пятница, 3 февраля 2017 г.

Nəbiyeva Gülnarə Şahmurad qızı

Nəbiyeva Gülnarə Şahmurad qızı 1972-ci ildə avqustun 9-da Bakı şəhərində anadan olub. 1979-89-cu illərdə Səbail rayonu 49 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1990-cı ildə “NORD” Elmi İstehsal Birliyinə kimyaçı-laborant vəzifəsinə işə qəbul olub. 1990-96-cı illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində kimya müəllimi və kimyaçı ixtisası üzrə ali təhsil alıb. 1990-95-ci illərdə Səbail rayonu 51 saylı orta məktəbdə kimya laborantı vəzifəsində işləyib. 1996-cı ildən Səbail rayonu 91 saylı tam orta məktəbdə ixtisasım üzrə kimya müəllimi vəzifəsində çalışır.
İŞTİRAK ETDİYİ TƏLİMLƏR VƏ SERTİFİKATLARI.
1. Kimya fənn kurikulumun tətbiqi ilə əlaqədar olaraq 2014-cü il 10-18 mart tarixində Bakı şəhəri Kurikulum mərkəzində keçirilmiş “Öyrədənlərin öyrədəni” kursunu bitirərək təlimçi statusunu alıb.
2. 2014-cü il may ayında keçirilmiş “Mədəd” təşkilatının təşkil etdiyi “Həmkara dəstək” təlim poqramı üzrə mentorluq təlim kursundan keçmiş və sertifikata layiq görülmüşdür.
3. 2015-ci il 27-29 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilən İETC-2015 XV Beynəlxalq Təhsil Texnoloji Konfransda fəal iştirak edərək, “Konstruktiv təlimdə elmi biliklərin praktiki biliklərə çevrilməsi və şagirdlərdə şəxsi biliklərin formalaşması” mövzusunda elmi məruzə ilə çıxış edərək, 4 sertifikata layiq görülmüşdür.
4. 2015-ci il 2-3 may tarixində Rusiya Federasiyasının Omsk şəhərində SBİTİ “Sibir biznes və informasiya texnologiyası” elektron təhsilin inkişaf mərkəzində keçirilmiş “konstruktivizm” beynəlxalq təlim kursundan beynəlxalq sertifikata layiq görülmüşdür.
5. 2015-ci il 5-7 noyabr tarixində Türkiyənin Amasiya şəhərində keçirilən “İDEAL-2015” II Beynəlxalq Dinamik, Araşdırma və Fəal Təlim Metod-ları Konfransında fəal iştirak edərək, elmi məqalə ilə çıxış etmiş və beynəlxalq sertifikata layiq görülmüşdür.

6. 2016-cı ildə Azərbaycan Təhsil Şurasının “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramının əsasən Bakı şəhərində keçirdiyi Beynəlxalq Creativ Təhsil Mərkəzinin “Yaradıcı müəllimlər üçün kreativ alətlər” beynəlxalq təlim modulu əsasında “Təhsildə Sosial Servislər” 36 saatlıq təlim proqramında fəal iştirak edərək, sertifikat, uğurla bitirdiyinə görə “Uğur diplomu” ilə təltif olunmuşdur. 

Комментариев нет:

Отправить комментарий