Seyidli Səbinə Həmzə qızı
1994-cü ildə Baki şəhərində 20 saylı məktəb-liseyi bitirmişdir. 1999-cu ildə Azərbaycan
Qızlar Universitetinin bakalavr diplomu,
2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun maarif istiqamətinin ibtidai təhsilin
pedaqogika və metodikasi ixtisaslaşması üzrə magistraturanı bitirmişdir.
Hazırda doktoranturada oxuyur.
Səbinə xanım 1999-cu ildə 83
saylı məktəb-liseydə laborant vəzifəsinə
qəbul olunub. 2000-ci ildə müvəqqəti ibtidai sinif müəllimi təyin edilib. 2005-ci ildən isə ixtisası üzrə ibtidai sinif
müəllimi təyin edilib. Hazırda da həmin məktəbdə müəllim vəzifəsində calışır.
Səbinə müəllim məktəbdə işləyən
vaxtdan yeni təlim texnologiyaları sisteminin inkişaf prosesinin öyrənmək,
ümumiləşdirmək, təkmilləşdirmək və təhsil prosesinə müasir, yeni pedaqoji
yanaşmaların tətbiqi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin
elmi, pedaqoji, psixoloji əsaslar üzərində qurulması istiqamətində fəaliyyət
göstərir. Bununla yanaşı o, məktəbdə işlədiyi zaman bu istiqamətdə elmi-tədqiqat
işlərində də özünü göstərib. Buna misal olaraq onun “İbtidai məktəb və məktəbəqədər
tərbiyə” və “Fizika, Riyaziyyat və İnformatikanın tədrisi” jurnallarındakı məqalələrini nümunə göstərmək olar.
Комментариев нет:
Отправить комментарий