Məlikova İradə Telman qızı 1966-cı ildə Bakı
şəhərində dünyaya göz açıb. N. Tusi adına ADPU-nin ibtidai təlimin pedaqogikası
və metodikası fakültəsini 1987-ci ildə fərqlənmə diplomu ilə bitirib. İradə xanımpedaqoji
fəaliyyətə 1987-ci ildə Xəzər rayonu 234 saylı orta məktəbdə ibtidai sinif müəllimi
kimi başlayıb. 1992-ci ildə köçürmə yolu ilə S. Bəhlulzadə adına Xarici Dillər
Təmayüllü Gimnaziyayaibtidai sinif müəllimi təyin olunub. Bu günədək
gimnaziyadaibtidai sinif müəllimi kimifəaliyyət göstərir. Gimnaziyadaişlədiyimüddətərzindəİradə
müəllimhəm pedaqoji, həm də şagird və valideyn kollektivinindərin hörmətini
qazanmışdır. O hər zamanyeniliklərlə maraqlanan, özüzərində çalışan, daim öyrənənnovator
müəllimdir. Təkmilləşdirməkurslarında fəal iştirak edən İradə müəllim kurikulumun
tələblərinə uyğun müxtəlifyeni metodikalara, bilik və bacarıqlara mükəmməlyiyələnərək,
əldə etdiyi yenilikləri hər zaman gündəlik dərslərində tətbiq edir. Onun yetirmələrinin
xoşsədaları ən yaxşıali təhsil ocaqlarından gəlir. Nümunəvi dərslərin, tədbirlərin
mahiyyətinə görə İradə müəllim həmkarlarına bir örnəkdir. O hər zaman öz iş
usulu və əldə etdiyi yeni bilikləri müəllim yoldaşları ilə paylaşır, bu yolda çətinlikçəkən
gənc kadrlardanöz yardımlarını əsirgəmir. O, dərslərində həmişəİKT-dən istifadə
edir və bu dərslər şagirdlərdə daha çox maraq oyadır, müəllim məqsədinə daha
tez çatır. Fəal (interaktiv) və Konstruktiv təlim texnologiyalarına mükəmməlformadayiyələnən
İradəmüəllimdərsləriniMilli Kurikulum standartları əsasında qurur, İKT-dən
yerində və bacarıqla, pedaqoji vasitələrdənisə çox böyükustalıqlaistifadə edir.
Şagirdlərini yeni texnologiyanın vasitəsi ilə fikirləşməyə, təhlil və tətbiq
etməyə, fikir mübadiləsinə, əməkdaşlığa və yaradıcılığa həvəsləndirir. Onlarda
dərsə necə maraq oyatmaq üsullarını çox gözəl bilir və yetirmələrinindaha dərinbilik
əldə etməsinə məharətlə nail olur. İradə müəllim ailə ilə məktəb arasında vahid
tərbiyəvi bir mühit yaratmağı bacarır, pedaqoji fəaliyyətindəmüəllim-şagird, valideyn-müəllim
münasibətlərini yeni tələblərə uyğunsəviyyədə qurur. O həm də kurikulum üzrə təlimçidir.
Artıq neçə illərdir ki, Azərbaycan RespublikasıTəhsil Nazirliyi“İnkişaf «ElmiMərkəzivə“Mədəd
Azərbaycan” MMC ilə bağlanmış xidmət müqaviləsiəsasındaBakı şəhəri və onun
rayonlarında“İbtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər
üçün yeni kurikulum” və “Fəal təlim” üzrə təlimlərdə təlimçi kimi fəaliyyət
göstərir.
İradə müəllim 2008-2009-cu tədrisilində
keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş vəAzərbaycan
Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamıilə dövlət
mükafatı almışdır.
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 30 sentyabr tarixli 757 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif
edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının25.
02. 2015-ci il tarixli 17 nömrəli sərəncamı ilə rayonun ictimai həyatında fəal
iştirakınagörəfəxri fərmanla təltif olunmuşdur. Gənc nəslin təlim-tərbiyəsində
səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Fəxri Fərmanı ilə təltif edilmişdir.
İradə müəllimə 2011 -ci ildə keçirilənAzərbaycanRespublikasıTəhsilNazirliyinin
"ELEKTRON TƏHSİL" respublika müsabiqəsində “Su-həyatdır” adlı
elektron dərsi, 2012-ci ildə “Gəlin birlikdəöyrənək” adlı Flaş-8 multimedia ilə
hazırladığı elektron resurs ilə, 2013-cü ildə “G səsi və hərfi” elektron dərsi
ilə, 2014-cü ildə“Heca” MİMİO XP elektron lövhə ilə hazırladığı elektron dərsi
ilə, 2013-cü ildə1-ci sinif Azərbaycan dili dərsi üçün “Dovşan” elektron dərsi
iləiştirak etmişdir. İki dəfə fərqlənərək müsabiqənin nominantı olmuşdur.
O, öz üzərində işləyən müəllimdir. Təcrübə
mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq konfrans və layihələrdə
iştirak edərək daima öz təcrübəsini artırır. “eTwinning plus” layihəsi üzrə təcrübə
mübadiləsi məqsədilə 2 projedə: “de la météo vers le mode de vie des élèves”
(Fransa, İtaliya, Türkiyə) «və„Developing creativity in after-school activities
in primary classes»(Portuqaliya, Litva) layihələrində 1 il ərzində iştirak edərək
keyfiyyət sertifikatı almışdır. (11 noyabr 2014 -31 may 2015-ci il )Azərbaycan-Türkiyə
Yeni Ortaq Egitim Projesi “YOES”-( 21-22 dekabr 2013), Türkiyədə İstambul şəhərində"Konstruktiv
təlim Flipped Classroomda" beynəlxalq treninqdə( 2-3 may 2015) iştirak
etmişdir. Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş konfrans
və layihələrdə iştirak edərək daima öz təcrübəsiniartırmağa çalışır.
5-7 noyabr 2015-ci ildəTürkiyəninAmasya şəhərində
Amasya Universitetində“İDEAL-2015”II Dinamik BeynəlxalqElmi -Yaradıcılıq
konfransında“İnsanın təhsil modeli” adlı elmiməruzə ilə çıxış etmişdir. Məruzə
dinləyicilər tərəfindən maraqla qarşılanmış, beynəlxalq mətbuatda dərc
olunmuşdur. 6-7 mart 2015-ci il-ci ildəAzərbaycanTəhsilŞurasıBakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidən-hazırlanma İnstitutunda (BPKİYİ) bu elm
ocağı ilə birlikdə“Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının
elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik
konfransda“Şagirdlərə Qarabağda törədilən faciələrin mahiyyətininöyrədilməsi
–Xocalı faciəsi”adlı məruzəsi ilə çıxış etmişdir. 4-5 dekabr 2014-cü ildəTəhsil
Texnologiya Mərkəzinin təşkil etdiyi “Təhsil prosesində şəxsiyyətyönümlü-humanist
yanaşmanın əsasları” mövzusunda keçirilən 3 günlük seminarda iştirak etmişdir. Seminarda
Rusiya Təhsil Akademiyasının akademiki, Psixologiya elmləridoktoru, Beynəlxalq
Humanist Pedaqogika mərkəzinin prezidentiyazıçı, psixoloq“Basti-Bubu” uşaq
bağçasının elmi rəhbəri, professor ŞalvaAleksandroviç Amonaşvilininhumanist
pedaqogikahansı üstünlüklərə malikdir vəşagirdlərəşəxsiyyətyönümlü-humanist
yanaşma, yeni nəslin formalaşmasındabu yanaşmanın rolu haqqında maraqlı təcrübi
fikirlərini öyrənərək təlim-tərbiyə işindətətbiq etməyə çalışır. 1-4 iyul
2015-ci il-ci ildəPedaqoji kadrların peşəkarlığının yüksəldilməsi üçün
ARTPİ-nin təşkiletdiyi "Mənəvi dəyərlərə əsaslanan təhsil" mövzusunda
4 günlükbeynəlxalqseminarıniştirakçısı olmuşdur. Daim axtarışlarda olan İradə Məlikovamətbuatda
və internet səhifələrində öz iş təcrübələri ilə paylaşır, pedaqoji qəzet və
jurnallarla əməkdaşlıq edir, maraqlı rəy və məqalələrlə çıxış edir. İradə Məlikova
yaradıcı müəllim kimi elmi məqalələri ilə dövri mətbuatda da mütəmadi çıxış
edir: “Kurikuluməsasında hazırlanmışI sinif“Ana dili” dərsliyivə onun üstünlükləri”(“Azərbaycan
məllimi” qəzeti. 2012. №1);“Fəal təlimdə didaktik oyunların yeri”.
(“Kurikulum”jurnalı 2012 №1), “Fəal təlim texnologiyalarını necə tətbiq edirəm”
(Milli pedaqogika məktəbi” jurnalı -2013): “Yazılışı çətin sözlər üzərində iş”
(“Kurikulum” jurnalı 2013);“Fəal dərsin üstünlükləri”. (“Təhsil və zaman” qəzeti-21
may 2013);“Azərbaycanı tərənnüm edən görkəmli rəssam S. Bəhlulzadəhaqqında
pedaqoji düşüncələrim” ; “Didaktik oyunların keçirilməsi təcrübəsindən «(“Kurikulum
jurnalı-2013); «Üç müdrik sənəti özündə birləşdirən böyük sənətkar”. (“Milli
pedaqogika məktəbi” jurnalı -2014);“Müasir dərs necə olmalıdır?. (“Təhsil”
jurnalı-2015). Azərbaycan təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi tərəfindən“Həmkara Dəstək”layihəsi çərçivəsində"
Mentorluq fəaliyyətinin təşkili və həyata keçirilməsi"iləbağlı 5 günlük təlimin
iştirakçısı olmuş, imtahan verərək mentor adını almışdır. Təlim modelləri əsasında
“Yaradıcı müəllim -Yaradıcı rəhbər”-Lidermüəllimlər akademiyası çərçivəsində
keçilən təlim kursunu keçmiş, sertifikat almışdır. «ELEKTRON məktəb
üçün ELEKTRON müəllim”(30 saat), “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək
Proqramı əsasındaPedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi
hazırlığının təkmilləşdirilməsi məqsədi iləhəyata keçirilən“Öyrədənlərin öyrədilməsi”layihəsi
əsasında “Elektron tədris resurslarının hazırlanması və tətbiqiqaydaları” üzrə
təlimin iştirakçısı olub. (6 -8yanvar 2014-cü il). “VEB 2. 0 PASSİV TƏHSİLDƏN
AKTİV TƏHSİLƏDOGRU”(09-11 noyabr 2013), “VEB 3. 0 PASSİV TƏHSİLDƏN AKTİV
TƏHSİLƏDOGRU «(20-23 mart2015 –ci il), “İKT bacarıqlarının təkmilləşdirilmsi”
adlı layihə çərçivəsində MS PowerPoint. İspring Pro, Easy Gif Animator
proqramları üzrə tam kurs. (3-6 iyun 2013-cü il). “Elektron tədris resurslarının
hazırlanması” istiqamətində Macromedia Flash Player 8 proqramının öyrənilməsi
üzrə təlimin (6-9 iyun 2013) iştirakçısı olmuşdur. “MİMİOXİİnteraktivlövhə ilətədris”
təliminin, (6-9iyun2009), “İNTEL” Gələcək üçün TəhsulProqramının 64 saatlıq
kursunu17 sentyabr2008-ci ildə fərqlənmə sertifikatıilə bitirmişdir. Butəlim və
treninqlərdə öyrəndiklərini biribtidai sinif müəllimi kimi təhsilimizdəki
yenilikləri, kurikulumun tələblərinə cavab verən meyarları pedaqoji fəaliyyətinə
tətbiq etməyə ona geniş imkan verir. Gimnaziyanın ictimai işlərində fəal
iştirak etməklə bərabər, gimnaziyada fəaliyyət göstərən “Günəş”radio qovşağının
aparıcı rəhbəri, eyni zamanda ibtidai siniflər üzrə metodbirləşmənin sədridir. İradə
Məlikova Təhsil Nazirliyi, Suraxanı rayonİcra Hakimiyyəti və gimnaziya rəhbərliyi
tərəfindən dəfələrlə rəğbətləndirilmişdir.
Teşekkür edirem yazı üçün
ОтветитьУдалить