Əhmədova Aynur Yelmar qızı
1976-cı ildə Ağdam rayonunun Kosalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə
Ağdam rayonunun Eyvazxanbəyli kənd tam orta məktəbində təhsil almışdır. 1993-cü
ildə indiki Bakı Slavyan Universitetinə daxil olmuş, 1997-ci ildə oranı müvəffəqiyyətlə
bitirərək filologiya ixtisası almışdır. Müəllimlik fəaliyyətinə 1995-1996-cı tədris
ilində Göyçay rayonu Ləkçıplaq kənd orta məktəbində başlamışdır. 1996-1998-ci
illərdə Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 128 nömrəli məcburi köçkün
tam orta məktəbində rus dili fənnini tədris etmişdir. 1998-ci ildən Bakı şəhəri
83 nömrəli məktəb-liseydə müəllimlik fəaliyyətini davam etdirir. 2004-2005-ci
illərdə Bakı Slavyan Universiteninin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə
yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir. Həmin dövrdən 83 nömrəli
məktəb-liseydə Azərbaycan dili və rus dili fənlərini tədris edir. 2011-ci ildə
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Smart Technologies" şirkəti
tərəfindən təşkil edilmiş "Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris"
təlim kursunun dinləyicisi olmuş, sertifikat almışdır. Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin
gücləndirilməsi layihəsi çərçivəsində "Həyati bacarıqlara əsaslanan təhsil"
fakültətiv kursunun tədrisi ilə əlaqədar müəllimlər üçün keçirilən treninqdə
iştirak etmiş, sertifikat almışdır. 2012-ci ildə XXI əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzinin təşkil etdiyi
ümumi orta təhsil səviyyəsində yeni fənn kurrikulumlarının tətbiqi üzrə
ixtisasartırma təhsil proqramlarının dinləyicisi olmuş və I dərəcəli sertifikat
almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd Azərbaycan"
MMC tərəfindən təşkil edilmiş Təhsil portalından istifadə üzrə təlim kursunu
müvəffəqiyyətlə bitirmiş və sertifikata layiq görülmüşdür.
Комментариев нет:
Отправить комментарий