Kərimxanova Telli Telman qızı 2 iyun 1977-ci
ildə Yevlax şəhərində anadan olub. 1994-cü ildə N. Tusi adına APU-nun Pedaqogika
və ibtidai təhsil metodikası fakültəsinə qəbul oub. 1999-cu ildə təhsilini başa
vuraraq Pedaqogika və ibtidai təhsil metodikası ixtisasına yiyələnib. Lakin riyaziyyata
olan sevgisi ona ikinci təhsil almasına səbəb olur. 2005-ci ildə Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Riyaziyyat və
İnformatika müəllimi ixtisasına yiyələnir və Yevlax şəhər Səməd Vurğun adına 5
saylı tam orta məktəbdə işini riyaziyyat müəllimi kimi davam etdirir. Riyaziyyata
olan marağı ona dərsləri daha maraqlı keçmək arzusunu daha da artırır. Öz üzərində
işləyərək PowerPoint proqramını öyrənir və ilk elektron dərsini yığır.
Getdikcə inkişaf edən ölkəmiz və təhsilimizlə
ayaqlaşmaq, yeniliyə olan marağı nəticəsində öz hesabına MİMİO interaktiv
qurğunu alır və artıq dərslərini bu qurğunun köməyi ilə keçir. Hazırladığı yeni
“Sahə. Düzbucaqlı və kvadrat” adlı elekton dərsi ekspertlər tərəfindən bəyənilir
və www.mimio.az saytında yerləşdirilir.
Bu illər ərzində müxtəlif kurslarda iştirak
edir, sertifikatlar, tərifnamələr alır. Artıq üçüncü ildir Elektron Təhsil
müsabiqəsinə qoşulur və 2015-ci i ldə nominantlar sırasında onun da adının olmasından
qürur duyur.
Комментариев нет:
Отправить комментарий