Əliyeva Səbinə
Rəhman qızı 12 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə
Bakı şəhər 150 saylı tam orta məktəbi bitirib. Eyni zamanda 1987-ci ildə bakı şəhər
12 saylı musiqi məktəbini fortepiano ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. 1991-ci
ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna
daxil olmuş və 1997-ci ildə həmin institutu rus dili və ədəbiyyatı ixtisası üzrə
bitirmişdir.
1999-cu ildən
Bakı şəhər Nəsimi rayonu 151 №-li tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi
işləyir.
Artıq 20
ildir pedaqoji fəaliyyətlə məşğuldur. Bu illərdə sinif rəhbəri kimi fəaliyyət
göstərir və hazırda dərs dediyi 6B sinfi onun hər biri yeddi il
olmaqla üçüncü buraxılışı olacaqdır.
Səbinə xanım
pedaqoji fəaliyyəti dövründə bir sıra təlim, seminar və konfranslarda iştirak
edib. 2001, 2004, 2009, 2013, 2014 və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Bakı Pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma
institutunun “İKT-nin köməyi ilə tədris prosesinin təşkili” kurslarını
bitirdiyinə görə sertifikatlarla təltif olunmuşdur.
2013-cü dərs
ilində ümumi orta təhsil səviyyəsində “Yeni fənn kurikulumlarının tətbiqi” üzrə
təlim kursunda iştirak etdiyi üçün II dərəcəli sertifikata layiq görülmüşdür.
28 yanvar 2017-ci ildə “Azərbaycan müəllimi” qəzetinin 03 (8719) nömrəli
sayında A. S. Puşkinin vəfatının 180 illiyinə “Puşkin və Azərbaycan” adlı məqalə
ilə, 19 oktyabr 2018-ci il 39 (8805) nömrəli sayında İ. S. Turgenevin 200 illik
yubileyinə həsr edilmiş “Turgenev və onun Mumusu” adlı məqaləsi ilə çıxış
etmişdir.
Səbinə
xanımın şagirdləri müntəzəm olaraq rayonun fənn olimpiyadalarında fəal iştirak
etməklə fəxri yerlərə layiq görülürlər.
Şagirdləri ilə
birlikdə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, M. F. Axundovun “Şairin ölümünə
şərq poeması”, İ.S.Turqenevin “Mumu” hekayəsi üzrə ədəbi qiraət formasında səhnələşdirilmiş
parçalar hazırlamışlar.
Hazırda Bakı
şəhəri, Nərimanov rayonu “Ankara Litseyi” litsey məktəbində də pedaqoji fəaliyyətini
uğurla davam etdirir.
Комментариев нет:
Отправить комментарий