Məmmədli Kamalə Kazım qızı 22 iyun 1965-ci
ildə İsmayıllı rayonunda dünyaya göz açmışdır. 1983-cü ildə V. İ. Lenin adına
APİ-nin riyaziyyat fakültəsinə daxil olmuş və 1988-ci ildə bitirmişdir.
1986-1991-ci illərdə Baki şəhəri, Xətai
rayon 2 nömrəli pionerlər evində dərnək rəhbəri, 1993-2000-ci illərdə İsmayilli
şəhəri İ. Həsənov adına 1 saylı orta məktəbdə, 2001-ci ilin sentyabrından isə
Yasamal rayonu Ş. Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi
işləyir.
Bu illər ərzində məktəb rəhbərliyi və
Yasamal rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
2012-ci ildən "Ümumi orta təhsil səviyyəsi
üzrə yeni fənn kurrikulumlarının tətbiqi və fəal təlim" kurslarında təlimçi
kimi fəaliyyət göstərmişdir. Təhsil Problemləri İnstitutunun nəzdində
yaradılmış riyaziyyat fənni üzrə işçi qrupunun üzvüdür. 30 ilə yaxın bir dövrdə
pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə xanım pedaqoji mühazirələr üzrə müsabiqədə
respublika üzrə I dərəcəli diplomla təltif olunmuşdur.
Azərbaycan Respublikasında Təhsilin İnkişafı
üzrə Dövlət Strategiyasının icrası ilə əlaqədar Təhsil Problemləri İnstitutunda
təşkil olunmuş "İnnovativ təlim metodologiyasının və müvafiq resursların
hazırlanması" mövzusunda seminar-treninqdə iştirak etmişdir.
Комментариев нет:
Отправить комментарий