пятница, 10 мая 2019 г.

Müslümov Zaur İlham oğlu


Müslümov Zaur İlham oğlu 1984-cü il oktyabrın 23-də Şəki şəhərində anadan olumşdur.1991-2001-ci illərdə Şəki Şəhər 11 saylı tam orta məktəbdə oxumuşdur. Zaur İlham oğlu Müslümov 2001-ci ildə Şəki şəhəri 11 saylı tam orta məktəbi əla və yaxşı qiymətlərlə bitirmiş 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsinə (qiyabi) daxil olmuşdur.
Zaur İlham oğlu Müslümov 2004-cü ildən Şəki şəhəri 11 saylı tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir.
Fəaliyyəti dövründə vətənpərvər, bacarıqlı, məsuliyyətli, işgüzar, ixtisasını mükəmməl bilən, məktəbin ictimai həyatında fəal iştirak edən və vəzifəsinin öhtəsindən gələ bilən müəllim kimi özünü göstərmişdir. İşlədiyi dövrdə şagirlərini rayonumuzda olan tarixi memarlıq abidələri ilə yaxından tanış etmək məqsədi ilə daima ekskursiyalar təşkil etmişdir. 1-5 Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin xatirəsinə dəfələrlə tədbirlər təşkil etmiş, dərs dediyi şagirdləri Şəki şəhərindən olan şəhidlərin evlərində onların valideynləri ilə dəfələrlə görüşdürmüşdür.
Dərs dediyi siniflərdə şagirdlər tarix fənni üzrə müxtəlif yarışlarda, müsabiqələrdə maraqla və uğurla iştirak edir, imtahanlarda fənn üzrə yüksək nəticə göstərirlər. Təsadüfü deyil ki,12 Noyabr 2018-ci il tarixində Zaur Müslümovun dərs dediyi Balakişiyev Kənan Murad oğlu Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları”mövzusunda Şəki, Qax, Zaqatala, Balakən rayonlarında şagirdlər arasında keçirilən hüquq olimpiadasında fərqləndiyinə görə diplom və qiymətli hədiyyələrlə təltif edilmişdir.
Zaur Müslümovun dərs dediyi bütün siniflərdə apardığı dərsləri açıq və nümunəvi hesab etmək ola bilər. Çünki o tədris etdiyi fənni mükəmməl bilir, dərslərində yeni təlim texnologiyalarından bacarıqla istifadə edir, dərts prosesinə yaradıcı yanaşır. Məktəbdə şagirdlərin, valideynlərin və məktəb kollektivinin dərin hörmətini qazanıb.
1.                  İKT-nin təhsilə tədbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin təkmilləşdirilməsi” təlim kurslarında iştirakına görə Sertifikat 2008-ci il
2.                  Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi orta təhsil səviyyəsində yeni fənn kurilkumlarının tədbiqinə görə I dərəcəli Sertifikat 2013-cü il
3.                  Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqinin region müəllimlərinə öyrədilməsi təlimində müvəffəqiyyətlə iştirak etdiyinə görə I dərəcəli diplom 2015-ci il
4.                  Şəki Şəhərində Keçirilən mədəni kütləvi tədbirlərdə xüsusi fəallıq göstərdiyi üçün Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi tərəfindən fəxri fərman 11 iyun 2018-ci il
5.                  Şagirdlərin təlim-tərbiyyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Şəki şəhər təhsil şöbəsinin müdiri S.İsmayılova tərəfindən fəxri fərman 13 iyun 2018-ci il
6.                  5 Oktyabr Beynəlxalq müəllimlər günü münasibəti ilə Şəki şəhər təhsil şöbəsinin müdiri və ATİAHİ Şəki rayon komitəsinin sədri tərəfindən Fəxri fərman 5 oktyabr 2018-ci il
7.                  Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində Şəki şəhərindən qalib olan Ekologiya şagirdlərin gözü ilə layihəsində fəal iştirakına görə Şəki Təhsil şöbəsinin müdiri S.İsmayılova tərəfindən Fəxri fərman 2018-ci il
8.                  Azərbaycan Təhsil İçşiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən “İlin peşəkar gənci” müsabiqəsinin qalibi Azərbaycan Təhsil İçşiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri S.Möhbalıyev tərəfindən Fəxri fərman 15 yanvar 2019-cu il
9.                  Azərbaycan Respublikası Dövlət İmtaham Mərkəzi tərəfindən “Yeni təhsil proqramı (kuriklum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursunda iştirak etməyi təsdiq edən Sertifikat. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən 01 aprel 2019-cu il
10.               “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində keçirilən seminarda iştirak etdiyim üçün Sertifikat. CASCFEN (Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi) ictimai birliyin sərdri N.İsmayılov 17 may 2019-cu il

1 комментарий: