четверг, 23 февраля 2017 г.

Fərhadov Pərviz Alastan oğlu

Fərhadov Pərviz Alastan oğlu 1989-cu il iyunun 19-da Füzuli rayonu Böyük-Bəhmənli kəndində anadan olub. 1996-cı ildə Bakı şəhərindəki N. Nərimanov adına 45 saylı orta məktəbin I sinfinə daxil olub. 1998-ci ildə Q. Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbinə daxil olub və 2004-cü ildə həmin məktəbin Xalq Çalğı Alətləri şöbəsini kamança ixtisası üzrə əla qiymətlərlə bitirib. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olub. 2004-cü ildə Bakı şəhər G. Şaroyev adına 35-saylı 11-illik musiqi məktəbinə daxil olub və 2008-ci ildə həmin məktəbin tam kursunu kamança ixtisası üzrə bitirib.  2005-ci il 26 mayda N. Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən diplomla tətif olunub. 2007-ci ildə 45 saylı orta məktəbi, məktəbin direktoru Məmmədova Nazilə tərəfindən tərifnamə ilə bitirib.  2007-ci ildə Azərbaycan Respublikasının  xalq artisti, professor S. Kərimin rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasına daxil olub.  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyilə 2009-cu ildən bugünə kimi keçirilən “Gəncləşən muğam” 1, 2, 3, 4 layihələrində iştirak edib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası, Təhsil Nazirliyi, Azərbaycan Dostları Mədəniyyəti Fondu, Azərbaycan Respublikası Heydər Əliyev fondunun və bəstəkarlar ittifaqının birgə keçirdiyi (S. Kəriminin rəhbərliyi ilə) 2011-ci ildə II Respublika Muğam müsabiqəsinin qalibi olub və II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil edib (Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə). Azərbaycan Milli Konservatoriyasında Respublikanın Əməkdar artisti, dosent Elnur Əhmədovun sinfində muğam dərsləri, əməkdar müəllimə Kazımova Afət xanımın sinfində isə not (ixtisas) dərsləri alıb.  Eləcə də AMK-nın dövlət imtahanlarından əla qiymətlərlə bakalavr sinfini bitirib. Onun kumiri ustadi olan  Əməkdar artist Elnur Əhmədovdur.
Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə 2011-ci ilin may ayının 6-da Füzuli rayon İcra başçısı Alı Alıyevin və rayon mədəniyyət və turizm şöbəsinin direktoru Elman müəlliminin təşkilatçılığı ilə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış ediblər, konsert Füzuli rayonu, Horadiz şəhərində Muğam Mərkəzində keçirilmişdir. 2011-ci ilin may ayının 29-da Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdiyi II Solo konsert Bakı kinoteatrında Moskvada Respublika günü ilə əlaqədar olub. 2012-ci il fevralın 1-dən 11-nə kimi Mədəniyyət və Turizm Nazirliyinin Gənclər günü ilə əlaqədar təşkil etdiyi “Gəncliyin səsi” festivalında Beynəlxalq muğam mərkəzində keçirilən konsert proqramında çıxış edib. 2010-cu ildə həmkarı Ədalət Behbudovla birgə xanəndə Babək Niftəliyevlə Azərbaycan Milli Konservatoriyasıniın dəstəyi ilə Buryatiya Respublikasında keçirilən UNESCO (İOV)-nin təşkil etdiyi Avrasiya Səsləri V Beynəlxalq festivalda iştirak edib. 2012-ci ildə Ədalət Behbudovla birgə Buryatiya Respublikasında 18-23 sentyabrda keçirilən UNESCO (İOV) Ümumdünya xalq yardıcılıq təşkilatının prezidenti Carmen D. Padilla və Buryatiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq “Sounds of Eurosia” 2012 festivalının qalibi olub.
2012-ci il 20 oktyabrda Azərbaycan Milli Kulinariya Assosiasiyası və UNESCO İOV-nın keçirdiyi Beynəlxalq Kulinariya Günündə də Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub.
2012-ci ildə keçirilən 31-ci Türkiyə İstanbul Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Vaqif Bəhmənlinin rəhbərliyi ilə Beynəlxalq kitab sərgisində konsert proqramı ilə çıxış ediblər. (Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə) 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi “Lider Türk Dünyası – Lider genclerinin buluşma noktası” təşkilatının təşkil etdiyi dekabr ayının 28-i Ankarada, 29-u İzmirde “Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş konsert proqramı ilə Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə çıxış ediblər və diplomlarla təltif olunublar. 2011-ci ildə Xanəndə Aytən Məhərrəmova ilə birgə "Xətrinə dəymərəm" adlı  musiqi albomu  və 2012-ci ildə isə Xanəndə Vusal Zamanovla "Qarabag canim mənim" adlı musiqi albomu işıq üzü görmüşdür (Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə həmkarı Ədalət Behbudovla İnstrumental Kompazisiya adli ilk klipləri  ve eləcə də instrumental ifalari  albom şəklində ərsəyə gəlmişdir. 2013-cü ildə İctimai Televiziya tərəfindən dəvət aldıqları Eurovision Contest Dünya mahnı müsabiqəsi yarışması zamanı Buta Palasda Azərbaycanın  Milli seçim turu zamanı Ədalət Behbudovla qonaq qismində həm kliplərini,  həm də instrumental ifalarını milli alətlərimiz tar, kamançada ifa ediblər. 2013-cü il 13-may Çelyabinskidə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə Ulu Ondərimiz Heydər Əliyevin 90-illik yubileyi ilə  əlaqədar keçirilən festivalın qala konsertində konsert proqramı ilə çıxış ediblər (Aytən Məhərrəmova, Ədalət Behbudovla). 2013cü ildə Tacikistanda Azərbaycanın Tacikistandakı səfiri Cənab Abbasəli Həsənovun dəstəyi ilə  Ulu Ondərimiz Heydər Əliyevin 90-İllik yubileyi ilə əlaqədar konsert proqramlari ilə çıxış ediblər (Ədalət Behbudov və Aytən Məhərrəmova ilə birgə).
Hazırda Azərbaycan Milli Konservatoriyasinda və Şuşa Musiqi Kollecində konsertmeyster-müəllim vəzifəsində çalışır. Dəfələrlə İran, Gürcüstan, Türkiyə, Rusiya, Buryatiya, Qazaxistan, Ukrayna, Özbəkistan, Tacikistanda qastrol səfərlərində olub. Aypara Muğam üçlüyünün üzvüdür və Aypara İntrumental Ansamblına rəhbərlik edir (Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə keçirilən Təhsil Nazirliyi və Azərbaycan Milli Kanservatoriyasının birgə keçirdiyi III Respublika İnstrumental muğam musabiqəsinin iştirakçısı olub.
2014-cu il mart ayının 14-də Füzuli rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyilə Vüsal Zamanov və Ədalət Behbudovla birgə Horadiz şəhər muğam mərkəzində Qarabağ Canim Mənim adlı solo konsertləri olmuşdur.
2014-cü ilin mart ayının 18-19-da Azərbaycanın Özbəkistandakı səfiri Cənab Hüseyn Quliyevin dəstəyi ilə Özbəkistan Respublikasinin iki şəhərində: Taşkənt və Səmərqənd şəhərlərində Azərbaycan –Özbəkistan dostluğu başlığı altında Novruz bayrami ilə əlaqədar solo konsertləri olub və iki diplomla təltif olunub. 2007-ci il “Muğam televiziya müsabiqəsinin laureatı və 2011-ci il Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə.

2014-cü il Rusiyanın Çita şəhərində 1976-cı ildən bu günümüzə kimi keçirilən 22-26 martda Budaşkinin adına Beynəlxalq Milli orkestrlər və ansambllar konkursunun qalibi olub.  Bu günə kimi bir çox bölgələrimizdə dövlət tədbirlərimizdə və xarici ölkələrdə İranda, Rusiyada, Gürcüstanda, Ukraynada, Buryatiada, Tacikistanda, Özbəkistanda, Türkiyədə dəfələrlə Azərbaycanın Milli sərvəti olan Muğamımızı təmsil edib. Respublika daxilində Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Yeni Azərbaycan partiyası, Millət Vəkili Qənirə Paşayevanin, Socarin, Merkezi Seçki Komisiyyasi, Heydər Əliyev adina Müasir Təhsil kompleksinin, Azərbaycan Prezidenti Yaninda İdarə etme akademiyasinin, Gənclər və İdman Nazirliyinin tədbirlərində çıxış edib. Dəfələrlə Azərbaycan, Ədalət, Media Post Azərbaycan, Həftəiçi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Xalq Qəzeti, Azərbaycan Mədəniyyət Nazirliyi, Azertac, azpress, Muğamradio. az 525, Simsar, APA, Lent. az, Day. az, Trend. az Discovery Azərbaycan qazet və saytlarında Aypara Muğam və Aypara Muğam Üçlüyü adı altında məqalələri yer almışdır. 2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Unesco və İsesconun xoşməramli Səfiri, Azerbaycan Respublikasinin İ xanimi Millət Vəkili Mehriban Xanim Əliyevanin və Azərbaycan Milli Konservatoriyasinin Rektoru, Professor, Aranjimançi Siyavuş Kəriminin rəhbərliyi ilə keçirilən İV Beynəlxalq muğam müsabiqəsinin birincisi olub ( Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə). 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Magistratura pilləsinə Xalq Çalği Alətlərinin İfaçiliği, nəzəriyyəsi və metodokasi fakültəsinə qəbul olub. Magistratura dərslərini Respublikamizin Əməkdar artisti MirNazim Əsədullayevdən alıb. Magistr təhsili zamanı Hacı Xanməmmədov fortepiano və orkestr üçün kamança konsertinin interpretasiya problemlerini müdafiə edib.  2016-ci ildə ADMİU-nun magistratura pilləsini əla qiymətlərlə bitirib. 2015-ci ildə eləcə də ADMİU tərəfindən diplomla təltif olunub. 2015-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq festivalda TURKSOY-un Prezidenti Düseyn müəllim tərəfindən diplomla tətif olunub Hazırda Azərbaycan Milli Konservatoriyasinda, Respublika İncəsənət Gimnaziyasinda eləcə də Şuşa Humanitar Kollecində müəllim vəzifəsində çalışır.

Комментариев нет:

Отправить комментарий