пятница, 10 мая 2019 г.

Əliyeva Səbinə Rəhman qızı


Əliyeva Səbinə Rəhman qızı 12 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə Bakı şəhər 150 saylı tam orta məktəbi bitirib. Eyni zamanda 1987-ci ildə bakı şəhər 12 saylı musiqi məktəbini fortepiano ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. 1991-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1997-ci ildə həmin institutu rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
1999-cu ildən Bakı şəhər Nəsimi rayonu 151 №-li tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyir.
Artıq 20 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Bu illərdə sinif rəhbəri kimi fəaliyyət göstərir və hazırda dərs dediyi 6B sinfi onun hər biri yeddi il olmaqla üçüncü buraxılışı olacaqdır.
Səbinə xanım pedaqoji fəaliyyəti dövründə bir sıra təlim, seminar və konfranslarda iştirak edib. 2001, 2004, 2009, 2013, 2014 və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma institutunun “İKT-nin köməyi ilə tədris prosesinin təşkili” kurslarını bitirdiyinə görə sertifikatlarla təltif olunmuşdur.
2013-cü dərs ilində ümumi orta təhsil səviyyəsində “Yeni fənn kurikulumlarının tətbiqi” üzrə təlim kursunda iştirak etdiyi üçün II dərəcəli sertifikata layiq görülmüşdür.

28 yanvar 2017-ci ildə “Azərbaycan müəllimi” qəzetinin 03 (8719) nömrəli sayında A. S. Puşkinin vəfatının 180 illiyinə “Puşkin və Azərbaycan” adlı məqalə ilə, 19 oktyabr 2018-ci il 39 (8805) nömrəli sayında İ. S. Turgenevin 200 illik yubileyinə həsr edilmiş “Turgenev və onun Mumusu” adlı məqaləsi ilə çıxış etmişdir.
Səbinə xanımın şagirdləri müntəzəm olaraq rayonun fənn olimpiyadalarında fəal iştirak etməklə fəxri yerlərə layiq görülürlər.
Şagirdləri ilə birlikdə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, M. F. Axundovun “Şairin ölümünə şərq poeması”, İ.S.Turqenevin “Mumu” hekayəsi üzrə ədəbi qiraət formasında səhnələşdirilmiş parçalar hazırlamışlar.
Hazırda Bakı şəhəri, Nərimanov rayonu “Ankara Litseyi” litsey məktəbində də pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Комментариев нет:

Отправить комментарий