Abbasova Aynur İsfəndiyər qızı 10 mart
1975-ci ildə Gəncə şəhərində anadan olub.
1992-ci ildə H. Zərdabi
adına Gəncə Pedaqoji İnstitutunun
ibtidai təlim pedaqogikası
və metodikası fakültəsinə daxil olub. 1997-ci ildə həmin
fakültəni bitirərək ibtidai
təlim pedaqogikası və metodikası
ixtisasına yiyələnib. 1993- cü
ildə Gəncə şəhəri 25 saylı
orta məktəbdə U.B.T.R
vəzifəsində işə başlayıb. 1995 –ci ildə
Gəncə şəhəri Əhməd
Cavad adına 2 saylı orta məktəbdə
ibtidai sinif müəllimi kimi işini davam etdirib. Hazırda Gəncə
şəhəri 37 saylı orta məktəbdə
işləyir.
2004- cü ildə Azərbaycan Müəllimlər
İnstitutu nun ixtisasartırma və yenidən hazırlanma
kursunu bitirərək Azərbaycan
dili və ədəbiyyat müəllimi ixtisasına da yiyələnib.
“2008- 2012-ci illər Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
proqramı” çərçivəsində Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi və “Mədəd”
təşkilatı tərəfindən informasiya
və kommunikasiya texnologiyalarının təhsilə
tətbiqi üzrə keçirilən Müəllimlərin Peşəkarlıq
Səviyyəsinin Təkmilləşdirilməsi, İntel “Gələcək üçün Təhsil” təlim
kursunu müvəffəqiyyətlə
bitirmişdir.
Pedaqoji fəaliyyətində
qazandığı uğurlara görə məktəb müdiriyyəti
tərəfindən fəxri fərmanla
təltif olunub.
Комментариев нет:
Отправить комментарий