Şabani Xuraman Cahid qızı 1967-ci ildə Yevlax
rayonunda anadan olmuşdur. 1974-cü ildə Yevlax rayonunda M. Hüseyn adına 4
saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur. 1984-cü ildə məktəbi əl qiymətlərlə
bitirərək, elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat
informatika və hesablama texnikası fakültəsinə daxil olmuşdur.
1989-cu ildə oxuduğu institutu bitirərək təyinatla
Yevlax rayonuna göndərilmişdir. Məktəbdə oxuduğu illərdə fəal şagird olduğu
üçün 4 saylı orta məktəbin rəhbərliyi tərəfindən bu məktədə işləməyə dəvət
olunmuş, elə həmin ildə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdir.
İşlədiyi qısa müddət ərzində Yevlax rayonunun
Partiya Komitəsinin Komsomol Təşkilatinda işə dəvət olunduğuna baxmayaraq, müəllimlik
sənətinə daha cox üstünlük verərək öz fəaliyyətinə davam etmişdir.
2001-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
Universitetində yenidənhazırlanma kursunu bitirib ibtidai sinif müəllimi
ixtisasına yiyələnərək 2004-cü ildən Milli Konservatoriya tərkibində Respublika
İncəsənət Gimnaziyasında ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə
başlamışdir .
Fəaliyyətə başladığı ilk illərdə keçirdiyi Açıq dərslər
və tədbirlər məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci,
2007-ci illərdə “Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətə
görə” fəxri fərmanlarla təltif olunmuşdur.
Keçirdiyi dərslər və tədbirlər dövrü mətbuatın
“Xalq nəzarəti” jurnalı, “Azərbaycan müəllimi”, “Rəsmi Bakı”, “Respublika”,
“Ata yurdu” qəzetləri tərəfindən işıqlandırılmışdır.
2008-ci il oktyabırın 2-də “Azərbaycan Respublikası
qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2009-cu il martın 4-də “Ata yurdu” ictimai-siyasi
hüquq qəzetinin diplomuna layiq görülmüşdur.
2009-cu ildə “Vətənpərvərlik tərbiyəsi üçün əbədi
örnək”, “Açıq dərs müəllım fəalıyyətınin nümunəsidir” başlıqlı məqalələrı və
2015-ci ildə “İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi” “Azərbaycan müəllimi”
qəzetində dərc olunmuşdur.
Elmi praktik konfransda”İbtidai siniflərdə ana dili
fənninin tədrisində musiqi və təsviri incəsənət əsərlərinin istifadəsi” mövzusu
ilə çıxış etmişdir.
İntel “Gələcək üçün təhsil” və “Mimio XI İnteraktiv
lövhə ilə tədris” təlim kurslarında öyrəndiklərini uğurla dərslərində tətbiq
edir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr
2009-cu il sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdur.
2009-cu ildən AzTV Dövlət Televiziyasinin kanalı
olan Mədəniyyət kanalında Ana dilimizin təbliği məqsədi ilə xaricdə yaşayan həmvətənlərimiz
üçün nəzərdə tutulan “Ana dili” verilişinin aparıcısıdır.
Bunlardan basqa www.oxuyuruq.biz
saytında yerləşdirilmiş dərslərdən bir qisminin müəllifidir.
2011-ci ildə İNEPO-AVRASİYA Ətraf Mühitin Mühafizəsi
Beynəlxalq Layihə Olimpiadasında “ Təbiət üçün 10 təhlükə” adlı layihə və həmçinin
olimpiadada münsiflər heyəti kimi iştirak etmişdir.
2012-ci ildə IV sinif şagirdləri üçün nəzərdə
tutulmuş “Həyat bilgisi” fənnindən Qiymətləndirmə vəsaitlərinin müəlliflərindən
biridir.
2012-ci ildə “IB PYP - proqrami ilə ibtidai məktəb
təhsilinin perspektivli modeli” mövzusunda MDB ölkələrinin məktəbləri
assosiasiyasının Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə keçirilən
konfransda iştirak etmiş, diploma layiq görülmüşdür.
2013-cu ildə “Müəllim hazirlama siyasəti və
problemləri” Beynəlxalq simpoziumda iştirakına görə sertifikatla təltif
olunmuşdur.
2013-cu ildə “Öyrədənlərin öyərdəni” kursunu müvəffəqiyyətlə
bitirərək “Təlimçi”statusu almışdır.
“Riyaziyyatın tədrisi prosesində kiçikyaşlı məktəblilərin
tədqiqatçılıq bacarığının formalaşması üzrə işin sistemi” adlı dissertasiya
mövzusu üzərində işləyir.
Bir sıra elmi məqalələrin və “Riaziyyztdan
inkişafetdirici çalışmalar adlı kitabın müəlliflərindən biridir”.
Ailəlidir. Bir oğlu, bir qızı var.
Комментариев нет:
Отправить комментарий