Əliyeva Sənubər Əli qızı 8 mart 1969-cu il tarixində
Qubadlı rayonunun Mollu kəndində anadan olub. Orta məktəbi doğma kəndlərində
bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyyaziyyat” fakültəsinə
daxil olub, 1991-ci ildə ali məktəbi bitirib. İlk əmək fəaliyyətinə Qubadlı
rayonunda başlayıb. Hazırda İ. Hacıyev adına “Tərəqqi” Texniki Hümanitar Liseyində
pedaqoji fəaliyyət göstərir.
Riyaziyyat elmini gənc nəsilə öyrədən Sənubər
müəllim ilə sizi yaxından tanış edəcəyik. S. Əliyeva öz üzərinə düşən vəzifəsinin
öhdəsində layiqincə gəlir.
Müəllim! Müqəddəs peşənin sahibi. Müəllim sənətinin
özəllyi odur ki, o, insanları təlim, tərbiyə edir, onlara təhsil verir. Yeganə
sənətdir ki, insanı daima təkmilləşdirir. Şagird cansız, hərəkətsiz deyil. O, fiziki
və əqli cəhətdən daima inkişafda olan ictimai varlıqdır. Ona görə də dərs
prosesində müəllimin uşaqlara sevgisi mütləqdir. Müəllimin tədris etdiyi fənnin
şagirdin sevməsi bilavasitə müəllimdən asılıdır. Bu nəticəni əldə edən Sənubər
xanım şagirdlə bir hormoniyalıq təşkil edir. Bu da müəllim şagird münsibətinin
istiliyi, müəllim - şagird sevgisidir.
Sənubər müəllimin zəhməti nəzərə alınmış Təhsil
Nazirliyi və çalışdığı məktəb tərəfindən “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin
Təkmilləşdirilməsi”, “Fənlər üzrə Elektron Təhsil Resursları”, “Gələcək üçün Təhsil”,
“Təhsil portalından istifadə üzrə”, “Tərəqqi”, “Gələcək üçün Təhsil” adlı
sertifikatlara layiq görülmüşdur.
S. Əliyevanın ən böyük üstünlüyü ondadır ki,
o, daim yeniliklərə doğru can atır, gələcəyə inamla baxır. Odur ki, təlim
kurslarında iştirak edir, yeni interaktiv və modul dərs üsullarından istifadə
edir, peşəkarlıq səviyyəsini təkmilləşdirir. Elə onun üçün də gələcəyin
qurucuları olan məktəbliləri həyata daha biliklı hazırlayır, eyni zamanda
onlara vətəpərvərlik kimi tərbiyəvi hissləri də dərindən aşılayır.
Geniş təvəkkür gücünə malik olan S. Əliyeva
riyaziyyat elminin incəliklərini yorulmadan şagirdlərinə catdırır. Dünyanın dərk
edilməsində rol oynayan bu elmin qudrətini şagirdlərə anladır, elmin onlara yol
yoldaşı olacağını vurğulayır.
Ailəlidir. İki övladı var. O, gözəl təbiətli
qadın, nümunəvi məllimə olmaqla yanaşı həm də mehriban anadır. Övladlarının təhsil
almasında onun böyük əməyi vardı. Böyük oğlu Bəhmən Bakı Dövlət Universitetinin
informatika, ikinci oğlu Rövşən isə İqtisad Universitetinin XİQ (dünya
iqtisadiyyat-ingilis dili) fakültəsini bitirib.
Əminik ki, S. Əliyeva bundan sonra da pedaqoji
fəaliyyətini istək və məharətlə davam etdirəcək. Təhsilə, elmə, mədəniyyətə gedən
yolda məktəblilərə köməkçi olacaq, doğma Azərbaycanın təhsil sahəsində, respublikamızın
inkişafı naminə əlindən gələni əsirgəməyəcəkdir.
Tebrikler, daim muveffeqiyyetler.
ОтветитьУдалить