четверг, 22 февраля 2018 г.

Kərimova Dilşad Ədilağa qızı

Kərimova Dilşad Ədilağa  qızı 1960–cı il avqust ayının 22-də Ucar şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ucar şəhər  1 №-li orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1977-ci ildə ADPİ – nin kimya fakultəsinə qəbul olmuşdur. İnstitutda oxuduğu illərdə də öz bilik və bacarığı ilə fərqlənmişdir. Hələ 1-ci kursda institut üzrə kecirilən stolüstü dama oyunlarında kimya fakultəsini qalib edənlərdən biri olmuş, 2-ci kursda isə Azərbaycan ali məktəbləri tələbələrinin VII Respublika elmi konfransında qazandıgı müvəffəqiyyətə görə ikinci dərəcəli DİPLOM ilə təltif edilmişdir.
1981-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək öz doğma rayonuna qayıtmış və kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.Ucar şəhər 2№li tam orta məktəbdə kimya dərsini tədris edən Dilşad müəllimə daima öz şagirdlərinə kimya fənninin sirlərini öyrətməklə yanaşı öz maraq və bilik dairəsini də genişləndirmişdir.
2008-ci ildə Norvec Təbiəti  Cəmiyyətinin SPARE təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “İstixana qazlarını azalda bilərik “Beynəlxalq müsabiqəsində fəal iştirak etdiyi üçün SERTİFİKAT almışdır.
2011-ci ildə “Öyrədənlərin öyrədilməsi “ proqramı üzrə üç mərhələli təlim kursunu bitirmiş və ona “Öyrədən “ statusu verilmişdir.
2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədət” Təşkilatı tərəfindən  “Yeni ümumi orta təhsil kurikulumu” üzrə  kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almişdir.
2015 –ci il 5 oktyabr tarixində Dilşad müəllimə təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim –tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan respublikası qabaqcıl təhsil işçisi “ döş nişanı ilə təltif olunmuşdur.
Əməyinə verilən yüksək qiymətdən daha da ruhlanan  müəllimə “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim “ müsabiqəsində iştirak etmişdir .
Azərbaycan respublikası prezidentinin  2015-ci il 21 dekabr tarixli sərəncamı ilə Dilşad müəllimə də Ən yaxşı müəllim müsabiqəsinin qaliblərindən biri olmuşdur.
Elə həmin il müəllimənin şagirdlərindən biri Hüseynov Ramil
“İstedadların hazırlığı laboratoriyası” olimpiadasında qızıl medal qazanmışdır.
2016-cı il 4 oktyabrda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dilşad müəllimə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2017–ci ildə müəllimlərin dioqnoqstik qiymətləndirilməsində 55 bal toplamış Dilşad müəllim bundan sonrakı fəaliyyətini də gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyini söyləmişdir. O şagirdlərdən üçü müəllimin öz övladları olmuşdur. Hər biri ali təhsilli və ailəlidirlər.


вторник, 20 февраля 2018 г.

Quliyev Sərdar Ababil oğlu

Quliyev Sərdar Ababil oğlu 1955-ci il aprelin 3-də Bakı şəhərində anadan olmuşam. Azərbaycanlıyam. Evliyəm, 3 övladım var. 1962-1972-ci illərdə Bakı şəhəri, Əhmədli kəndi 64 Saylı orta məktəbdə təhsil almışam.
Bununla yanaşı 1962-ci ildən etibarən o zamanki adı ilə “Yuri Qaqarin” adına Pionerlər Sarayında rəqs dərnəyində Milli Rəqsimizin ecazkar sirrlərini öyrənməyə başlamışam. Burada mənim müəllimim Azərbaycanın Xalq Artisiti Böyükağa Məmmədov olmuşdur.
Orta Məktəbi bitirdikdən bir müddət sonra 1973-cü il 05 Yanvar tarixindən etibarən Azərbaycan Dövlət Filarmoniyası Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas vəzifəsinə işə qəbul olunmuşam.  1974-cü ildə buradan SSRİ ordusuna hərbi xidmətə çağırılmışam. 1976-cı ildə hərbi Xidmətimi başa vurub yenidən doğma Ansamblıma geri dönmüşəm. Burada 20 il yorulmadan, sevərək və yaşayaraq rəqqas-solist kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində Böyük Azərbaycan Mədəniyyətinin, onun parlaq hissəsi olan Milli Rəqsimizin yaşadılıb inkişaf etdirilməsi işində aktiv şəkildə iştirak etməyə çalışmışam. Beləki, Milli Rəqsimizi Dünyanın 30-dan çox Ölkəsində yüksək səviyyədə və Şərəflə tərənnüm etmək xoşbəxtliyi mənə nəsib olmuşdur.
Əmək fəaliyyətimlə yanaşı mən nəzəri biliklərimi də inkişaf etdirmək istiqamətində hər zaman öz üzərimdə çalışmışam. Bu səbəbdən də 1985-ci ildə Mirzəağa Əliyev adına İncəsənət İnstitutuna daxilmuş və 1989-cu ildə oranı uğurla bitirmişəm.
1993-cü ildə aktiv rəqqas fəliyyətimi başa vurduqdan sonra bu dəyərli vaxt ərzində Milli Rəqsimizlə əlaqədar topladığım bilik və bacarığımı gələcək nəsillərimizə ötürmək tələbatını öz daxilimdə güclü şəkildə hiss etməyə başladım. Beləcə elə həmin ildən etibarən Süleyman Ələsgərov adına Bakı şəhəri 1 Saylı Uşaq İncəsənət məktəbində Milli Rəqs müəllimi vəzifəsində  işə başladım və bu günə qədər də bu doğma Məktəbimdə çalışıram. Onu da qeyd edim ki, mənə qədər bu Məktəbdə Rəqs bölümü ümumiyyətlə yox idi. Bu da məni son dərəcə sevindirdi ki, bu bölümü yaratmaqla kiçicik də olsa həqiqətən Milli Rəqsimizin gələcək nəsillərimizə ötürülməsi işindəki Şərəfli fəaliyyətə başlamış oldum. Vaxt keçdikcə artıq formalaşan və püxtələşən tələbələrimin ortaya çıxmasını müşahidə etmək məni həddən artıq xürrəm ediridi. Pedoqoq kimi çalışdığım 25 il ərzində 100-lərlə tələbə Milli Rəqs bölümündən məktəbi bitirmişdir. 10 tələbəm hazırda Azərbaycan Dövlət Filarmoniyasında aktiv rəqqas kimi əmək fəaliyyəti göstərir. Onlardan Elnur Süleymanov Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Bundan əlavə 3 tələbəm də hazırda Respublika Xoreoqrafiya Akademiyasında təhsil almaqdadır.
Bununla yanaşı pedoqoji fəaliyyətimi daha da genişləndirmək fikri məni hər zaman düşündürürdü. Bunun nəticəsi kimi də 1994-cü ildə  Məktəbin nəzdində “Çovqan” Rəqs Ansablını yaratdım. Bu Ansabl yarandığı dövrdən başlayaraq bu günümüzə qədər Dövlət tərəfindən təşkil edilən bir çox bayram tədbirlərində mütəmadi olaraq aktiv şəkildə iştirak etməkdədir. Eynən mənim Özüm kimi doğma balam “Çovqan” Rəqs Ansablı da Türkiyə, Gürcüstan, Rusiya, Türkmənistan və s. kimi Dünyanın bir çox Ölkələrində Azərbaycanımızı, Onun Böyük Mədəniyyətinin ecazkar hissəsi olan Milli Rəqsimizi şərəflə və yüksək səviyyədə təmsil etmiş və bu ölkələrdə keçirilən Beynəlxalq Festivalların Laureatı adına layiq görülmüşdür. Bununla yanaşı çox hörmətli Mədəniyyət və Turizm Nazirimiz Əbülfəz Qarayev cənabları tərəfindən “Çovqan” Rəqs Ansablı Fəxri Fərmanla təltif edilmişdir.
Əlbəttə qarşılıqsız şəkildə, sırf Milli Mədəniyyətimizə olan sonsuz Sevgiyə əsaslanan şərəfli pedoqoji fəaliyyətim Mədəniyyətimizin Rəhbərliyi və doğma Məktəbimin rəhbərliyi tərəfindən də daima diqqətdə saxlanılmışdır.  Beləki, Mən Məktəbimizdə yaradılan Xoreoqrafiya şöbəsinin müdiri vəzifəsinə layiq görülmüşəm. Hazırda da pedoqoji fəaliyyətimlə yanaşı bu şərəfli vəzifəni də layiqincə yerinə yetirməyə çalışıram. Bununla yanaşı Dövlətimiz tərəfindən 2009-cu ildə İlin Ən Yaxşı Müəllimi Fəxri Adına layiq görülmüşəm. Bundan əlavə ən müxtəlif instansiyalar tərəfindən Diplom, Fəxri Fərman və pul mükafatları ilə təltif olunmuşam. Bir maraqlı faktı da qeyd edim ki, pedoqoji fəaliyyətim müddəti ərzində Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin indiyə qədər çalışmış bütün Rəhbərlərinin Diplom və Fəxri Fərmanlarına layiq görülmək şərəfinə nail olmuşam.

Sonda onu bildirmək istərdim ki, aldığım bu böyük və dəyərli qiymətlər Məni daha da əzmlə və əməksevərliliklə Milli Mədəniyyətimizin gələcək nəsillərimizə ötürülməsi Müqəddəs və Şərəfli işini yerinə yetirməyə həvəsləndirəcəkdir. 

понедельник, 19 февраля 2018 г.

Abbasova Təranə Fikrət qızı

Abbasova Təranə Fikrət qızı 13.06.1966 tarixində Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı şəhərinin Nərimanov rayonunun 45№li məktəbinin birinci sinfinə qəbul olur  və  1983-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirir.
1970-1980-ci illərdə dahi rəhbər H.Əliyevin təşəbbüsü və qayğısı ilə respublikamız öz hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olmuşdur. Minlərlə gənc respublikadan kənardakı tanınmış ali məktəblərə təhsil almağa göndərilmişdir. 
Azərbaycanlı gənclər SSRİ-nin 170-dən çox ən məşhur ali məktəblərində təhsil alır. Bu gənclərin arasında Abbasova Təranə də var idi. O,  Rostov Dövlət Universitetinin filologiya fakultəsinə daxil olur. 1988-ci ildə ali məktəbi uğurla bitirdikdən sonar, gənc kadr kimi yaşayış yerinə uyğun, yəni Nərimanov rayonunun 66№li (hal-hazırda “Tərəqqi” liseyi) məktəbində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmağa başlayır. Çalışdığı illərdə uğurlarına görə liseyin müdiriyyeti, 2008-ci və 2015-ci illərdə isə Təhsil Nazirliyi tərəfinden diplomlar ilə təltif olunur. Yeni innovativ metodların təhsildə tətbiqi üzrə iştirak etdiyi təlim kurslarının ,I Beynəlxalq PR forumunun sertifikatlarını alıb.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 
Hazırda “Zəka” və “Kaspi” kurslarında da çalışır.