четверг, 24 ноября 2016 г.

Aydəmirova Gövhər Zabit qızı

Aydəmirova Gövhər Zabit qızı 1978-ci ilin dekabrın 20-də Rusiya Federasiyasının Rostov vilayətinin Şaxta şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1985-ci ildə Bakı şəhər Səbail rayonundakı 190 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1995-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə oxuduğu vaxt məktəbdaxili tədbirlərdə fəal iştirak etmişdir.
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin Coğrafiya fakültəsinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir. Ali məktəbdə oxuduğu dövrdə TEC-nin fəal üzvlərindən biri olmuş və fakültə tədbirlərinin aparıcı tələbələrindən olmuşdur.
Müəllimlik fəaliyyətinə 1999-cu il oktyabrın 1-dən Bakının Yasamal rayonundakı 199 saylı məktəbdə başlamış, sonra köçürülmə yolu ilə fəaliyyətini yaxınlıqda yerləşən 150 saylı orta məktəbdə davam etmişdir. Hazırda işlədiyi məktəbin adı ləğv edilərək 6 saylı məktəb-liseyin II korpusu kimi fəaliyyətini davam etdirir.
2000/2001-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Eyni zamanda saathesabı Texniki Humanitar liseydə, Ə. Əzimzadə adına Rəssamlıq Kollecində, Qərb Universiteti orta məktəbində də müəllim kimi çalışmışdır.
2006/2007-ci ildə Bakı Yenidənhazırlanma və İxtisasartırma İnstitutunun Tarix fakültəsində təhsil almışdır. 2007/2009-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin landşaftşünaslıq ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildə rəhbərlik etdiyi sinif məzun olmuşdur və həmin ildə kurikulum kursunu müvəffəqiyyətlə başa vuraraq I dərəcə almışdır. Diaqnostik qiymətləndirmədən ixtisas üzrə 39 bal toplamışdır.
Fəal təlimlə bağlı bir çox treninq və kurslarda iştirak etmiş və sertifikatlar almışdır. Dəfələrlə yeni təlim metodlarına əsaslanan açıq dərslər vermişdir. Uzun illərdir ki, fənn metodbirləşməsinin sədridir. İşlədiyi müddətdə istər məktəb rəhbərliyinin, istər müəllim kollektivinin, istərsə də dərs dediyi şagirdlərin sevimlisinə çevrilmişdir. Öz şagirdlərinə ana qayğısı göstərməklə yanaşı, onların vətənə layiqli övladlar yetişməsi uğrunda səylə çalışır.

Hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Meteorologiya və iqlimşünaslıq” istiqaməti üzrə doktoranturasının III kurs tələbəsidir.

Комментариев нет:

Отправить комментарий