Nəcəfova Naibə Əliyar qızı
1959-cu il dekabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildən 1977-ci
ilə kimi Bakıda 134 saylı məktəbdə təhsil almışdır. 1977-ci ildə məktəbi
bitirib, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin
biologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə oranı bitirmiş bioloq, kimya
və biologiya müəllimi ixtisasını almışdır.
1994-ci ilin fevralından 134
saylı orta məktəbdə müəllim vəzifəsində çalışır. 2002-ci ildən Səbail rayonu
üzrə biologiya fənnindən dayaq məntəqəsinin sədri təyin olunmuşdur.
2006-2008-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor muavini
təyin olunmuşdur. 2008-ci ildən bu günə qədər 134 saylı məktəbin Həmkarlar
İttifaqı Komitəsinin sədridir. 2008-ci ildən 2011-ci ilə qədər Bakı Avropa liseyində
saat hesabı ilə biologiya müəllimi işləmişdir. 2006-ci ildən Yeni Azərbaycan
Partiyasının üzvüdür.
Hazırladığı tələbələrin bir
neçəsi respublika üzrə olimpiadalarda qalib olmuşdurlar. 2013-cü ildə 2 şagirdi
“Sabahın alimləri” II Respublika Müsabiqəsinin qalibləri olmuşdur.
2013-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2015-ci ildə isə əməkdar müəllim adı ilə təltif olunmuşdur.
2013-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2015-ci ildə isə əməkdar müəllim adı ilə təltif olunmuşdur.
Комментариев нет:
Отправить комментарий