пятница, 9 декабря 2016 г.

Mirzəyeva Ağabacı Niftulla qızı

Mirzəyeva Ağabacı Niftulla qızı 40 ilə yaxındır ki, təhsil sahəsində çalışır. Nəsimi rayonu 23 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini, hal-hazırda isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. 1976-1977-ci tədris ilindən Xəzər rayonunun 13 saylı internat məktəbində, 1988-1989-cu tədris ilindən Nəsimi rayonu 9 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2007-2008-ci tədris ilindən qabaqcıl işlərinə görə 23 nömrəli məktəbə direktor müavini seçilmişdir.
Ali kateqoriyalı müəllimdir. İki dəfə "İlin ən yaxşı müəllimi" (1996-1997, 1997-1998), "İlin ən yaxşı pedaqoji mühazirəsi" (1996-1997) qalibi adına layiq görülmüşdür. Müsabiqə qalibi kimi haqqında oçerk çəkilib, tədbirləri televiziya vasitəsilə işıqlandırılıb. Tez-tez təhsilə dair verilişlərdə çıxışları, müsahibələri olub. Nəsimi rayonunun fənn üzrə ştatdankənar metodisti, metodşuranın üzvü, dil komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Şagirdləri dəfələrlə olimpiadalarda, inşa və şeir müsabiqələrində birincilik qazanıblar.
İşlədiyi müddətdən bu günə kimi Fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə, sertifikatlara, təbriknamələrə, Beynəlxalq Diplomlara layiq görülmüşdür. Məsələn: 08-15.12.2015 “Təhsil problemləri” qəzetində “Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir” (F.İbrahimova), “Əsgərə məktub” layihəsində “Xalq-ordu”, “Ordu-xalq” birliyinin möhkəmləndirilməsində fəallığına görə 10 avqust 2016-cı il “Fəxri Fərman”la təltif olunub: 109 №-li hərbi hissənin komandiri general-leytenant Rövşən Əkbərov.
Hər il Heydər Əliyevin doğum və vəfat günlərində məruzələrlə çıxış etmişdir. TQDK-da 1994-cü ildən fəaliyyət göstərmiş, ilk test müəlliflərindən olmuş, seminarlarda iştirak etmiş, ekspert komissiyasının üzvü kimi bunkerdə fəaliyyət göstərmişdir, "Abituriyent" jurnalında fənn üzrə çıxan testlərin müəlliflərindən biri olub. Mətbuatda fənnə dair məqalələri, jurnallarla fəal əməkdaşlığı, rəyçi olduğu elmi-metodik kitablarda adı var.
Vektor Beynəlxalq Elm Mərkəzinin təşəbbüsü ilə "XXI əsr Azərbaycan maarifçiləri" kitabına adı düşüb və Beynəlxalq Diploma layiq görülmüşdür.
Azərbaycan Baş Pedaqoji Kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitutunda elmi-praktik konfranslarda materiallarla çıxış etmişdir.
Pedaqogikaya dair seminar-müşavirədə 2006-2007-ci tədris ilində "Təhsil-təlim pedaqoji prosesin ayrılmaz tərkib hissəsi kimi", "Təlimin formaları" məruzələri ilə çıxış etmiş, interaktiv təlim metodu ilə dediyi dərslər mətbuatda, jurnallarda, kitablarda öz əksini tapıb.
Təcrübəçi tələbələr onun dərs metodu haqqında ürək sözlərini yazıblar.
Keçirdiyi ədəbi-bədii gecələr, ədəbi ekskursiyalar, ədəbi disputlar, oxucu konfransları həm televiziyada, həm də mətbuatda işıqlandırılıb. Məsələn: "Məhəmməd Füzuli-500" ("Can sözdür, əgər bilirsə insan"), "Adım Ələsgərdir, Göyçə mahalım-175", "Dədə Qorqud-1300", “Vahidəm, xəlqimin qəzəl şairi” (Ə.Vahid-100), "M.Şəhriyar-90", "H.Cavid-110", "Ə.Cavad-100", "Söz hər şeydən qiymətlidir", “Söz necə səslənir”, “Azərbaycan dili – Azərbaycan xalqının tarixi qədər qədimdir”, “Milli Qəhrəman Tahir Həsənov”, “Bayraq – qürurumuzdur” mövzularında tədbirlərini keçirmiş, “Təhsilin humanistləşdirilməsi və şagirdlərdə yeni pedaqoji təfəkkürün formalaşmasında müəllim əməyinin rolu və təşkilatçılığı”, “Təhsilin humanistləşməsi baxımından təlimin differensiallaşması, fərdiləşməsi şəraitində, şagird şəxsiyyətinin formalaşmasında müəllimin rolu və şagirdlərdə təlimə məsuliyyət hissinin yüksəlməsi” adlı məruzələrlə çıxış etmişdir.
Hər il 21 Fevral "Beynəlxalq Ana dili" mövzusunda konfranslar, seminarlar, ədəbi-bədii gecələr ("Dilim mənim, qalam mənim" tədbiri) təşkil etmişdir.
İşlədiyi müddətdə bir sıra açıq dərslər vermişdir: M.Füzulinin "Söz", "Məni candan usandırdı" qəzəlləri, C.Cabbarlının "Ana" şeiri, "M.Müşviqin lirikası", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti, X.Rza Ulutürkün "Mənim dilim" şeiri, M.Şəhriyarın “Azərbaycan” şeiri, S.Rəhimovun “Mehman” povesti, “Yeni sözlər (neologizmlər)”, R.Rzanın “Mən torpağam” şeiri, "Qeyri-müəyyən əvəzliklər", "Tamamlığın ifadə vasitələri", "Modal sözlərin məna növləri" və sairəni nümunə göstərmək olar. Bu açıq dərslərin çoxusu mətbuatda işıqlandırılıb.
Aşağıdakı şagirdlər müxtəlif illərdə olimpiada, şeir və inşa müsabiqəsinin qalibləri olub:
Əhmədzadə Elnur (1994) - M.Füzuli "Qəzəl müsabiqəsi"ndə;
Hacıyeva Şəhla (1995) - "Qəzəl müsabiqəsi"ndə;
Məmmədova Səadət (1995) - "Şeir müsabiqəsi"ndə;
Yaqubova Günel Rəfail qızı (1999-2000) - "Mən öz dostuma insan hüquqları haqqında düşüncələrimi yazıram" inşa müsabiqəsində;
Ələsgərova Ruqiyə Namiq qızı (2005-2006) - "Heydər Əliyev heç vaxt unudulmayacaq" inşa müsabiqəsində;
Quliyeva Aybəniz (2005-2006) - "Söz hər şeydən qiymətlidir inşa müsabiqəsində;
Bayramova Afət Arif qızı – “Azərbaycan Xalq Cümhuriyyəti” inşa müsabiqəsində;
Hüseynova Adilə - "Heydər Əliyev qəlbimizdədir" inşa müsabiqəsində;
Əliyeva Natəvan - "Heydər Əliyev və Azərbaycan dili" inşa müsabiqəsində, olimpiadada; 
Əliyev Füzuli – şeir müsabiqəsində, "Ana dili" tədbirində;
Ələsgərova Ruqiyə Namiq qızı - Respublika olimpiadası;
Məmmədova Günel – Respublika olimpiadası;
Mirzəyev İqbal  - olimpiada qalibi və s.
Əliyeva Nuranə - olimpiada qalibi;
Məmmədova Xanım – şeir müsabiqəsinin qalibi;
Fərəcova Nəzrin - şeir müsabiqəsinin qalibi.
Tədris işləri üzrə direktor müavini işlədiyi dövrdə fənn müəllimlərindən: 2007-ci ildə 5 nəfər, 2008-ci ildə 8 nəfər, 2009-cu ildə 6 nəfər, 2010-cu ildə 5 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ağabacı müəllim indi də yorulmaq bilmədən çalışır, gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir.

Комментариев нет:

Отправить комментарий