Səmədova Kəmalə Qənbər qızı 19 noyabr 1987-ci
ildə Göyçay şəhərində dünyaya göz açmışdır. 2004-2009-cı illərdə Azərbaycan Müəllimlər
İnstitutunda təhsil almış, İbtidai Təhsilin Pedaqogikası və Metodikası
ixtisasına yiyələnmişdir. 2006-cı ildə Göyçay şəhər Akademik Ziya Bünyadov
adına 3 saylı tam orta məktəbdə fəaliyyətə başlamış və qısa zaman ərzində
kollektivin və şagirdlərin rəğbətini qazanmışdır. İşlədiyi müddət ərzində bir
sıra uğurlar qazanmışdır.
“Mədəd” təşkilatının keçirdiyi MPST kursunu
müvəfəqiyyətlə bitirmiş, ümumi təhsil pilləsində yeni fənn kurikulumlarının təlimi
üzrə kursu bitirmiş, yüksək nəticə göstərmiş və birinci dərəcəli sertifikata
laiq görülmüşdür. EDUMEDİA-Azərbaycan Şirkəti tərəfindən keçirilən “Prometan
interaktiv lövhə” təlimində iştirak etmiş və uğurla başa vumuşdur. Qeyd edək ki,
Göyçay şəhərində qabaqcıl müəllim olduğuna görə Təhsil Nazirliyi tərəfindən
elektron lövhə ilə təmin edilmişdir. Təhsil Nazirliyinin keçirdiyi
“Oxuyub-anlama bacarıqları” layihəsinin rayon üzrə koordinatorudur. Rayonda
keçirilmiş tədbirlərdə fəail iştirakına və həmçinin açıq dərslərinə görə Göyçay
RTŞ-si tərəfindən mükafatlara layiq görülmüşdür.
Şagirdləri rayonda keçirilmiş bilik
yarışmalarında yüksək nəticələr əldə etmişlər. Kəmalə müəllimin sənədləri
Göyçay RTŞ-si tərəfindən “İlin gənc fəalı” seçilmək üçün Təhsil Nazirliyinə
göndərilmişdir.
Комментариев нет:
Отправить комментарий