четверг, 8 декабря 2016 г.

Şamilova Vəfa Teymurxan qızı

Şamilova Vəfa Teymurxan qızı 12 yanvar 1982-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1988-1989-cu tədris ilində Şəki şəhər 14 saylı məktəbin I sinfinə daxil olmuşdur. 1996-1997-ci tədris ilindən etibarən Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təhsilini davam etdirmişdir. Məktəb illərində müəllimlər onu daim yeni biliklər əldə etməyə can atan və bildiklərini təkmilləşdirməklə məşğul olan bir şagird kimi tanımışlar.
2000-2001-ci tədris ilində öz qarşısına qoyduğu dəyərli məqsədlərindən birinə çataraq, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 2004-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq universitetin biologiya fakültəsi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Həmçinin Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Mikologiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş, magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur. Magistraturanı bitirdikdən sonra ona fakültədə qalıb işləmək təklif edilsə də, o, gənc nəslin təhsili ilə məşğul olmağı üstün tutaraq orta məktəbdə işləməyi vacib hesab etmişdir. 2007-2008-ci tədris ilində müəllim kimi fəaliyyətə başlayan gənc müəllimə - Vəfa Şamilova hazırda ERA tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Dərs dediyi bu illər ərzində gənc müəllimə peşəkarlığı, öz ixtisasına dərindən yiyələnməsi ilə fərqlənmiş, şagirdlərinin məhəbbətini qazanmışdır.
2013-cü ildə Azərbaycan Respublikası "Azad Müəllimlər Birliyi"nin həyata keçirdiyi "Yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim" proqramı  üzrə I dərəcəli sertifikata layiq görülmüşdür.
Vəfa Şamilova daima çevrəsinə, öhdəsinə götürdüyü işə məsuliyyətlə yanaşır. Yeniliklərə can atır, yenilik yaratmağa təşəbbüs göstərir.
Tələbəlik illərində universitetin ictimai-siyasi həyatında fəal işrirak edərək, 2013-cü ildən "Yeni Azərbaycan Partiyası" nın üzvlüyünə daxil edilmişdir.

2006-cı il 28-29 aprel tarixində keçirilmiş "Biologiya elmi nailiyyətləri" mövzusunda Respublika elmi konfransının iştirakçısı olmuş və öz elmi məqaləsi ilə çıxış etmişdir.

Комментариев нет:

Отправить комментарий