среда, 4 января 2017 г.

Məmmədli Kamalə Kazım qızı

Məmmədli Kamalə Kazım qızı 22 iyun 1965-ci ildə İsmayıllı rayonunda dünyaya göz açmışdır. 1983-cü ildə V. İ. Lenin adına APİ-nin riyaziyyat fakültəsinə daxil olmuş və 1988-ci ildə bitirmişdir.
1986-1991-ci illərdə Baki şəhəri, Xətai rayon 2 nömrəli pionerlər evində dərnək rəhbəri, 1993-2000-ci illərdə İsmayilli şəhəri İ. Həsənov adına 1 saylı orta məktəbdə, 2001-ci ilin sentyabrından isə Yasamal rayonu Ş. Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
Bu illər ərzində məktəb rəhbərliyi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
2012-ci ildən "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurrikulumlarının tətbiqi və fəal təlim" kurslarında təlimçi kimi fəaliyyət göstərmişdir. Təhsil Problemləri İnstitutunun nəzdində yaradılmış riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. 30 ilə yaxın bir dövrdə pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə xanım pedaqoji mühazirələr üzrə müsabiqədə respublika üzrə I dərəcəli diplomla təltif olunmuşdur.

Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası ilə əlaqədar Təhsil Problemləri İnstitutunda təşkil olunmuş "İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması" mövzusunda seminar-treninqdə iştirak etmişdir.

Комментариев нет:

Отправить комментарий