Vəliyeva Dürdanə Aydın qızı
1973-cü il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Dürdanə xanım 2009-cu
ildən Bakı şəhəri Nəsimi rayonu 54 №-li məktəbdə informatika üzrə laborant,
2011-ci ildən isə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə
yüksək peşəkarlıq səviyyəsi ilə həmişə pedaqoji kollektiv arasında fərqlənmişdir.
Dürdanə xanım dərslərini təhsil
islahatlarının qoyduğu tələblərə uyğun olaraq qurmağı bacaran, dərslərində fəal
təlim metodlarından istifadə etməyə üstünlük verən, daim yenilik axtarışında
olan yaradıcı müəllimdir. O, ibtidai siniflər üzrə metodbirləşmə sədridir. Bu vəzifəsinin
öhdəsindən layiqincə gəlir. Öz bilik və bacarıqlarını hamı ilə bölüşür. Azərbaycan
Milli Təhsil sistemində gedən dəyişiklikləri daim diqqət mərkəzində saxlayır və
dərslərini milli, bəşəri dəyərlər üzərində qurmağa çalışır. O, istedadlı
uşaqların üzə çıxması və onların inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq
çalışır. Peşəkarlıq səviyyəsini artırmaq üçün Təhsil Nazirliyi tərəfindən təşkil
olunmuş bir sıra innovativ təlim kurslarının və treninqlərinin iştirakçısı
olmuşdur.
O, 2007-ci ildə The
Certificate of MERİDİAN-İK Foreign Language courses and Computer, 2011-ci illərdə
isə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə aid “Mədət”,
“MİMİO” İnteractive Teaching Technologies, Edu Soft tədris mərkəzinin kompyuter
üzrə təlim, Fəal təlim strategiyasının tətbiqi ilə “İRS” müəllif, həmçinin Təhsil
Nazirliyi tərəfindən keçirilən “Yeni fənn kurikumları” İxtisasartırma kimi
kursları bitirmişdir.
Dürdanə müəllim bununla kifayətlənməyib.
O, öz üzərində işləməyi davam edərək 2012-ci ildə Estern Mediterrean Universty
“Mobile Curriculum 2012”, “İnnovative Teachers NETWORK Flash для продолжающих”
təlim kurslarını da bitirmişdir.
2011-ci ildə Bələdiyyə və Təhsil
mövzusunda keçirilən treninqdə iştirak etmişdir. Fəal iştirakına görə Qadınlar
Bələdiyyələrinin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən 20 may 2011-ci ildə
fəxri fərmanla təltif edilmişdir.
UNİCEF-in maliyyə dəstəyilə
Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn -Müəllim
- Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf
etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində
“QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda
iştirakına görə 2011-ci ildə sertifikatla təltif edilmişdir.
3-6 iyul 2011-ci ildə Azərbaycan
Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova
və Polşada Valideyn - Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi
formalaşması” adlı 4 günlük təlim və beynəlxalq konfransda müvəffəqiyyətlə
iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Dürdanə xanım həmçinin müxtəlif
məqalələrlə mətbuatda və elektron dərslə internet səhifəsində də iştirak
etmişdir. O, 28.08.2012-ci ildə “Единицы времени. Час” elektron dərsi «Мир
предметика» saytında 7 gün ərzində nümayiş etdirmişdir.
Mətbuatda da öz fikirlərini həmkarları
ilə bölüşərək “Təhsil problemləri “qəzetində ayrı-ayrı vaxtlarda məqalələrlə:
1. № 71-71. 24-30 sentyabr
2012-ci il “Yeni təlim sisteminə baxış”
2. №73-74. 01-07 oktyabr
2012-ci il “Mən nədən başlamalıyam” çıxış etmişdir.
Hər iki məqalədə müasir təhsil
sisteminin üstün cəhətləriniə diqqət yetirərək öz fikirlərini təqdim etmişdir.
Bundan başqa respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
O, 2012 ci ildə “Təhsilin
İnkişafına Dəstək” İctimai Birliyinin xarici dil üzrə “Öyrədənlərin öyrədəni”,
2012-ci ildə ”UNİKAL-1” MMC-nin İnformatika fənni üzrə “Öyrədənlərin öyrədəni”,
2012-ci ildə “UNİKAL-1” MMC-nin Həyat bilgisi fənni üzrə “Öyrədənlərin öyrədəni”
təlim kurslarını bitirmişdir.
Bundan başqa Dürdanə xanım
2012/2015-ci illərdə Təhsil Nazirliyinin xəttilə müəllimlərin kurikulum üzrə
bilgiləndirilməsi üçün Azərbaycanın bir çox şəhər və rayonlarında təlimçi kimi
işləmişdir. Təlim müddətində təlimçi kimi fəaliyyət göstərdiyi şəhər və
rayonlardan məktəb müdiriyyətinə, Bakı şəhər Baş Təhsil İdarəsinə müxtəlif təşəkkür
məktubları ünvanlanmışdır. Təlimçi kimi fəaliyyətinə görə Gəncə, Samux, Füzuli
rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. O, təlimlər
bitdikdən sonra da məktəbdə dərs deyən və çətinlik çəkən müəllimlərə öz
yardımını göstərməkdən çəkinməmişdir.
2014-cü ildə SMART təlim
kursunu, 2015-ci ildə UNİSEF tərəfindən aparılan “POTENSİAL MƏKTƏB DİREKTORLARI”
təlim kursunu, 2016-cı ildə HBƏT təlim kursunu, 2017-ci ildə “Öyrən. Öyrət. Dəyiş”
devizi altında keçirilən Təhsil İşçilərinin Peşəkar İnkişafı təlim kursunu da
müvəffəqiyyətlə başa vurmuşdur.