Əliyeva Çiçək Həşim qızı 1963-cü il mayın 24-də Şərur
rayonunda anadan olmuşdur. İlk təhsilinə 1970-1971-ci tədris ilində başlamış, 1980-1981-ci
tədris ilində 10-cu sinfi “əla” qiymətlərlə başa vurmuşdur.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
tarix-filologiya fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin institutu Azərbaycan
dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.
Elə həmin il də Şərur rayonu 1 saylı orta məktəbin
pioner baş dəstə rəhbəri kimi iş fəaliyyətinə başlamışdır.
1987-ci ildə Babək rayonu Payız kənd orta məktəbində
Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
2000-ci idə ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərinə
köçmüşdür. Həmin ildən də Xətai rayonu 263 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. Bu günə qədər də həmin məktəbdə
işləyir.
Əliyeva Çiçək işlədiyi müddətdə dəfələrlə məktəb rəhbərliyi
tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub.
Ç. Əliyeva 2002, 2007, 2012-ci illərdə Müəllimləri
Təkmilləşdirmə və İxtisasartırma İnstitutunda təlim kursları keçmiş və müvafiq
vəsiqələr almışdır.
2011-ci ildə “MƏDƏD” kursları tərəfindən təşkil
olunmuş “Komputer biliklərinə yiyələnək” təlim seminarlarında iştirak etmiş və
komputer biliklərinə yiyələnərək sertifikat almışdır. Komputer proqramlarını sərbəst
işləyir. Word, PowerPoint, Excel proqramlarında sərbəst işləyir. Açıq dərslərin
slaydlarını özü sərbəst şəkildə PoverPoint-də işləyib hazırlayır.
2012-ci ildə “Dymo/Mimio İnteraktiv Texnologiyaları
ilə tədris” təlim kursunu yüksək göstərici ilə bitirib və sertifikat alıb.
2012-ci ildə Müəllimlər İnstitutunun nəzdində
keçirilən Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar olaraq kursdan keçmiş,
yüksək nəticə göstərərək I dərəcəli diplom və “Öyrədənlərin öyrədəni”
sertifikatı almışdır.
2013/2014 və 2014/2015-ci illərdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nəzdində fənn kurikulumları üzrə keçirilən “Dərsliklərin
qiymətləndirilməsi və hazırlanması” monitorinqində rəyçi-ekspert kimi nazirliklə
əməkdaşlıq etmişdir.
Ç. Əliyeva işlədiyi məktəbdə Azərbaycan dili və ədəbiyyat
fənni üzrə metodbirləşmə rəhbəridir. Mütəmadi olaraq Təhsil Problemləri
İnstitutunda keçirilən müzakirələrdə iştirak edir, hər bir yeniliklə tanış olur
və müəllimləri də məlumatlandırır.
TQDK-nın seminarlarında iştirak edən və test
müzakirələrində öz fikirlərini söyləyən Çiçək müəllimə şagirdlərin də
sevimlisidir.
Комментариев нет:
Отправить комментарий