четверг, 5 января 2017 г.

Şabani Xuraman Cahid qızı

Şabani Xuraman Cahid qızı 1967-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1974-cü ildə Yevlax rayonunda M. Hüseyn adına 4 saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur. 1984-cü ildə məktəbi əl qiymətlərlə bitirərək, elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat informatika və hesablama texnikası fakültəsinə daxil olmuşdur.
1989-cu ildə oxuduğu institutu bitirərək təyinatla Yevlax rayonuna göndərilmişdir. Məktəbdə oxuduğu illərdə fəal şagird olduğu üçün 4 saylı orta məktəbin rəhbərliyi tərəfindən bu məktədə işləməyə dəvət olunmuş, elə həmin ildə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdir.
İşlədiyi qısa müddət ərzində Yevlax rayonunun Partiya Komitəsinin Komsomol Təşkilatinda işə dəvət olunduğuna baxmayaraq, müəllimlik sənətinə daha cox üstünlük verərək öz fəaliyyətinə davam etmişdir.
2001-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma kursunu bitirib ibtidai sinif müəllimi ixtisasına yiyələnərək 2004-cü ildən Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdir     .
Fəaliyyətə başladığı ilk illərdə keçirdiyi Açıq dərslər və tədbirlər məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci, 2007-ci illərdə “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətə görə” fəxri fərmanlarla təltif olunmuşdur.
Keçirdiyi dərslər və tədbirlər dövrü mətbuatın “Xalq nəzarəti” jurnalı, “Azərbaycan müəllimi”, “Rəsmi Bakı”, “Respublika”, “Ata yurdu” qəzetləri tərəfindən işıqlandırılmışdır.
2008-ci il oktyabırın 2-də “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2009-cu il martın 4-də “Ata yurdu” ictimai-siyasi hüquq qəzetinin diplomuna layiq görülmüşdur.
2009-cu ildə “Vətənpərvərlik tərbiyəsi üçün əbədi örnək”, “Açıq dərs müəllım fəalıyyətınin nümunəsidir” başlıqlı məqalələrı və 2015-ci ildə “İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi” “Azərbaycan müəllimi” qəzetində dərc olunmuşdur.   
Elmi praktik konfransda”İbtidai siniflərdə ana dili fənninin tədrisində musiqi və təsviri incəsənət əsərlərinin istifadəsi” mövzusu ilə çıxış etmişdir.
İntel “Gələcək üçün təhsil” və “Mimio XI İnteraktiv lövhə ilə tədris” təlim kurslarında öyrəndiklərini uğurla dərslərində tətbiq edir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdur. 
2009-cu ildən AzTV Dövlət Televiziyasinin kanalı olan Mədəniyyət kanalında Ana dilimizin təbliği məqsədi ilə xaricdə yaşayan həmvətənlərimiz üçün nəzərdə tutulan “Ana dili” verilişinin aparıcısıdır.
Bunlardan basqa www.oxuyuruq.biz saytında yerləşdirilmiş dərslərdən bir qisminin müəllifidir.
2011-ci ildə İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında “ Təbiət üçün 10 təhlükə” adlı layihə və həmçinin olimpiadada münsiflər heyəti kimi iştirak etmişdir.
2012-ci ildə IV sinif şagirdləri üçün nəzərdə tutulmuş “Həyat bilgisi” fənnindən Qiymətləndirmə vəsaitlərinin müəlliflərindən biridir.
2012-ci ildə “IB PYP - proqrami ilə ibtidai məktəb təhsilinin perspektivli modeli” mövzusunda MDB ölkələrinin məktəbləri assosiasiyasının Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə keçirilən konfransda iştirak etmiş, diploma layiq görülmüşdür.
2013-cu ildə “Müəllim hazirlama siyasəti və problemləri” Beynəlxalq simpoziumda iştirakına görə sertifikatla təltif olunmuşdur.
2013-cu ildə “Öyrədənlərin öyərdəni” kursunu müvəffəqiyyətlə bitirərək “Təlimçi”statusu almışdır.
“Riyaziyyatın tədrisi prosesində kiçikyaşlı məktəblilərin tədqiqatçılıq bacarığının formalaşması üzrə işin sistemi” adlı dissertasiya mövzusu üzərində işləyir.
Bir sıra elmi məqalələrin və “Riaziyyztdan inkişafetdirici çalışmalar adlı kitabın müəlliflərindən biridir”.
Ailəlidir. Bir oğlu, bir qızı var.

Комментариев нет:

Отправить комментарий