среда, 17 января 2018 г.

Nəsibova Turanə Mustafa qızı


Nəsibova Turanə Mustafa qızı 4 fevral 1987-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Bakalavr təhsilini ingilis-dili filologiyasi üzrə Azərbaycan Kooperasiya Universitetində almışdır. 2010/2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə (MBA) magistratura dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. Öz karyerasını Beynəlxalq məktəblərin birində başlamışdır. Hazırda Bakı Modern Məktəbinin ingilis departamentində ibtidai sinif rəhbəri vəzifəsində çalışır. Müəlliməlik etdiyi illərdə Turanə xanım öz üzərində çalışmış və bir çox uğurlar qazanmışdır.
2009 və 2014-cü illərdə “21-ci əsr” BTİM mərkəzində müəllimlər üçün ingilis dili və texnologiya fənni üzrə kreativ metodlarla fənnin tədrisi mövzusunda müəllimlər üçün təlim keçmişdir. 2009-cu ildə İngilis dili fənni ilə yanaşı Alman dilinə də həvəsi olduğu üçün Bell Baku Beynəlxalq tədris mərkəzində Alman dilini uğurla bitirmişdir. Həmin ili TOEFL IBT üzrə Very Good User dərəcəsi almışdır. 2011 və 2014-cü illərdə Kembric Universitetinin müəllimlər üçün təşkil etdiyi TKT imatahnının Modul 2 və Modul 3 səviyyələrini uğurla bitirmişdir. 2011-ci ildə British Councilin təşkil etdiyi Primary Essentials onlayn treyninqində Fərqlənmə Statusu almışdır. 2013 -cü ildə Kiprdə İngilis dili müəllimlərinin Kurrikulum üzrə inkişafı və İKT bacarıqlarının inkişaf etdirilməsi haqqında Şərqi Aralıq Dənizi Universitetindətreyninqi uğurla başa vurmuşdur. 2013-2015 -ci illərdə Bakı Modern Məktəbinin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Elə həmin ili məktəbin “Ən yaxşı müəllim” müsabiqəsində IV yer qalibi olmuşdur. 2014-2015 ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Microsoft British Council, Mədəd Azərbaycan-ın təşkil etdiyi müəllimlər üçün treyninqdə iştirak etmiş və “İntel - Gələcək üçün təhsil” sertifikatı ilə mükafatlandırımışdır. Həmin ili IELTS testindən yüksək nəticə yığmaqla, ingilis diliniyüksək səviyyədə bilməyi bir daha təsdiqləmişdir. 2015 ci ildə Bakı Modern Məktəbində standartlara uyğun dərs demə metodikasi və Apple Learning Event ASBIS treyninqində uğurla iştirak etmişdir. Həmin iliADA Universitetində təşkil olunmuş Təhsildə 4K bacarıqları haqqında təlimdə iştirak etmişdir. 2016-ci ildə Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutun təşkil etdiyi Respublika Elmi Konfrasında Məqalə ilə çıxış etmişdir. 2016-cı ildəsinfin bloqunu yaratmışdır. Bloqla tanış olmaq üçün bu linkdən http://turanamustafagizi. wix. com/nasibova istifadə edə bilərsiniz. Həmin il “Dostluq debatı” təşkil etdiyi məktəbin qəzet tərtibatında iştirak etdiyivə şagirdlər üçün “Yemək kitabı” tərtib etdiyi üçüntəşəkkürnamə ilə təltif edilmişdir.
2016-cı ildən etibarən yardım məqsədi ilə http://freerice. com/ “World Food Programme” iştirak etmiş və kömək məqsədi ilə toplanmış vəsaiti ehtiyacı olanlara yönləndirmişdir.
2016-ci ilin fevral ayında İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda təlim keçmişdir. Hazırda ingilis dili müəllimləri üçün “Təhsil, Tədris və Əməkdaşlıq” mövzusunda HARVARD universiteti tərəfindən təşkil olunmuş onlayn treninqdə iştirak edir. Turanə Nəsibova həqiqətən öz işini çox sevən peşəkar bir müəllimdir.

Комментариев нет:

Отправить комментарий