понедельник, 1 мая 2017 г.

Sədaqət Hikmət qızı Əliyeva

Sədaqət Hikmət qızı Əliyeva 1957-ci il fevralın 25-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Yasamal rayonundakı 225 nömrəli orta məktəbdə aldıqdan sonra, sənədlərini Azərbaycan Pedoqoji İnstitutuna vermiş, qəbul olmuş və 1980-ci ildə bu təhsil ocağını əla qiymətlərlə bitirmişdir. Gənc kadr kimi ilk pedoqoji fəaliyyətinə 15 nömrəli orta məktəbdən başlamışdır. Hazırda Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərir.
Fəaliyyəti dövründə çoxlu sayda diplomlarla təltif edilən Sədaqət xanım 2013-cü ilin noyabr ayında Təhsil Mərkəzinin “XXI əsrin ziyalıları” Cəmiyyəti ilə birgə təsis etdiyi “Qabaqcıl müəllim” fəxri diplomuna layiq görülmüşdür.
2002-ci ildə Təhsil Nazirliyi və Bakı səhər Nəsimi rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla, Norveç  Qaçqınlar Şürası tərəfindən sertifikatla təltif edilib. 2006-ci ildə Qərb Universitetinin nəzdində orta məktəbin  ictimai həyatında iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan  Respublikası Təhsil Nazirliyi və "Mədət" təşkilatı tərəfindən “Müəllimlərin Peşəkarliq Səviyyəsinin Təkmilləşdirilmasi” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat ilə təltif edilib.
2011-ci ildə “Yeni fənn kurikulumları” təlimini 1-ci dərəcə ilə bitirməsi munasibətilə sertifikat verilmişdir.
2016-ci ildə BSU məktəb-lisey kompleksi tərəfindən səmərəli əmək faaliyyətinə, şagird məhəbbətini və pedaqoji  kollektivin hörmətini qazandığına görə təşəkkürnamə ilə təltif olunmuşdur.

Sədaqət xanımın pedaqoji fəalyyati  haqqinda “Şərqin Səsi” qəzetində məqalə dərc olunmuşdur.