Sədaqət Hikmət qızı Əliyeva
1957-ci il fevralın 25-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri
Yasamal rayonundakı 225 nömrəli orta məktəbdə aldıqdan sonra, sənədlərini Azərbaycan
Pedoqoji İnstitutuna vermiş, qəbul olmuş və 1980-ci ildə bu təhsil ocağını əla
qiymətlərlə bitirmişdir. Gənc kadr kimi ilk pedoqoji fəaliyyətinə 15 nömrəli
orta məktəbdən başlamışdır. Hazırda Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey
kompleksində ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərir.
Fəaliyyəti dövründə çoxlu
sayda diplomlarla təltif edilən Sədaqət xanım 2013-cü ilin noyabr ayında Təhsil
Mərkəzinin “XXI əsrin ziyalıları” Cəmiyyəti ilə birgə təsis etdiyi “Qabaqcıl müəllim”
fəxri diplomuna layiq görülmüşdür.
2002-ci ildə Təhsil Nazirliyi
və Bakı səhər Nəsimi rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla, Norveç Qaçqınlar Şürası tərəfindən sertifikatla təltif
edilib. 2006-ci ildə Qərb Universitetinin nəzdində orta məktəbin ictimai həyatında iştirakına görə təşəkkürnamə
ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədət"
təşkilatı tərəfindən “Müəllimlərin Peşəkarliq Səviyyəsinin Təkmilləşdirilmasi”
təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat ilə təltif edilib.
2011-ci ildə “Yeni fənn
kurikulumları” təlimini 1-ci dərəcə ilə bitirməsi munasibətilə sertifikat
verilmişdir.
2016-ci ildə BSU məktəb-lisey
kompleksi tərəfindən səmərəli əmək faaliyyətinə, şagird məhəbbətini və
pedaqoji kollektivin hörmətini qazandığına
görə təşəkkürnamə ilə təltif olunmuşdur.
Sədaqət xanımın pedaqoji fəalyyati haqqinda “Şərqin Səsi” qəzetində məqalə dərc
olunmuşdur.
Комментариев нет:
Отправить комментарий