ikinci təhsil almasına səbəb olur. 2005-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Riyaziyyat və İnformatika müəllimi ixtisasına yiyələnir və Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbdə işini riyaziyyat müəllimi kimi davam etdirir. Riyaziyyata olan marağı ona dərsləri daha maraqlı keçmək arzusunu daha da artırır. Öz üzərində işləyərək PowerPoint proqramını öyrənir və ilk elektron dərsini yığır.
Getdikcə inkişaf edən ölkəmiz və təhsilimizlə ayaqlaşmaq, yeniliyə olan marağı nəticəsində öz hesabına MİMİO interaktiv qurğunu alır və artıq dərslərini bu qurğunun köməyi ilə keçir. Hazırladığı yeni “Sahə. Düzbucaqlı və kvadrat” adlı elekton dərsi ekspertlər tərəfindən bəyənilir və www.mimio.az saytında yerləşdirilir.

Bu illər ərzində müxtəlif kurslarda iştirak edir, sertifikatlar, tərifnamələr alır. Artıq üçüncü ildir Elektron Təhsil müsabiqəsinə qoşulur və 2015-ci i ldə nominantlar sırasında onun da adının olmasından qürur duyur. 

четверг, 19 января 2017 г.

Əhmədova Aynur Yelmar qızı

Əhmədova Aynur Yelmar qızı 1976-cı ildə Ağdam rayonunun Kosalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Ağdam rayonunun Eyvazxanbəyli kənd tam orta məktəbində təhsil almışdır. 1993-cü ildə indiki Bakı Slavyan Universitetinə daxil olmuş, 1997-ci ildə oranı müvəffəqiyyətlə bitirərək filologiya ixtisası almışdır. Müəllimlik fəaliyyətinə 1995-1996-cı tədris ilində Göyçay rayonu Ləkçıplaq kənd orta məktəbində başlamışdır. 1996-1998-ci illərdə Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 128 nömrəli məcburi köçkün tam orta məktəbində rus dili fənnini tədris etmişdir. 1998-ci ildən Bakı şəhəri 83 nömrəli məktəb-liseydə müəllimlik fəaliyyətini davam etdirir. 2004-2005-ci illərdə Bakı Slavyan Universiteninin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir. Həmin dövrdən 83 nömrəli məktəb-liseydə Azərbaycan dili və rus dili fənlərini tədris edir. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris" təlim kursunun dinləyicisi olmuş, sertifikat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi çərçivəsində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültətiv kursunun tədrisi ilə əlaqədar müəllimlər üçün keçirilən treninqdə iştirak etmiş, sertifikat almışdır. 2012-ci ildə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi  ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi üzrə ixtisasartırma təhsil proqramlarının dinləyicisi olmuş və I dərəcəli sertifikat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd Azərbaycan" MMC tərəfindən təşkil edilmiş Təhsil portalından istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş və sertifikata layiq görülmüşdür. 

среда, 18 января 2017 г.

Abdullayeva Natavan Nadir qızı

Abdullayeva Natavan Nadir qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə 44 saylı məktəbin I sinfinə qəbul olmuşdur. Həmin məktəbdə təşkil olunmuş “Qərənfil” uşaq xorunun solisti kimi televiziya verilişlərində iştirak edib. İncəsənətə həvəsi uşaq yaşlarından yaranmışdı. Böyük müsabiqədən keçərək Dzerjinski adına (sonradan Şəhriyar adına) 11 illik musiqi məktəbinə daxil olmuşdur. Əla qiymətlərlə oxuduğu, müxtəlif müsabiqələrdə, o cümlədən Raxmaninov adına müsabiqədə yüksək nailiyyət əldə etdiyi üçün onu əvvəlcə III sinifdən V, sonra isə VI sinifdən VIII sinfə keçirdilər. Azər Rzayevin fortepiano və orkestr üçün yazdıgı konsertin ilk ifaçısı olub.
Məktəbi qırmızı diplomla bitirən Natavan xanım Bakı Musiqi Akademiyasına ən yüksək balla qəbul olub. Akademiyada oxuduğu müddətdə dövlət tədbirlərində, televiziyada konsert proqramı ilə iştirak edib. Musiqi fəaliyyətim ilə yanaşı uşaq psixologiyası və 2 illik ingilis dili kurslarını bitirib. Uşaq psixologiyası kurslarında keçirilən bütün seminar və treninqlərdə fəal iştirak edib.
1992-ci ildən Tusi adına Gimnaziyada çalışmağa başlayıb. Əvvəlcə fortepiano müəllimi, sonra isə fortepiano fakültəsinin dərs hissə müdiri vəzifəsində çalışıb. Bu müddət ərzində məktəbdə keçirilən bütün təşkilatı işlərlə məşgul olub. Xalça Muzeyində konsert-sərgi proqramı, məktəbin möhtəşəm 20 illik yubileyi, İncəsənət Muzeyində konsert proqramı və s. Hər il Üzeyr Hacıbəyovun ev muzeyində 28 may Respublika Gününə həsr olunmuş konsertin təşkil olunması üçün əlindən gələni əsirgəməyib. Bu konsertdə öz yetirmələrilə bərabər, məktəbimin istedadlı şagirdləri də iştirak edirdilər. Bundan başqa gimnaziyada fəaliyyət göstərən məktəbəqədər kurslarda məntiqdən də dərs keçib.
Həm rus, həm Azərbaycan bölməsi üzrə rəhbərlik etdiyi II siniflərdə uşaqlarla səmimi, mehriban, gülərüz, onların bütün problemlərini bölüşə biləcəkləri bir müəllim, bir ana münasibəti qurmağa müvəffəq olub.
Şagirdlərilə birlikdə bütün bayramlarda musiqi nömrəsi, rəqs, mahnı, kiçik səhnəciklərlə fəal iştirak edir. Həmin bayramlardan çəkilən bütün diskləri, göz bəbəyi kimi qoruyub saxlayır.
Hazırda “İdrak” liseyi Bakı filialında fəaliyyətini davam etdirir.


Nəcəfova Naibə Əliyar qızı

Nəcəfova Naibə Əliyar qızı 1959-cu il dekabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildən 1977-ci ilə kimi Bakıda 134 saylı məktəbdə təhsil almışdır. 1977-ci ildə məktəbi bitirib, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə oranı bitirmiş bioloq, kimya və biologiya müəllimi ixtisasını almışdır.
1994-ci ilin fevralından 134 saylı orta məktəbdə müəllim vəzifəsində çalışır. 2002-ci ildən Səbail rayonu üzrə biologiya fənnindən dayaq məntəqəsinin sədri təyin olunmuşdur. 2006-2008-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor muavini təyin olunmuşdur. 2008-ci ildən bu günə qədər 134 saylı məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədridir. 2008-ci ildən 2011-ci ilə qədər Bakı Avropa liseyində saat hesabı ilə biologiya müəllimi işləmişdir. 2006-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırladığı tələbələrin bir neçəsi respublika üzrə olimpiadalarda qalib olmuşdurlar. 2013-cü ildə 2 şagirdi “Sabahın alimləri” II Respublika Müsabiqəsinin qalibləri olmuşdur.
2013-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2015-ci ildə isə əməkdar müəllim adı ilə təltif olunmuşdur.

среда, 11 января 2017 г.

Rəhimova Məsmayə Musa qızı

Rəhimova Məsmayə Musa qızı 2 may 1954-cü ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1975-ci ildən pedaqoji fəaliyyətdədir. İşlədiyi 40 il ərzində müxtəlif məktəblərdə çalışmışdır. Belə ki, Bakıdakı 158 nömrəli məktəbdə uşaq birliyinin rəhbəri olmuş, 21 nömrəli məktəbdə əvvəlcə tərbiyə işləri üzrə direktor müavini, sonra isə ibtidai sinif müəllimi işləmişdir. 23 ildir ki, 91 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir.
1983-cü ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Kurikulumun tətbiqindən bəri I-IV siniflərdə riyaziyyat dərsliklərinin hazırlanmasına iştirak edir. Təhsil Nazirliyinin 05 iyul 2010-cu il tarixli 973 nömrəli əmri ilə təsdiq edilmiş “Riyaziyyat 3” müəllim metodik vəsaitin müəlliflərindən biridir.
Pedagoji fəaliyyətinin 40 illiyi ərəfəsində “Əməkdar müəllim” fəxri adına layiq görülməyi digər mükafatlandırılanlar kimi ona da böyük sevinc bəxş edib. Bu fəxri ad onun məsuliyyətini daha da artırır.

O bir müəllim kimi yaxşı dərk edir ki, ibtidai sinif təhsilin özülüdür. Bu özül elə qurulmalıdır ki, ümumi təhsilin digər səviyyələri onun üzərində yüksələ bilsin, vətənə layiq övladlar yetişsin. 

вторник, 10 января 2017 г.

Vəliyeva Rəna Abdulla qızı

Vəliyeva Rəna Abdulla qızı 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 144 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək BDU-nun jurnalistika fakültəsinə daxil olmuşdur. 1997-ci ildə həmin fakülltəni bitirmişdir.
Respublikanin bəzi mətbu orqanlarında əməkdaşlıq edib. 2006-ci ildə Bakı Pedaqoji Kadrlarin İxtisasartırma İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası ilə bitirmişdir.
Pedaqoji fəaliyyətə 2007-ci ildə Binəqədi rayonundakı 83 saylı məktəb-liseydə başlamışdır. Hazırda da həmin məktəb-liseydə fəaliyyətini davam etdirir.
İşlədiyi müddətdə məktəb rəhbərliyi və Bakı şəhər Baş Təhsil İdarəsi tərəfidən fəxri fərmanlara layiq görülüb. Yeni innovativ metodlarən təhsildə tətbiqi üzrə iştirak etdiyi təlim kurslarında sertifikatlar qazanıb.

Rəhbərlik etdiyi sinfin 2015/2016-ci il məzunlarından 6 nəfər 600-dən, 9 nəfər 500-dən, 5 nəfər 400-den çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Ümumilikdə 25 şagirddən 23-ü tələbə adını qazanmışdır.

понедельник, 9 января 2017 г.

Xəmmədova Sevil Ənvər qızı

Xəmmədova Sevil Ənvər qızı 16 oktyabr 1972-ci ildə Gürcüstanda anadan olub. 1994-сü il də N. Tusi adına ADPU riyaziyyat-informatika müəllimi ixtisasını bitirib. 1994-cü ildən Bakı şəhəri Nərimanov rayonundakı 43-200 saylı Məktəb-Lisey kompleksində işləyir.
Sevil xanım öz üzərində daim çalışır. ESDL -Moskva, Mədəd Azərbaycan: İntel "Gələcək üçün Təhsil”, “Mimio” elektron-lövhə qurğular kursu, Mədəd Azərbaycan: Həmkara dəstək, UNİSEF-in Ümumi təhsildə kurikulumun islahatı və onun idarə olunması və “Məktəb Uşağın Dostu” prinsiplərinin tətbiqi üzrə Təlimçilərin Təlimi Kursunu, Mədəd Azərbaycan: “Live@edu Xidmətlər”, Mədəd Azərbaycan: “1 şagird-1 kompyüter” layihəsi üzrə təlimçi, UNİSEF-in “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda təlimçilər üçün kursunu, Cito-nun “İdarəetməyə dair qərarların verilməsi üçün şagirdlərin qiymətləndirmə nəticələrindən və monitorinq tədqiqatlarından istifadə üzrə təlim” kursunu müvəffəqiyyətlə bitirib. Sevil xanım bir çox layihədə təlimçi kimi fəaliyyət göstərir.
2013-cü ildən informatika dərsliklərinin qiymətləndirilməsi üzrə işçi qrupun üzvüdür.
Sevil müəllim 2015-ci ildə UNİSEF və Xəzər Universitetinin keçirdiyi “Potensial Məktəb Direktorları” təlimi kursunu da uğurla bitirib.
2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.
2012-ci ildə “Elektron təhsil” Respublika musabiqəsində “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə fərqləndiyinə görə təltif olunub
2013-cü ildə H. Əliyevin 90 illiyinə həsr olunmuş “Mən Azərbaycanlıyam” musabiqəsində II yeri tutub.

Sevil xanım 2013-ci ildə “1 şagird, 1 müəllim” müsabiqəsinin də qalibi olub. 

четверг, 5 января 2017 г.

Səmədova Kəmalə Qənbər qızı

Səmədova Kəmalə Qənbər qızı 19 noyabr 1987-ci ildə Göyçay şəhərində dünyaya göz açmışdır. 2004-2009-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsil almış, İbtidai Təhsilin Pedaqogikası və Metodikası ixtisasına yiyələnmişdir. 2006-cı ildə Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə fəaliyyətə başlamış və qısa zaman ərzində kollektivin və şagirdlərin rəğbətini qazanmışdır. İşlədiyi müddət ərzində bir sıra uğurlar qazanmışdır.
“Mədəd” təşkilatının keçirdiyi MPST kursunu müvəfəqiyyətlə bitirmiş, ümumi təhsil pilləsində yeni fənn kurikulumlarının təlimi üzrə kursu bitirmiş, yüksək nəticə göstərmiş və birinci dərəcəli sertifikata laiq görülmüşdür. EDUMEDİA-Azərbaycan Şirkəti tərəfindən keçirilən “Prometan interaktiv lövhə” təlimində iştirak etmiş və uğurla başa vumuşdur. Qeyd edək ki, Göyçay şəhərində qabaqcıl müəllim olduğuna görə Təhsil Nazirliyi tərəfindən elektron lövhə ilə təmin edilmişdir. Təhsil Nazirliyinin keçirdiyi “Oxuyub-anlama bacarıqları” layihəsinin rayon üzrə koordinatorudur. Rayonda keçirilmiş tədbirlərdə fəail iştirakına və həmçinin açıq dərslərinə görə Göyçay RTŞ-si tərəfindən mükafatlara layiq görülmüşdür.

Şagirdləri rayonda keçirilmiş bilik yarışmalarında yüksək nəticələr əldə etmişlər. Kəmalə müəllimin sənədləri Göyçay RTŞ-si tərəfindən “İlin gənc fəalı” seçilmək üçün Təhsil Nazirliyinə göndərilmişdir. 

Şabani Xuraman Cahid qızı

Şabani Xuraman Cahid qızı 1967-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1974-cü ildə Yevlax rayonunda M. Hüseyn adına 4 saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur. 1984-cü ildə məktəbi əl qiymətlərlə bitirərək, elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat informatika və hesablama texnikası fakültəsinə daxil olmuşdur.
1989-cu ildə oxuduğu institutu bitirərək təyinatla Yevlax rayonuna göndərilmişdir. Məktəbdə oxuduğu illərdə fəal şagird olduğu üçün 4 saylı orta məktəbin rəhbərliyi tərəfindən bu məktədə işləməyə dəvət olunmuş, elə həmin ildə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdir.
İşlədiyi qısa müddət ərzində Yevlax rayonunun Partiya Komitəsinin Komsomol Təşkilatinda işə dəvət olunduğuna baxmayaraq, müəllimlik sənətinə daha cox üstünlük verərək öz fəaliyyətinə davam etmişdir.
2001-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma kursunu bitirib ibtidai sinif müəllimi ixtisasına yiyələnərək 2004-cü ildən Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdir     .
Fəaliyyətə başladığı ilk illərdə keçirdiyi Açıq dərslər və tədbirlər məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci, 2007-ci illərdə “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətə görə” fəxri fərmanlarla təltif olunmuşdur.
Keçirdiyi dərslər və tədbirlər dövrü mətbuatın “Xalq nəzarəti” jurnalı, “Azərbaycan müəllimi”, “Rəsmi Bakı”, “Respublika”, “Ata yurdu” qəzetləri tərəfindən işıqlandırılmışdır.
2008-ci il oktyabırın 2-də “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2009-cu il martın 4-də “Ata yurdu” ictimai-siyasi hüquq qəzetinin diplomuna layiq görülmüşdur.
2009-cu ildə “Vətənpərvərlik tərbiyəsi üçün əbədi örnək”, “Açıq dərs müəllım fəalıyyətınin nümunəsidir” başlıqlı məqalələrı və 2015-ci ildə “İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi” “Azərbaycan müəllimi” qəzetində dərc olunmuşdur.   
Elmi praktik konfransda”İbtidai siniflərdə ana dili fənninin tədrisində musiqi və təsviri incəsənət əsərlərinin istifadəsi” mövzusu ilə çıxış etmişdir.
İntel “Gələcək üçün təhsil” və “Mimio XI İnteraktiv lövhə ilə tədris” təlim kurslarında öyrəndiklərini uğurla dərslərində tətbiq edir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdur. 
2009-cu ildən AzTV Dövlət Televiziyasinin kanalı olan Mədəniyyət kanalında Ana dilimizin təbliği məqsədi ilə xaricdə yaşayan həmvətənlərimiz üçün nəzərdə tutulan “Ana dili” verilişinin aparıcısıdır.
Bunlardan basqa www.oxuyuruq.biz saytında yerləşdirilmiş dərslərdən bir qisminin müəllifidir.
2011-ci ildə İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında “ Təbiət üçün 10 təhlükə” adlı layihə və həmçinin olimpiadada münsiflər heyəti kimi iştirak etmişdir.
2012-ci ildə IV sinif şagirdləri üçün nəzərdə tutulmuş “Həyat bilgisi” fənnindən Qiymətləndirmə vəsaitlərinin müəlliflərindən biridir.
2012-ci ildə “IB PYP - proqrami ilə ibtidai məktəb təhsilinin perspektivli modeli” mövzusunda MDB ölkələrinin məktəbləri assosiasiyasının Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə keçirilən konfransda iştirak etmiş, diploma layiq görülmüşdür.
2013-cu ildə “Müəllim hazirlama siyasəti və problemləri” Beynəlxalq simpoziumda iştirakına görə sertifikatla təltif olunmuşdur.
2013-cu ildə “Öyrədənlərin öyərdəni” kursunu müvəffəqiyyətlə bitirərək “Təlimçi”statusu almışdır.
“Riyaziyyatın tədrisi prosesində kiçikyaşlı məktəblilərin tədqiqatçılıq bacarığının formalaşması üzrə işin sistemi” adlı dissertasiya mövzusu üzərində işləyir.
Bir sıra elmi məqalələrin və “Riaziyyztdan inkişafetdirici çalışmalar adlı kitabın müəlliflərindən biridir”.
Ailəlidir. Bir oğlu, bir qızı var.

среда, 4 января 2017 г.

Məmmədli Kamalə Kazım qızı

Məmmədli Kamalə Kazım qızı 22 iyun 1965-ci ildə İsmayıllı rayonunda dünyaya göz açmışdır. 1983-cü ildə V. İ. Lenin adına APİ-nin riyaziyyat fakültəsinə daxil olmuş və 1988-ci ildə bitirmişdir.
1986-1991-ci illərdə Baki şəhəri, Xətai rayon 2 nömrəli pionerlər evində dərnək rəhbəri, 1993-2000-ci illərdə İsmayilli şəhəri İ. Həsənov adına 1 saylı orta məktəbdə, 2001-ci ilin sentyabrından isə Yasamal rayonu Ş. Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Bu illər ərzində məktəb rəhbərliyi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
2012-ci ildən "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurrikulumlarının tətbiqi və fəal təlim" kurslarında təlimçi kimi fəaliyyət göstərmişdir. Təhsil Problemləri İnstitutunun nəzdində yaradılmış riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. 30 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə xanım pedaqoji mühazirələr üzrə müsabiqədə respublika üzrə I dərəcəli diplomla təltif olunmuşdur.

Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası ilə əlaqədar Təhsil Problemləri İnstitutunda təşkil olunmuş "İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması" mövzusunda seminar-treninqdə iştirak etmişdir.

Əliyeva Sənubər Əli qızı

Əliyeva Sənubər Əli qızı 8 mart 1969-cu il tarixində Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyyaziyyat” fakültəsinə daxil olub, 1991-ci ildə ali məktəbi bitirib. İlk əmək fəaliyyətinə Qubadlı rayonunda başlayıb. Hazırda İ. Hacıyev adına “Tərəqqi” Texniki Hümanitar Liseyində pedaqoji fəaliyyət göstərir.
Riyaziyyat elmini gənc nəsilə öyrədən Sənubər müəllim ilə sizi yaxından tanış edəcəyik. S. Əliyeva öz üzərinə düşən vəzifəsinin öhdəsində layiqincə gəlir.
Müəllim! Müqəddəs peşənin sahibi. Müəllim sənətinin özəllyi odur ki, o, insanları təlim, tərbiyə edir, onlara təhsil verir. Yeganə sənətdir ki, insanı daima təkmilləşdirir. Şagird cansız, hərəkətsiz deyil. O, fiziki və əqli cəhətdən daima inkişafda olan ictimai varlıqdır. Ona görə də dərs prosesində müəllimin uşaqlara sevgisi mütləqdir. Müəllimin tədris etdiyi fənnin şagirdin sevməsi bilavasitə müəllimdən asılıdır. Bu nəticəni əldə edən Sənubər xanım şagirdlə bir hormoniyalıq təşkil edir. Bu da müəllim şagird münsibətinin istiliyi, müəllim - şagird sevgisidir.
Sənubər müəllimin zəhməti nəzərə alınmış Təhsil Nazirliyi və çalışdığı məktəb tərəfindən “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, “Fənlər üzrə Elektron Təhsil Resursları”, “Gələcək üçün Təhsil”, “Təhsil portalından istifadə üzrə”, “Tərəqqi”, “Gələcək üçün Təhsil” adlı sertifikatlara layiq görülmüşdur.
S. Əliyevanın ən böyük üstünlüyü ondadır ki, o, daim yeniliklərə doğru can atır, gələcəyə inamla baxır. Odur ki, təlim kurslarında iştirak edir, yeni interaktiv və modul dərs üsullarından istifadə edir, peşəkarlıq səviyyəsini təkmilləşdirir. Elə onun üçün də gələcəyin qurucuları olan məktəbliləri həyata daha biliklı hazırlayır, eyni zamanda onlara vətəpərvərlik kimi tərbiyəvi hissləri də dərindən aşılayır.
Geniş təvəkkür gücünə malik olan S. Əliyeva riyaziyyat elminin incəliklərini yorulmadan şagirdlərinə catdırır. Dünyanın dərk edilməsində rol oynayan bu elmin qudrətini şagirdlərə anladır, elmin onlara yol yoldaşı olacağını vurğulayır.
Ailəlidir. İki övladı var. O, gözəl təbiətli qadın, nümunəvi məllimə olmaqla yanaşı həm də mehriban anadır. Övladlarının təhsil almasında onun böyük əməyi vardı. Böyük oğlu Bəhmən Bakı Dövlət Universitetinin informatika, ikinci oğlu Rövşən isə İqtisad Universitetinin XİQ (dünya iqtisadiyyat-ingilis dili) fakültəsini bitirib.

Əminik ki, S. Əliyeva bundan sonra da pedaqoji fəaliyyətini istək və məharətlə davam etdirəcək. Təhsilə, elmə, mədəniyyətə gedən yolda məktəblilərə köməkçi olacaq, doğma Azərbaycanın təhsil sahəsində, respublikamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir. 

вторник, 3 января 2017 г.

Xudiyeva Xatirə Rafiq qızı

Xudiyeva Xatirə Rafiq qızı 4 oktyabr 1971-ci ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub. 1989-cu ildə Sumqayıt şəhərində 21 №-li orta məktəbi bitirib. Uşaqlıqdan təsviri sənətə olan həvəsi onu bu sahənin arxasınca getməyə istiqamətləndirdi. 1990-cı ildə N. Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinə daxil olub. Burada  ustad müəllimlərdən – görkəmli sənətşünas Ziyadxan Əliyev, tanınmış heykəltəraş İbrahim Zeynalov, xalq rəssamı Rəis Rəsulzadə və digər hörmətli müəllimlərdən dərs alıb.
İlk pedaqoji fəaliyyətə 1995-ci ildə  Bakı şəhəri, Binəqədi rayonu 83 №-li məktəb-liseydə başlayıb. Hazırda həmin məktəbdə təsviri incəsənət müəllimi kimi çalışır. Bu təhsil ocağında fəaliyyət göstərdiyi gündən gözəl insani keyfiyyətlərə malik, daim müəllimləri yeniliyə, yaradıcılığa ruhlandıran məktəbin direktoru Nəbi müəllimin qayğısını və diqqətini kollektivin hər bir müəllimi kimi o da öz üzərimdə hiss edib. Hər zaman bu etimadı döğrultmağa, vəzifəsini məsuliyyətlə yerinə yetirməyə çalışmışdır.
Təsviri incəsənət fənni vasitəsilə şagirdlərin obrazlı, estetik düşünmə bacarığını formalaşdırmağa, milli və ümumbəşəri dəyərlərə hörmət və məhəbbət hissini aşılamağa çalışır. Dərs dediyi şagirdlərdən -  Kərimli Aysel,  İslam Əminə, Hüseynova Alsu, Səfərova Röyalə və digərləri rayon və respublika üzrə keçirilən rəsm üzrə müsabiqə, sərgilərdə yüksək yerlərə layiq görülmüşlər. Artıq 21 ildir ki, fəaliyyət göstərdiyi məktəb-liseydə təsviri incəsənət, musiqi və texnologiya fənn metodbirləşməsinin sədri kimi öz bilik və təcrübəsini həmkarları ilə bölüşür və bu fənlərin tədrisində yeni təlim texnologiyalarının tətbiqi istiqamətində müzakirələr aparır və müəyyən tövsiyələr verir.
Pedaqoji fəaliyyətini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan  innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması üzrə ikinci strateji istiqamətdə qoyulan tələblər əsasında qurmağa çalışır. İxtisası üzrə peşəkarlığını artırmaq məqsədilə müxtəlif təlim kurslarında iştirak etmiş, yeni təlim texnologiyaları və İKT üzrə bilik və bacarığını daha da təkmilləşdirmişdir. “Yeni fənn kurikulumlarının tədris prosesində tətbiqi” üzrə təlim kurslarında təlimçi, Təhsil Nazirliyində “Dərsliklərin qiymətləndirilməsi komissiyası”nda ekspert kimi çalışır. “İbtidai təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” və “ Ümumi orta təhsil səviyyəsində təhsilalanın təsviri incəsənətdən bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri” adlı metodik vəsaitlərin müəllifidir.
Pedaqoji  sahədə əməyi yüksək qiymətləndirilərək 2014-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2016-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

Qazandığı uğurlar onu öz işinə daha da məsuliyyətlə yanaşmağa və gənc nəslin geniş təfəkkürə, dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşması istiqamətində yüksək nəticələr əldə etməyə sövq edir.