вторник, 14 марта 2017 г.

Vəliyeva Dürdanə Aydın qızı

Vəliyeva Dürdanə Aydın qızı 1973-cü il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Dürdanə xanım 2009-cu ildən Bakı şəhəri Nəsimi rayonu 54 №-li məktəbdə informatika üzrə laborant, 2011-ci ildən isə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə yüksək peşəkarlıq səviyyəsi ilə həmişə pedaqoji kollektiv arasında fərqlənmişdir.
Dürdanə xanım dərslərini təhsil islahatlarının qoyduğu tələblərə uyğun olaraq qurmağı bacaran, dərslərində fəal təlim metodlarından istifadə etməyə üstünlük verən, daim yenilik axtarışında olan yaradıcı müəllimdir. O, ibtidai siniflər üzrə metodbirləşmə sədridir. Bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Öz bilik və bacarıqlarını hamı ilə bölüşür. Azərbaycan Milli Təhsil sistemində gedən dəyişiklikləri daim diqqət mərkəzində saxlayır və dərslərini milli, bəşəri dəyərlər üzərində qurmağa çalışır. O, istedadlı uşaqların üzə çıxması və onların inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq çalışır. Peşəkarlıq səviyyəsini artırmaq üçün Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş bir sıra innovativ təlim kurslarının və treninqlərinin iştirakçısı olmuşdur.
O, 2007-ci ildə The Certificate of MERİDİAN-İK Foreign Language courses and Computer, 2011-ci illərdə isə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə aid “Mədət”, “MİMİO” İnteractive Teaching Technologies, Edu Soft tədris mərkəzinin kompyuter üzrə təlim, Fəal təlim strategiyasının tətbiqi ilə “İRS” müəllif, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən “Yeni fənn kurikumları” İxtisasartırma kimi kursları bitirmişdir.
Dürdanə müəllim bununla kifayətlənməyib. O, öz üzərində işləməyi davam edərək 2012-ci ildə Estern Mediterrean Universty “Mobile Curriculum 2012”, “İnnovative Teachers NETWORK Flash для продолжающих” təlim kurslarını da bitirmişdir.
2011-ci ildə Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə iştirak etmişdir. Fəal iştirakına görə Qadınlar Bələdiyyələrinin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən 20 may 2011-ci ildə fəxri fərmanla təltif edilmişdir.
UNİCEF-in maliyyə dəstəyilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn -Müəllim - Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda iştirakına görə 2011-ci ildə sertifikatla təltif edilmişdir.
3-6 iyul 2011-ci ildə Azərbaycan Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova və Polşada Valideyn - Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı 4 günlük təlim və beynəlxalq konfransda müvəffəqiyyətlə iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Dürdanə xanım həmçinin müxtəlif məqalələrlə mətbuatda və elektron dərslə internet səhifəsində də iştirak etmişdir. O, 28.08.2012-ci ildə “Единицы времени. Час” elektron dərsi «Мир предметика» saytında 7 gün ərzində nümayiş etdirmişdir.
Mətbuatda da öz fikirlərini həmkarları ilə bölüşərək “Təhsil problemləri “qəzetində ayrı-ayrı vaxtlarda məqalələrlə:
1. № 71-71. 24-30 sentyabr 2012-ci il “Yeni təlim sisteminə baxış”
2. №73-74. 01-07 oktyabr 2012-ci il “Mən nədən başlamalıyam” çıxış etmişdir.
Hər iki məqalədə müasir təhsil sisteminin üstün cəhətləriniə diqqət yetirərək öz fikirlərini təqdim etmişdir. Bundan başqa respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
O, 2012 ci ildə “Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin xarici dil üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə ”UNİKAL-1” MMC-nin İnformatika fənni üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə “UNİKAL-1” MMC-nin Həyat bilgisi fənni üzrə “Öyrədənlərin öyrədəni” təlim kurslarını bitirmişdir.
Bundan başqa Dürdanə xanım 2012/2015-ci illərdə Təhsil Nazirliyinin xəttilə müəllimlərin kurikulum üzrə bilgiləndirilməsi üçün Azərbaycanın bir çox şəhər və rayonlarında təlimçi kimi işləmişdir. Təlim müddətində təlimçi kimi fəaliyyət göstərdiyi şəhər və rayonlardan məktəb müdiriyyətinə, Bakı şəhər Baş Təhsil İdarəsinə müxtəlif təşəkkür məktubları ünvanlanmışdır. Təlimçi kimi fəaliyyətinə görə Gəncə, Samux, Füzuli rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. O, təlimlər bitdikdən sonra da məktəbdə dərs deyən və çətinlik çəkən müəllimlərə öz yardımını göstərməkdən çəkinməmişdir.

2014-cü ildə SMART təlim kursunu, 2015-ci ildə UNİSEF tərəfindən aparılan “POTENSİAL MƏKTƏB DİREKTORLARI” təlim kursunu, 2016-cı ildə HBƏT təlim kursunu, 2017-ci ildə “Öyrən. Öyrət. Dəyiş” devizi altında keçirilən Təhsil İşçilərinin Peşəkar İnkişafı təlim kursunu da müvəffəqiyyətlə başa vurmuşdur.

воскресенье, 12 марта 2017 г.

Abdinova Aytən Fikrət qızı

Abdinova Aytən Fikrət qızı 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Gəncə şəhərindəki M. Qorki adına orta məktəbin I sinfinə daxil olmuşdur. Həmin məktəbdə yaxşı oxumaqla yanaşı, şahmat dərnəyinə gedirdi və yaxşı nəticələr göstərdiyinə görə Gəncə şəhərinin şahmat klubunda keçirilən müsabiqələrdə iştirak edirdi. Əla qiymətlərlə oxuduğuna və müxtəlif müsabiqələrdə fəal iştirak etdiyinə görə 1986-ci ildə “Artek” Beynəlxalq pioner düşərgəsinə göndərilmişdir. Orada qaldığı müddətdə özünü əsl Azərbaycan vətəndaşı kimi göstərmiş,millətlərarası əlaqələri daha da yaxşılaşdırmağa çalışmışdır.
1990-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsinə daxil olub. Universitetdə oxuduğu müddətdə dövlət tədbirlərində, televiziyada ingilis dilində keçirilən proqramlarda fəal iştirak etmişdir. Bununla yanaşı uşaq psixoloqiyası ilə dərin maraqlanıb və iki illik fars dili kusrlarını bitirib. Psixoloiyaya aid şəhərdə keçirilən bütün seminarlarda və treninglərdə fəal iştirak etməyə çalışıb. Universitetin qrammatika və ölkəşunaslıq kafedralarında işləyib.
1997-ci ildə “World Vision” xarici şirkətində tərcüməçi vəzifəsində işə başlamışdır. Şirkətdə işlədiyi müddətdə ingilis və fars dillərində müxtəlif seminarlarda iştirak etmişdir.
1999-cu ildən N.Tusi adına Gimnaziyada çalışmağa başlayıb. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, ingilis dilində səhnəciklər qoyur, açıq dərslər keçirir. Həm rus, həm azərbaycan bölmələrində ingilis dilindən dərslər aparır. Onun şagirdləri dünyanın müxtəlif güşalərində təhsil alırlar.

Hazırda N. Tusi adına gimnaziyada fəaliyyətini davam etdirir.

среда, 1 марта 2017 г.

Əhmədova Nailə Namaz qızı

Əhmədova Nailə Namaz qızı bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan təhsilinin inkişafına sərf etmişdir. Pedaqoji fəaliyyətinə 1976-cı ildən H. Cavid adına 132 nömrəli məktəbdə başlayan Nailə müəllimə əvvəlcə riyaziyyat-informatika, 2000-ci ildən isə iqtisadiyyat müəllimi kimi çalışmışdır. Sönməz həvəsi, tükənməz enerjisi, şagirdlərinə qarşı sevgi və diqqəti Nailə müəlliməni bütün kollektivin sevimlisinə çevirmişdir.
Nailə müəllimə tədrisin ən müasir metodlarından məharətlə istifadə edən, istedadlı şagirdləri üzə çıxararaq, onları düzgün istiqamətləndirməyi bacaran müəllimdir. Məhz bu fədakar əməyin nəticəsidir ki, məktəbimizin şagirdləri müxtəlif səpkili respublika miqyaslı iqtisadiyyat olimpiadalarının, müsabiqələrin, yarışların qalibi olmuşlar.
Belə ki, 132 nömrəli məktəbimin şagirdləri 2002-ci ildən start götürən “JAA” (Azərbaycan Gənclərinin Nailiyyətləri) QHT-nın dəstəyi ilə keçirilən “Tətbiqi iqtisadiyyat” olimpiadasında ən yüksək nəticələr əldə etməklə 5 dəfə Respublika turunda 1-ci yerə layiq görülmüşlər. Nailə müəllimənin şagirdləri iqtisadiyyat üzrə ayrı-ayrı illərdə keçirilən digər ”Biznes-plan” müsabiqəsində , ”Biznes-etika” yarışının qalibi olmuşlar.
Bakı Şəhəri üzrəTəhsil İdasəsinin keçirdiyi “Azərbaycan-dünyam mənim” müsabiqəsində 132 nömrəli məktəbin şagirdi Məlikbəyli Elnurun elmi işi 1-ci yerə layiq görülmüşdür. Nailə müəllimənin şagirdləri Haşımzadə Cavid və Süleymanov İnqilab Azərbaycan Futuroloqlar Cəmiyyətinin xətti ilə keçirilən “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” IV inşa yazı müsabiqəsinə təqdim olunmuş iqtisadi məzmunlu iki yazı işinin hər ikisi birincilik qazanmışdır.
Bütün bu uğurların nəticəsi kimi məktəbimizin şagirdləri 2002-ci ildən başlayaraq hər il ON LİNE ilə keçirilən Beynəlxalq HPGBC Olimpiadasının iştirakçısı olmaq hüququnu qazanmışlar. Şagirdlərimizin Beynəlxalq Olimpiadada müntəzəm iştirakı da öz bəhrəsini vermişdir. 2004-cü ildə ölkəmizin tarixində ilk dəfə məktəbimizin şagirdi Babayev Şaiq Nailə müəllimə ilə bərabər ABŞ-da keçirilən Beynəlxalq Olimpiadanın final mərhələsinə vəsiqə qazanmış və Hyustonda Azərbaycanı layiqli təmsil etmişdir. Nailə müəllimə təkcə bizim məktəbin deyil, bütün Bakı məktəblilərini Beynəlxalq müsabiqələrə hazırlayan məşqçi kimi fəaliyyət göstərmişdir. Hələ 95 nömrəli məktəbin şagirdi ikən məşqçisi olduğu İsmayılov Azər isə 2007-ci ildə Neft Akademiyasının tələbəsi kimi Praqada keçirilən Beynəlxalq Olimpiadada 1-ci yerə layiq görülmüşdür.
Nailə müəllimənin məktəbimizdən kənar fəaliyyəti də çox genişdir. O, dövlət və QHT-lərin xətti ilə iqtisadiyyat sahəsində yorulmadan çalışır. O, 2002-ci ildə JAA qeyri-hökümət təşkilatını Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Trenerlərin hazırlığı” kursunumüvəffəqiyyətlə bitirməklə iqtisadiyyat müəllimlərini yetişdirməyə hüquq verən sertifikat qazanmış və bu sertifikatla Bakıda və Azərbaycanın digər regionlarında: Şamaxıda, Astarada, Qusarda, Nabranda keçirilən seminarlarda dərs deyərək 500-dən artıq iqtisadiyyat müəllimi yetişdirmişdir. Mütamadi olaraq Bakı məktəblərinin müəllimlərinin dərslərini dinləmiş, monitorinqlər aparmış, öz məsləhətləri ilə onlara yardımçı olmuşdur
Nailə müəllimə təlimçi kimi “Junior Achievement Azerbaijan” QHT-nin təşkil etdiyi Qafqaz Universiteti, Azərbaycan Neft Akademiyası və İqtisad Universitetinin sonuncu kurs əlaçı tələbələri ilə keçirilən “ İşə hazırlıq ” və “Biznes etika ” layihələrində gənclərimizə biznes və əməkdaşlıq sahəsində vəsiqə vermişdir.
Nailə müəllimə artıq üçüncü ildir ki, doğma 132 nömrəli məktəb ilə yanaşı 5 il Akademik Zərifə Əliyeva adına məktəbdə də müəllim kimi fəaliyyət göstərmişdir.
Nailə müəllimənin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüşdür. Nailə xanım 2 dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur (2008 və 2013-cü illər). Bir neçə dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. Respublikamızın görkəmli pedaqoqu, prezident təqaüdçüsü, əməkdar müəllim Aliyə Təhmasib onun haqqında “Sənətinin vurğunu müəllim” adlı kitab yazmışdır.
Nailə Əhmədova 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” müsabiqəsində iştirak etmiş və təlim kurslarını müvəffəqiyyətlə başa vuraraq sertifikata layiq görülmüşdür.
Təhsil Nazirliyi Nailə Əhmədovanın Azərbaycan təhsilində xidmətlərini və “BU GÜNÜN VƏ SABAHIN DİREKTORLARI” sertifikatına layiq olduğunu nəzərə alaraq, Nailə müəlliməni 2014-cü ildə Səbail rayonu 203 nömrəli məktəbə direktor təyin etmişdir. Nailə xanım direktor olduğu 203 nömrəli məktəbdə eyni zamanda iqtisadiyyat fənnini də tədris edir və bu sahədə yeni nailiyyətlər əldə edir. Belə ki, Nailə müəllimənin şagirdi Nurəddin keçən il H. Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Slavyan Universitetində keçirilən müsabiqədə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda elmi məruzəsi müsabiqənin diplomuna layiq görülmüşdür. Nailə müəllimin şagirdi Teymurov Aydın Xaqan oğlu “GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” VI inşa yazı müsabiqəsində “Cəmiyyətdə mülkiyyətlə bağlı təbəqələşmə” mövzusunda II yerə layiq görülmüşdür.