пятница, 10 мая 2019 г.

Musayeva Ülviyyə Nazim qızı


Musayeva Ülviyyə Nazim qızı 30 yanvar 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə  Gəncə şəhər M. Füzuli adına 22 saylı tam orta məktəbi bitirib. Eyni zamanda Gəncə şəhər F. Əmirov adına 1 saylı musiqi məktəbini fortepiano ixtisası üzrə müvəffəqiyyətlə başa vurub.
2000-ci ildə N. Tusi adına ADPU-nin ibtidai təhsilin pedaqogika və metodika fakültəsini bitirib. Həmin ildən də  Şəmkir rayon Aşağı Seyfəli Kənd Natiq Abbasov adına tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Artıq 18 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda dərs dediyi  III sinif Ülviyyə müəllimin 4-cü buraxılışı olacaq.
Ülviyyə xanım pedaqoji fəaliyyəti dövründə bir çox təlim, seminar və konfranslarda iştirak edib. 2008-ci ildə Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatı ictimai biriliyinin keçirdiyi İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” təlim kurslarında iştirak etdiyi üçün sertifikatla təltif olunub. Elə həmin ilin yayında 2008/09-cu dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunda iştirak etdiyi üçün Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən sertifikatla təltif olunmuşdur.
2018-ci ildə gənc nəslin təlim-tərbiyəsi sahəsində fəallıq göstərdiyinə və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə görə Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla təltif olunub. Həmin ildə CİBS (Caspian İnternational Business Services) təşkilatının müəllimlər üçün keçiridiyi təlimlərdə fəal iştirak etdiyi üçün sertifikatla təltif olunub.
Boş vaxtlarında kiçikyaşlı məktəblilər üçün hekayələr də yazır.

Комментариев нет:

Отправить комментарий