Əzizxanlı Gilan Qardaşxan qızı 27 yanvar
1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1993-2004-cü illərdə Səbail
rayonundakı 49 saylı orta məktəbdə alıb. 1996-2007-ci illərdə MTN nəzdindəki
Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası (nəzəriyyə) üzrə təhsil
almışdır. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamliq Akademiyasının Təsviri Sənət
fakültəsinə daxil olmuş (qrafika ixtisası üzrə), 2012-ci ildə ali təhsilini əla
qiymətlərlə başa vurmuşdur.
İş fəaliyyəti:
2007-2011. “Zəkioğlu” nəşriyyatında rəssam
(“Fikir antologiyası” seriyasından fəlsəfi kitabların cildlərinin işlənməsi);
2012-2013. Uşaq İnkişaf Klubunda rəssam;
2013-cü ildən Azərbaycan Dövlət Uşaq
Filarmoniyasinın rəssamı.
Sərgilərdə iştirakı :
26. 12. 2007 - Beynəlxalq Olimpiya Komitəsinin
“Olimpiya, İncəsənət və İdman-2008” müsabiqəsində iştirak;
14. 08. 2009 - Azərbaycan Sərhəd mühafizəsinin
yaranmasının 90 illiyi münasibəti ilə DSX-nin“Sərhədlərimizin keşiyində” adlı təsviri
sənət üzrə müsabiqəsində “Hüdud bəkçisi” qrafik əsərinə görə II dərəcəli diplom.
;
07. 12. 2010 - ABŞ-ın Azərbaycandakı səfirliyinin
təşkil etdiyi “Amerika mənim arzularımda” adlı müsabiqədə xüsusi mükafat;
27. 03. 2010 - Türkiyənin İstanbul şəhərində
“Azərbaycanın gənc rəssamları” sərgisində “Əkinçi”, “İstirahət” adlı əsərlərinin
nümayişi;
25. 10. 2010 - Azərbaycanın Gürcüstandakı səfirliyinin
və Tbilisi İncəsənət Akademiyasının təşkilatçılığı ilə sərgidə iştirak
(“Xurmalar”, “Tbilisi mənzərələri”, ”Gürcü qadın”əsərlərinin nümayişi);
14. 08. 2012 - Azərbaycan Sərhəd
Qoşunlarınin “Sərhədlərimizin keşiyində” adlı təsviri sənət üzrə müsabiqəsində
“Sərhəd romantikası”(rəngkarlıq) əsərinə görə I dərəcəli diplom;
17. 05. 2012 - Rusiyanın Azərbaycandakı səfirliyinin
təşkilatçılığı ilə “Azərbaycanın gənc rəssamları” sərgisində iştirak;
17. 11. 2015 - Dövlət Uşaq Filarmoniyasında
rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin Azərbaycan Milli Tarix muzeyində
keçirilən “Qönçələrin çiçək dünyası” sərgisi (Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə );
25. 12. 2015 - Dövlət Uşaq Filarmoniyasında
rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin “Rəngbərəng” adlı sərgisi;
18. 01. 2016 - Azərbaycan Dövlət Milli Tarix
muzeyi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı
ilə 20 Yanvar faciəsinə həsr edilmiş sərgidə rəhbərlik etdiyi rəsm dərnəyi üzvlərinin
iştirakı.
Rəsm əsərləri:
“Hindu qəsəbəsi”, “Şeytanbazarda Yaşıl
bazarlıq”, “Sərhəd fəlsəfəsi”, alman yazarı Mixael Endenin “Momo”
nağıl-povestinə illüstrasiyalar və s.
Комментариев нет:
Отправить комментарий