Nizami rayonundakı 328 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Fidan
Нəsənova, gənc olmasına baxmayaraq şagird, valideyn və məktəb kollektivi
arasında dərin hörmət qazana bilib
Orta məktəblərdə direktor vəzifəsinə təyinatın son vaxtlar imtahan yolu ilə
həyata keçməsi, mən deyərdim ki, çox böyük bir islahatın tərkib hissəsidir.
Belə gənc direktorların bir neçəsi ilə həmsöhbət olmuşam. Onların dünya görüşü,
savadı insanda heyrət doğurur. Deməli, təhsilimiz tədricən etibarlı əllərə
tapşırılır. Belə məktəblərdə gənc müəllimlər də, bundan ruhlanaraq, öz işlərinə
çox böyük məsuliyyətlə yanaşırlar.
Belə gənc müəllimlərdən biri də Bakının Nizami rayonundakı 328 saylı məktəbin ibtidai sinif müəllimi Həsənova Fidan Xəlil qızıdır. F.Həsənovanın cəmi 26 yaşı var. Ancaq yaşının az olmasına baxmayaraq, dərs dediyi sinifdə həm şagirdlərin, həm də onların valideynlərinin dərin rəğbətini qazanıb. Hər hansı əlamətdar günlərlə bağlı Fidan xanımın sinfi, keçirilən tədbirlərdə çox fəallıq göstərirlər. F.Həsənova şagirdlərə bilik öyrətməklə yanaşı, onların fərdi bacarıqlarını da üzə çıxara bilir. Bu isə şagirdlərin dərsdənkənar olan bu bacarıqlarının inkişaf etdirilməsinə də bir stimul olur.

Bəli, əsl müəllim belə
olmalıdır ki, şagirdləri özünə tam inandıra bilsin. Elə ona görə də valideynlər
F.Həsənovadan həmişə ağız dolusu danışırlar ki, onların övladları hərtərəfli
inkişaf edir. Bu isə, onu deməyə əsas verir ki, Fidan Həsənova
vaxtilə özünün təhsil aldığı 194 saylı tam orta məktəbdə müəllimlərindən belə
qayğı və diqqət görüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif
müəllimliyi ixtisasına da, müəllimlərinin ona inanması sayəsində qəbul olunub.
Universiteti bitirəndən sonra 328 saylı tam orta məktəbdə təcrübəli
müəllimlərlə işləməkdən çəkinməyib. Peşəsinə, işinə həvəslə yanaşmasının
nəticəsidir ki, gənc olmasına baxmayaraq, məktəbdə, az müdətdə böyük hörmət və
nüfuz qazanıb.
Şagirdləri bir anda olsun onun
yanından ayrılmaq istəmirlər. Axı Fidan xanım dərs dediyi 24 nəfər şagirdin hər
birinin fərdi xarakterini və bacarığını yaxşı bilir. Yaxşı olar bu barədə qısa
da olsa, Fidan xanımın özünü dinləyək: “Mənim fikrimcə, pedaqoq həm də yaxşı
psixoloq olmalıdır. Çünki mən şagirdlərə həm ana, həm dost kimi onların daxili
aləmlərinə nüfuz edə bilirəm. Bəzən valideynlər deyirlər ki, biz inana bilmirik
bu 24 uşağa siz özünüzü necə sevdirə bilmisiniz? Şagirdlərimin hər biri mənim
üçün əzizdir. Məsələn, Mələk Quliyeva çox istedadlıdır. Onun məntiqi təfəkkürü
imkan verir ki, yaşıdlarından fərqlənsin. Bir dəfə 5-ci və 6 -cı siniflər
arasında mini məntiq yarışması keçirilirdi. Onlardan xeyli balaca olmasına
baxmayaraq, Mələk çox yüksək nəticə göstərdi. Nuray Məcidli mənim gimnast
qızımdır. Onun çıxışlarına heyranlıqla baxırm. Raziyyə Əlizadənin elə gözəl əl
işləri, rəsmləri var ki, istənilən adamı valeh edir. Məleykə Dünyamalızadə
mənim balaca rəssamımdır. Onun əl işləri böyük gələcəkdən xəbər verir. Nicat
Qurbanlının isə idman sahəsində uğurları saysız hesabsızdır. Rəşid
Allahverdiyev, Zeynəb Namazova, Yaşar Məmmədli, Nərminə Hüseynquluzadə, pianoçu
Yusif Hüseynov, Səbuhi Əlizadə dərs əlaçılarıdır. Savaşım Salayev həm uşaq
modeli ilə, həm də idmanla məşğul olur. Hansı birini deyim? Şagirdlərimin 24-ü
də mənim əziz balalarımdır.”
Bəli, gənc olmasına baxmayaraq, az müddətdə şagirdlərin qəlbini ələ alıb, onların ata, analarının dərin rəğbətini qazanmaq, heç də asan iş deyil. Ancaq Fidan Həsənova işinə peşəkarcasına yanaşmaqla, bunlara nail ola bilib. İnanırıq ki, bu gündən sonra da F. Həsənova gənc balalarımızın elmə, təhsilə yiyələnməsi, vətənimizə layiqli övladlar olması üçün bütün bilik və bacarığını əsirgəməyəcək.