Rəhimova Məsmayə Musa qızı 2 may 1954-cü ildə
dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirmişdir. 1975-ci ildən pedaqoji fəaliyyətdədir.
İşlədiyi 40 il ərzində müxtəlif məktəblərdə çalışmışdır. Belə ki, Bakıdakı 158
nömrəli məktəbdə uşaq birliyinin rəhbəri olmuş, 21 nömrəli məktəbdə əvvəlcə tərbiyə
işləri üzrə direktor müavini, sonra isə ibtidai sinif müəllimi işləmişdir. 23
ildir ki, 91 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini
davam etdirir.
1983-cü ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil
işçisi” döş nişanına layiq görülmüşdür. Kurikulumun tətbiqindən bəri I-IV
siniflərdə riyaziyyat dərsliklərinin hazırlanmasına iştirak edir. Təhsil Nazirliyinin
05 iyul 2010-cu il tarixli 973 nömrəli əmri ilə təsdiq edilmiş “Riyaziyyat 3” müəllim
metodik vəsaitin müəlliflərindən biridir.
Pedagoji fəaliyyətinin 40 illiyi ərəfəsində “Əməkdar
müəllim” fəxri adına layiq görülməyi digər mükafatlandırılanlar kimi ona da
böyük sevinc bəxş edib. Bu fəxri ad onun məsuliyyətini daha da artırır.
O bir müəllim kimi yaxşı dərk edir ki, ibtidai
sinif təhsilin özülüdür. Bu özül elə qurulmalıdır ki, ümumi təhsilin digər səviyyələri
onun üzərində yüksələ bilsin, vətənə layiq övladlar yetişsin.
Çox biabırçı dərslik yazmısınız Məsmayə xanım. 3 cü sinif şagirdi ne bilir arxeoloq nedir ? 500 il evvel nedir ? Meqsediniz yeqin savadsız ordusu duzeltmekdir.
ОтветитьУдалить