среда, 18 января 2017 г.

Abdullayeva Natavan Nadir qızı

Abdullayeva Natavan Nadir qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə 44 saylı məktəbin I sinfinə qəbul olmuşdur. Həmin məktəbdə təşkil olunmuş “Qərənfil” uşaq xorunun solisti kimi televiziya verilişlərində iştirak edib. İncəsənətə həvəsi uşaq yaşlarından yaranmışdı. Böyük müsabiqədən keçərək Dzerjinski adına (sonradan Şəhriyar adına) 11 illik musiqi məktəbinə daxil olmuşdur. Əla qiymətlərlə oxuduğu, müxtəlif müsabiqələrdə, o cümlədən Raxmaninov adına müsabiqədə yüksək nailiyyət əldə etdiyi üçün onu əvvəlcə III sinifdən V, sonra isə VI sinifdən VIII sinfə keçirdilər. Azər Rzayevin fortepiano və orkestr üçün yazdıgı konsertin ilk ifaçısı olub.
Məktəbi qırmızı diplomla bitirən Natavan xanım Bakı Musiqi Akademiyasına ən yüksək balla qəbul olub. Akademiyada oxuduğu müddətdə dövlət tədbirlərində, televiziyada konsert proqramı ilə iştirak edib. Musiqi fəaliyyətim ilə yanaşı uşaq psixologiyası və 2 illik ingilis dili kurslarını bitirib. Uşaq psixologiyası kurslarında keçirilən bütün seminar və treninqlərdə fəal iştirak edib.
1992-ci ildən Tusi adına Gimnaziyada çalışmağa başlayıb. Əvvəlcə fortepiano müəllimi, sonra isə fortepiano fakültəsinin dərs hissə müdiri vəzifəsində çalışıb. Bu müddət ərzində məktəbdə keçirilən bütün təşkilatı işlərlə məşgul olub. Xalça Muzeyində konsert-sərgi proqramı, məktəbin möhtəşəm 20 illik yubileyi, İncəsənət Muzeyində konsert proqramı və s. Hər il Üzeyr Hacıbəyovun ev muzeyində 28 may Respublika Gününə həsr olunmuş konsertin təşkil olunması üçün əlindən gələni əsirgəməyib. Bu konsertdə öz yetirmələrilə bərabər, məktəbimin istedadlı şagirdləri də iştirak edirdilər. Bundan başqa gimnaziyada fəaliyyət göstərən məktəbəqədər kurslarda məntiqdən də dərs keçib.
Həm rus, həm Azərbaycan bölməsi üzrə rəhbərlik etdiyi II siniflərdə uşaqlarla səmimi, mehriban, gülərüz, onların bütün problemlərini bölüşə biləcəkləri bir müəllim, bir ana münasibəti qurmağa müvəffəq olub.
Şagirdlərilə birlikdə bütün bayramlarda musiqi nömrəsi, rəqs, mahnı, kiçik səhnəciklərlə fəal iştirak edir. Həmin bayramlardan çəkilən bütün diskləri, göz bəbəyi kimi qoruyub saxlayır.
Hazırda “İdrak” liseyi Bakı filialında fəaliyyətini davam etdirir.


Комментариев нет:

Отправить комментарий