пятница, 25 ноября 2016 г.

Bədəlova Yeganə Firdovsi qızı

Bədəlova Yeganə Firdovsi qızı 1956-cı il sentyabrın 7-də Bərdə şəhərində anadan olmuşdur.
1963-1973-cü illrdə Bərdə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. Həmçinin 1967-1973-cü illərdə Bərdə şəhər 7 illik musiqi məktəbinin fortepiano şöbəsində musiqi təhsilinə yiyələnmişdi.
İlk pedaqoji fəaliyyətə 1973-cü ildə Uşaq bağçası-körpələr evində musiqi tərbiyəçisi vəzifəsində başlamışdır.
1976-cı ildə Xankəndi (keçmiş Stepanakert) Dövlət Pedaqoji İnsititutun Tarix-ictimaiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1981-ci ildə ali təhsili müvəffəqiyyətlə başa vurmuşdur.
1979-1981-ci ildə Bərdə şəhər 4 saylı orta məktəbdə tarix-ictimayyət müəllimi vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə bağlı 1981-ci ildə Mingəçevir şəhərinə köçmüşdür.
Yeganə xanım 1984-1987-ci illərdə Mingəçevir şəhər 39 saylı Peşə Məktəbində çalışıb. 1987-ci ildən isə Mingəçevir şəhər 10 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. 40 illik fəaliyyəti dövründə daim məktəb rəhbərliyi, Təhsil Şöbəsi və digər təşkilatlar tərəfindən fəxri fərman, diplom və əmək kitabçasına yazılmaqla təşəkkürnamə ilə mükafatlandırılmışdır.
2003-cü ildə Açıq Cəmiyyət İnsititutu - Yardım Fondu “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyi tərəfindən “ATMİB-in interaktiv təlimi yayan təlimatçısı” sertifikatına layiq görülmüşdü.
2005-ci ildə Təhsil Nazirliyinin xəttilə təşkil edilən “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının iqtisadiyyat fənni üzrə treninq kursunda iqtisadiyyata giriş fənnini tədris etmək hüququ qazanmışdır.
2014-cü ildə “Qəhrəmanlar Unudulmur” İctimai Birliyi tərəfindən fəxri diplomla təltif edilmişdir.
2015-ci ildə “Əsrin ziyalıları” İctimai Birliyi tərəfindən “Əsrin ziyalısı - ilin ən yaxşı müəllimi” medalı və fəxri diplomuna layiq görülmüşdür. Həmin ildə “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” adlı kitabda fəaliyyəti işıqlandırılmışdır.
Təhsil Nazirliyi tərəfindən təşkil edilən fənn olimpialarında iştirak edən şagirdlərin içərisində müəllimin də yetirmələri uğur qazananların sırasında olmuşdur.
Yeganə xanım 2003-2016-cı illərdə təşkil edilən yeni təlim metodları və kurikulum üzrə kurslar, treninqlərdə iştirak etmiş, I dərəcəli diplom və sertifikatlarla təlimləri başa vurmuşdur.
Şəhər mətbuatında, konfrans və tədbirlərdə məqalə və məruzələrlə çıxış edir, vətəndaş cəmiyyəti quruculuğunda bütün qüvvə və bacarığını sərf etməklə vəzifə borcunu layiqincə yerinə yetirir.
2001-ci ildə yaranan, əvvəl “Şagird Elmi Cəmiyyəti”, 2009-cu ildən “Kiçik Akademiya” kimi adlandırılan təşkilatın rəhbəri kimi istedadlı şagirdlərin aşkara çıxarılması və onların düzgün istiqamətləndirilməsində xeyli zəhməti olmuşdur.
İKT-və interaktiv təlim metoduna əsaslanan dərslərin təşkilində müəllimə daim axtarışlar aparır, məntiqə və təfəkkürə yiyələnən şagirdlərin hərtərəfli inkişafına çalışır.
2014-cü ilin sentyabrında Təhsil Nazirliyi İxtisasartırma təhsili haqqında kursda imtahan verərək I dərəcəli sertifikat almışdır.
Müəllimin metoduna və fənninə marağın artmasına məhz şagirdlərə şəxsiyyət kimi yanaşması, onların ən kiçik yaşlarında cəmiyyətə hazırlamağıdır. Ali məktəblərə yüksək balla qəbul olunan məzunların nailiyyətlərində digər fənn müəllimləri ilə bərabər onun da xeyli zəhməti var.
2015-ci ildə “İlin ən yaxşı məktəbi” kimi Təhsil Nazirliyi tərəfindən layiq görülən məktəbin müəllimlərini zəhməti bir daha göz önündədir. Müəlliməyə və onun tədris etidyi fənnə olan marağın çox olmasının nəticəsidir ki, bu peşəyə sahib olmaq istəyən şagirdlərin sayı durmadan artır.
2016-cı ildə AzETA-nın - Azərbaycan İngilis dili Müəllimlər birliyinin (Azerbaijan English Teachers Association) üzvüdür.

Hər il təşkil etdiyi açıq dərslərində yenilik axtarışında olduğunu bir daha göstərir. Müəllimənin ən böyük amalı xalqına, dövlətinə sadiq və vətənpərvər şəxsiyyət yetişdirməkdir. 

Комментариев нет:

Отправить комментарий