вторник, 17 июля 2018 г.

Hüseynova Ülviyyə Rafiq qızı


Hüseynova Ülviyyə Rafiq qızı 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Sabirabad şəhər N.Gəncəvi adına 5№-li orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Öz ibtidai sinif müəllimini çox sevdiyindən elə məktəb yaşlarından, ibtidai sinif müəllimi olmağı qarşısına məqsəd qoymuşdur.
1998-ci ildə Sabirabad şəhər Ü.Hacıbəyov adına 7 illik uşaq musiqi məktəbinin fortepiano sinfinə daxil olmuş, 2005-ci ildə musiqi məktəbini yaxşı qiymətlərlə bitirmişdir.
2005-ci ildə oxuduğu məktəbi bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olmuşdur. 2009-cu ildə bakalavr pilləsini uğurla başa vurmuşdur. Universiteti bitirdikdən sonra 2011-ci ildə “Buta” özəl uşaq bağçasında, 2013-cü ildə isə “Kids-Bakü” özəl inkişaf mərkəzində tərbiyəçi müəllimə kimi fəaliyyət göstərmişdir.  Lakin Təhsil Nazirliyinin keçirdiyi 2015-2016-cı il “Müəllimlərin İşə Qəbulu” imtahanının keçirildiyini bilib, özünü məhz öz ixtisası üzrə imtahanda sınamaq istəyib. İlk cəhdi uğurlu olmasa da, əvvəl Leyla xanım Baxşıyevanın, indi isə Asif müəllim Nəbiyevin rəhbərlik etdiyi 328№-li tam orta məktəbə müddətli müqavilə ilə çağrılmışdır. 2 il həmin məktəbin 3c-4c sinfinə rəhbərlik etmişdir. Onun məhz pedaqoji fəaliyyətində ilk göz ağrıları “Şirinlərim” deyə xitab etdiyi həmin sinif oldu.
2017-2018-ci il “Müəllimlərin İşə Qəbulu” imtahanında yenidən iştirak edərək, keçid balını toplayıb V.Mirzəliyev adına 281№-li məktəbə təyin edildi. Bu məktəbdə işi daha da çətin, daha da məsuliyyətli oldu. Çünki  bu  dəfə 1-ci sinfə dərs deyəcəkdi, əldə qələm tutmağı, yazmağı, oxumağı ən başdan öyrətməli idi. Bu şagirdlərinə isə “Cücələrim” deyə xitab etdi.
Hər zaman oxumağa, öyrənməyə, yeniliklərə açıq biri olmuşdur.
20.12.2010-cu ildə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində  “Windows XP, MS Word, MS Excel” proqramı üzrə xüsusi kurs bitirmiş, imtahan komissiyası tərəfindən onun biliyi “ƏLA” qiymətləndirilmiş və sertifikat əldə etmişdir.
15.12.2016-cı ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçirdiyi  “Fənn və ibtidai sinif müəllimləri üçün İKT savadlılığının artırılması” təlimində iştirak etmiş, 100 mümkün baldan 83 bal toplamış və sertifikat almışdır.

10.01.2017-ci ildə “İntel Gələcək üçün Təhsil” adlı təlimdə iştirak etmiş, 100 mümkün baldan 80 bal toplamış və sertifikat qazanmışdır.
16.01.2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçirdiyi “Fənn kurikulumlarının tətbiqi üzrə” ixtisasartırma təlimində iştirak etmiş və sertifikat əldə etmişdir.
16.05.2017-ci ildə dərs dediyi şagirdləri Moskvanın “ИНФОУРОК” saytında keçirilmiş online müsabiqədə iştirak etmiş, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüş, diplomlar qazanmışlar. Şagirdlərinin uğuruna görə müəllimə də “ БЛАГОДАРНОСТЬ” qazanmışdır.
29.04.2018-ci ildə Diksiya Akademiyasında təşkil olunan Cəlalə xanım Nəzəroğlunun “Təsirli Nitq” adlı seminarında iştirak etmiş, sertifikata layiq görülmüşdür.
06.05.2018-ci ildə CIBS təlim mərkəzinin keçirdiyi “Mükəmməl pedaqoq” seminarında iştirak etmiş və sertifikat almışdır.
Mütəmadi olaraq, ixtisası ilə bağlı tez-tez təlim, seminar, kurs və konfranslarda iştirak edir.
Ən böyük arzusu yetişdirdiyi şagirdlərini hər zaman yüksək pillələrdə görməkdir. Arzu edir ki, şagirdləri Vətənə, valideynlərinə layiqli övlad olsunlar. Bu sənəti sevib, seçib,  müəllim adı kimi şərəfli peşəyə yiyələndiyi üçün fəxr edir.