среда, 4 января 2017 г.

Əliyeva Sənubər Əli qızı

Əliyeva Sənubər Əli qızı 8 mart 1969-cu il tarixində Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyyaziyyat” fakültəsinə daxil olub, 1991-ci ildə ali məktəbi bitirib. İlk əmək fəaliyyətinə Qubadlı rayonunda başlayıb. Hazırda İ. Hacıyev adına “Tərəqqi” Texniki Hümanitar Liseyində pedaqoji fəaliyyət göstərir.
Riyaziyyat elmini gənc nəsilə öyrədən Sənubər müəllim ilə sizi yaxından tanış edəcəyik. S. Əliyeva öz üzərinə düşən vəzifəsinin öhdəsində layiqincə gəlir.
Müəllim! Müqəddəs peşənin sahibi. Müəllim sənətinin özəllyi odur ki, o, insanları təlim, tərbiyə edir, onlara təhsil verir. Yeganə sənətdir ki, insanı daima təkmilləşdirir. Şagird cansız, hərəkətsiz deyil. O, fiziki və əqli cəhətdən daima inkişafda olan ictimai varlıqdır. Ona görə də dərs prosesində müəllimin uşaqlara sevgisi mütləqdir. Müəllimin tədris etdiyi fənnin şagirdin sevməsi bilavasitə müəllimdən asılıdır. Bu nəticəni əldə edən Sənubər xanım şagirdlə bir hormoniyalıq təşkil edir. Bu da müəllim şagird münsibətinin istiliyi, müəllim - şagird sevgisidir.
Sənubər müəllimin zəhməti nəzərə alınmış Təhsil Nazirliyi və çalışdığı məktəb tərəfindən “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, “Fənlər üzrə Elektron Təhsil Resursları”, “Gələcək üçün Təhsil”, “Təhsil portalından istifadə üzrə”, “Tərəqqi”, “Gələcək üçün Təhsil” adlı sertifikatlara layiq görülmüşdur.
S. Əliyevanın ən böyük üstünlüyü ondadır ki, o, daim yeniliklərə doğru can atır, gələcəyə inamla baxır. Odur ki, təlim kurslarında iştirak edir, yeni interaktiv və modul dərs üsullarından istifadə edir, peşəkarlıq səviyyəsini təkmilləşdirir. Elə onun üçün də gələcəyin qurucuları olan məktəbliləri həyata daha biliklı hazırlayır, eyni zamanda onlara vətəpərvərlik kimi tərbiyəvi hissləri də dərindən aşılayır.
Geniş təvəkkür gücünə malik olan S. Əliyeva riyaziyyat elminin incəliklərini yorulmadan şagirdlərinə catdırır. Dünyanın dərk edilməsində rol oynayan bu elmin qudrətini şagirdlərə anladır, elmin onlara yol yoldaşı olacağını vurğulayır.
Ailəlidir. İki övladı var. O, gözəl təbiətli qadın, nümunəvi məllimə olmaqla yanaşı həm də mehriban anadır. Övladlarının təhsil almasında onun böyük əməyi vardı. Böyük oğlu Bəhmən Bakı Dövlət Universitetinin informatika, ikinci oğlu Rövşən isə İqtisad Universitetinin XİQ (dünya iqtisadiyyat-ingilis dili) fakültəsini bitirib.

Əminik ki, S. Əliyeva bundan sonra da pedaqoji fəaliyyətini istək və məharətlə davam etdirəcək. Təhsilə, elmə, mədəniyyətə gedən yolda məktəblilərə köməkçi olacaq, doğma Azərbaycanın təhsil sahəsində, respublikamızın inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir. 

1 комментарий: