четверг, 22 февраля 2018 г.

Kərimova Dilşad Ədilağa qızı

Kərimova Dilşad Ədilağa  qızı 1960–cı il avqust ayının 22-də Ucar şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ucar şəhər  1 №-li orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1977-ci ildə ADPİ – nin kimya fakultəsinə qəbul olmuşdur. İnstitutda oxuduğu illərdə də öz bilik və bacarığı ilə fərqlənmişdir. Hələ 1-ci kursda institut üzrə kecirilən stolüstü dama oyunlarında kimya fakultəsini qalib edənlərdən biri olmuş, 2-ci kursda isə Azərbaycan ali məktəbləri tələbələrinin VII Respublika elmi konfransında qazandıgı müvəffəqiyyətə görə ikinci dərəcəli DİPLOM ilə təltif edilmişdir.
1981-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək öz doğma rayonuna qayıtmış və kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.Ucar şəhər 2№li tam orta məktəbdə kimya dərsini tədris edən Dilşad müəllimə daima öz şagirdlərinə kimya fənninin sirlərini öyrətməklə yanaşı öz maraq və bilik dairəsini də genişləndirmişdir.
2008-ci ildə Norvec Təbiəti  Cəmiyyətinin SPARE təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “İstixana qazlarını azalda bilərik “Beynəlxalq müsabiqəsində fəal iştirak etdiyi üçün SERTİFİKAT almışdır.
2011-ci ildə “Öyrədənlərin öyrədilməsi “ proqramı üzrə üç mərhələli təlim kursunu bitirmiş və ona “Öyrədən “ statusu verilmişdir.
2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədət” Təşkilatı tərəfindən  “Yeni ümumi orta təhsil kurikulumu” üzrə  kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almişdir.
2015 –ci il 5 oktyabr tarixində Dilşad müəllimə təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim –tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan respublikası qabaqcıl təhsil işçisi “ döş nişanı ilə təltif olunmuşdur.
Əməyinə verilən yüksək qiymətdən daha da ruhlanan  müəllimə “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim “ müsabiqəsində iştirak etmişdir .
Azərbaycan respublikası prezidentinin  2015-ci il 21 dekabr tarixli sərəncamı ilə Dilşad müəllimə də Ən yaxşı müəllim müsabiqəsinin qaliblərindən biri olmuşdur.
Elə həmin il müəllimənin şagirdlərindən biri Hüseynov Ramil
“İstedadların hazırlığı laboratoriyası” olimpiadasında qızıl medal qazanmışdır.
2016-cı il 4 oktyabrda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dilşad müəllimə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2017–ci ildə müəllimlərin dioqnoqstik qiymətləndirilməsində 55 bal toplamış Dilşad müəllim bundan sonrakı fəaliyyətini də gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyini söyləmişdir. O şagirdlərdən üçü müəllimin öz övladları olmuşdur. Hər biri ali təhsilli və ailəlidirlər.


Комментариев нет:

Отправить комментарий