вторник, 14 марта 2017 г.

Vəliyeva Dürdanə Aydın qızı

Vəliyeva Dürdanə Aydın qızı 1973-cü il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Dürdanə xanım 2009-cu ildən Bakı şəhəri Nəsimi rayonu 54 №-li məktəbdə informatika üzrə laborant, 2011-ci ildən isə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə yüksək peşəkarlıq səviyyəsi ilə həmişə pedaqoji kollektiv arasında fərqlənmişdir.
Dürdanə xanım dərslərini təhsil islahatlarının qoyduğu tələblərə uyğun olaraq qurmağı bacaran, dərslərində fəal təlim metodlarından istifadə etməyə üstünlük verən, daim yenilik axtarışında olan yaradıcı müəllimdir. O, ibtidai siniflər üzrə metodbirləşmə sədridir. Bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Öz bilik və bacarıqlarını hamı ilə bölüşür. Azərbaycan Milli Təhsil sistemində gedən dəyişiklikləri daim diqqət mərkəzində saxlayır və dərslərini milli, bəşəri dəyərlər üzərində qurmağa çalışır. O, istedadlı uşaqların üzə çıxması və onların inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq çalışır. Peşəkarlıq səviyyəsini artırmaq üçün Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş bir sıra innovativ təlim kurslarının və treninqlərinin iştirakçısı olmuşdur.
O, 2007-ci ildə The Certificate of MERİDİAN-İK Foreign Language courses and Computer, 2011-ci illərdə isə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə aid “Mədət”, “MİMİO” İnteractive Teaching Technologies, Edu Soft tədris mərkəzinin kompyuter üzrə təlim, Fəal təlim strategiyasının tətbiqi ilə “İRS” müəllif, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən “Yeni fənn kurikumları” İxtisasartırma kimi kursları bitirmişdir.
Dürdanə müəllim bununla kifayətlənməyib. O, öz üzərində işləməyi davam edərək 2012-ci ildə Estern Mediterrean Universty “Mobile Curriculum 2012”, “İnnovative Teachers NETWORK Flash для продолжающих” təlim kurslarını da bitirmişdir.
2011-ci ildə Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə iştirak etmişdir. Fəal iştirakına görə Qadınlar Bələdiyyələrinin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən 20 may 2011-ci ildə fəxri fərmanla təltif edilmişdir.
UNİCEF-in maliyyə dəstəyilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn -Müəllim - Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda iştirakına görə 2011-ci ildə sertifikatla təltif edilmişdir.
3-6 iyul 2011-ci ildə Azərbaycan Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova və Polşada Valideyn - Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı 4 günlük təlim və beynəlxalq konfransda müvəffəqiyyətlə iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Dürdanə xanım həmçinin müxtəlif məqalələrlə mətbuatda və elektron dərslə internet səhifəsində də iştirak etmişdir. O, 28.08.2012-ci ildə “Единицы времени. Час” elektron dərsi «Мир предметика» saytında 7 gün ərzində nümayiş etdirmişdir.
Mətbuatda da öz fikirlərini həmkarları ilə bölüşərək “Təhsil problemləri “qəzetində ayrı-ayrı vaxtlarda məqalələrlə:
1. № 71-71. 24-30 sentyabr 2012-ci il “Yeni təlim sisteminə baxış”
2. №73-74. 01-07 oktyabr 2012-ci il “Mən nədən başlamalıyam” çıxış etmişdir.
Hər iki məqalədə müasir təhsil sisteminin üstün cəhətləriniə diqqət yetirərək öz fikirlərini təqdim etmişdir. Bundan başqa respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
O, 2012 ci ildə “Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin xarici dil üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə ”UNİKAL-1” MMC-nin İnformatika fənni üzrə “Öyrədənlərin öyrədəni”, 2012-ci ildə “UNİKAL-1” MMC-nin Həyat bilgisi fənni üzrə “Öyrədənlərin öyrədəni” təlim kurslarını bitirmişdir.
Bundan başqa Dürdanə xanım 2012/2015-ci illərdə Təhsil Nazirliyinin xəttilə müəllimlərin kurikulum üzrə bilgiləndirilməsi üçün Azərbaycanın bir çox şəhər və rayonlarında təlimçi kimi işləmişdir. Təlim müddətində təlimçi kimi fəaliyyət göstərdiyi şəhər və rayonlardan məktəb müdiriyyətinə, Bakı şəhər Baş Təhsil İdarəsinə müxtəlif təşəkkür məktubları ünvanlanmışdır. Təlimçi kimi fəaliyyətinə görə Gəncə, Samux, Füzuli rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. O, təlimlər bitdikdən sonra da məktəbdə dərs deyən və çətinlik çəkən müəllimlərə öz yardımını göstərməkdən çəkinməmişdir.

2014-cü ildə SMART təlim kursunu, 2015-ci ildə UNİSEF tərəfindən aparılan “POTENSİAL MƏKTƏB DİREKTORLARI” təlim kursunu, 2016-cı ildə HBƏT təlim kursunu, 2017-ci ildə “Öyrən. Öyrət. Dəyiş” devizi altında keçirilən Təhsil İşçilərinin Peşəkar İnkişafı təlim kursunu da müvəffəqiyyətlə başa vurmuşdur.

Комментариев нет:

Отправить комментарий